İmtahan
– Düzünü deyirsən?
– Lap düzü belədir.
– Keç otur!
– Baş üstə, oturum!
Pirim yarım dəqiqə oturmuşdu ki, dik qalxdı. Yadına vacib mətləb düşmüş kimi Kərimin yanına qayıtdı, adamların danışdığına, sualına, söhbətinə fikir vermədən tələsik soruşdu:
– İmtahanı kim götürəcək?
Kərimin üzünə baxdı. Kərim dinmədi. Pirim bir də təkrar etdi:
– Kim götürəcək imtahanı?
Kərim bu yersiz sualdan pərt oldu, bacısı oğlunun üzünə sərt baxdı, onu intizama çağırırmış kimi səsini ucaltdı:
– Pirim! Sən imtahana gəlmisən, nə borcuna kim soruşacaq, otur, növbəni gözlə!
– Gözləməyinə gözləyərəm, ancaq istərdim ki, imtahan götürən dayım özü olsun. Atalar deyib axı, əvvəl məscidin içi, sonra çölü!
Kərim bir az da hiddətləndi:
– Otur, gözlə, artıq söz lazım deyil!
– Nə deyirəm, baş üstə!
Pirim dayısının hiddətini dərk etmiş kimi susdu, oturduğu yerdən qımıldanmadı. Ancaq bu zahiri əlamət onun intizar və narahatlığını gizlədə bilmirdi.
– Otur, gözlə, artıq söz lazım deyil!
Dayısının bu acıqlı cavabı ona tamam aydın idi. Kərim açıq deyirdi: "Çox danışma, baş-beynimizi aparma."
Pirim dayısının hiddətinə, qəzəbinə səbəb olduğunu, adamlar yanında artıq-əskik danışdığını dərk etmiş kimi daxili həyəcan keçirir, sanki mehriban qohumun xasiyyətinə hələ bələd olmadığına təəssüf edirdi. "Axı bura ev deyil, ailə deyil. Kişini özündən çıxardarsan, işi daha da korlayarsan! Adamda hövsələ gərəkdir, bala!" Pirim ürəyində nəsə danışır, öz qəbahətini götür-qoy eləyirdi ki, dayısının səsi eşidildi:
– Pirim, dur keç o biri otağa!
Pirim qonşu otağa keçəndə gördü ki, burada imtahana gəlmiş bir neçə adam çoxdan oturub. İmtahan stolunun qabağında isə ağsaçlı bir xanım oturub qabağındakı kağızları sahmana salır. Xəyalından keçdi ki, yəqin imtahan eləyən müəllim elə budur. Qadın olmağı yaxşıdır. Bunların ürəkləri yumşaq olur, sağ olsunlar, tələbənin halına yanırlar.
Çox çəkmədi Kərim də gəldi, imtahan başlandı.
Doğrudur, Pirim bu fikirdə idi ki, dayısı onu qabağa salacaq, bir əda ilə ötüşdürəcəkdir. Əksinə, elə olmadı, o biri cavanlar qabağa düşdü, müəllim də, Kərim də, dəftər-kitabı yazan laborant qız da imtahan ilə, sual-cavab ilə məşğul oldular. Pirim əhvalatın belə rəsmi, ciddi şəkil aldığına heç inanmazdı: "Dayım bu komissiyada nə deyə biləcək? Kim nə bilir ki, mən bu kişinin doğma bacısı oğluyam? Burada birinin dili dinc durmadı, beş əvəzinə üç dedi. Dayım ona cavab verəcək? Ay tövbə, görək nə olur..."
Pirimin şübhələrinə əsas var idi. İmtahana gələn kimi dayısı onu atüstü yoxlamışdı:
– Necə gəlmisən, hazırsan?
– Hazıram!
– Düzünü deyirsən?
– Lap düzü belədir!
Buna görə də sualların çətinliyi, qəlizliyi onu qorxutmamalı idi. Başqa tələbələrin cavabına Pirim heç qulaq asmırdı, ürəyində götür-qoy edirdi.
Birdən ağsaçlı müəllimənin nazik, ahəngdar səsi eşidildi:
– Kim gələcək... Növbə kimindir, gəlsin!
I irim istər-istəməz imtahan kürsüsünə yaxınlaşdı.
Müəllimə onun suallarını bir də təkrar etdi:
– Böyük şairimiz Mirzə Ələkbər Sabirin təlim-tərbiyə haqqında şeirlərini danışın.
Pirim bir dayısının üzünə, bir sağa, bir sola baxdı, açıq cavab verdi:
– Müəllimə, mən Sabirdən çox oxumuşam, ancaq gecə kursunda. Çoxdan olub, yadımdan da çıxıb.
Müəllimə ayrı şey demədi.
O biri sualı:
– Ədəbiyyatın partiyalılığından danışın!
Pirim bir neçə dəfə öskürüb dayısının üzünə baxdı:
– Necə ki, biz özümüz partiyalı, komsomolçu yoldaşlarıq, gərək bizim ədəbiyyat da, işlərimiz də necə lazımdır, əsl partiyalı olsun!
Müəllimə bir tələbənin, bir Kərimin üzünə baxdı. Sanki Kərim bacıoğlusunun cavabından utanırdı:
– Pirim, – dedi, – imtahana hazırlaşanda hansı kitabları oxumusan?
– Bizdə kitab çoxdur. Əlimə keçəni oxumuşam.
– Görünür, vacib məsələlərdən xəbərin yoxdur.
Kərim dillənməmiş müəllimə üzünü tələbəyə tutub dedi:
– Oğlum, bu hazırlıq ilə imtahana gəlməzlər. Gedin, proqramı qabağınıza qoyun, ciddi hazırlaşın. İmtahana hazır gəlmək lazımdır.
Pirim özünü müdafiə etdi:
– Kərim dayım bilir ki, mən dərsə necə hazırlaşanam.
Kərim dözmədi:
– Pirim, sənin cavabların, elə özün dediyin kimi, on il bundan qabağın gecə kursunun - yəni savad kursunun səviyyəsindədir. Belə olmaz. Get - təzədən oxu, müasir tələblər səviyyəsindən oxu, möhkəm hazırlaş, sonra imtahana gələrsən. İndi sənin cavabların hamıya qəribə gəlir. Deyəsən, dünyadan xəbərin yoxdur, bu nədir belə?
Müəllimə Kərimə səs verdi:
– Belə imtahana gəlmək məktəbi də, dərsi də lağa qoymaqdır. Ciddi adama yaraşmaz! Get, bala, get proqramı öyrənəndən sonra, indiki tələblərə münasib hazırlığın olanda sənədlərini verib imtahana gələrsən!
Pirim dayısının köməyini görməyəndə, ağır vəziyyətini dərk edəndə bilmədi neyləsin, kimdən incisin. Müəllimənin suallarmdanmı, dayısının etinasızlığındanmı, işlərin dəyişməyindənmi?
Ürəyində bu ehtimalları yoxlayarkən dayısının səsini eşitdi.
Dayısı indi onun özünə müraciət edirdi:
– Pirim, görürəm, sən imtahan məqamında lap çaş-baş qalmısan. Gah müəllimdən, gah suallardan, proqramlardan umu-küsü eləyirsən. Heç kəsdən, heç nədən incimə, öz günahını başa düş. Sən həvəslə oturub imtahana hazırlaşsaydın, dərslərin heç olmasa, minimum tələblərini öyrənsəydin, başına bu işlər gəlməzdi. Oxumamısan, ona-buna ümid bağlayıb imtahana gəlmisən. Komissiya sənə nə qədər köməklik eləsə, nə qədər güzəştə getsə, zehnindəki boşluğu, savadmdakı yoxsulluğu gizlədə bilməz.
Məktəb, xüsusən, ali məktəb müqəddəs, təmiz bir məkandır, buraya bilik, məlumat, öyrənmək ehtirası ilə, tərəqqi eşqi ilə gəlmək lazımdır. Müstəqil öyrənmək, elm, bilik, məlumat, təcrübə kəsb etmək üçün daim öyrənmək ehtirası ilə yanmaq gərəkdir. Bunsuz tərəqqi yoxdur.
Pirim dayısının sözlərini dinlədikcə sanki yuxudan ayılır, kəsif bir qaraltıdan təmiz, aydın bir bahar havasına çıxırdı...
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-imtahan-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Vətən oğlu1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.
Hilal dayıLəklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?
Dost görüşüMəzuniyyətdə idim. Cibim dolu, kefim saz. On-on beş günümü şəhərdə keçirtdim. Sonra doydum, darıxdım. Əziz dostlarımdan biri, uşaqlıqdan məktəb yoldaşım olan Fətulla yadıma düşdü. Onun şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını, müəllimliklə məşğul olduğunu bilirdim. Bazar ağzına çıxıb maşınların birinə oturdum. Birbaş kəndə yollandım.Fətulla mənim dostum idi. Özü də, münəqqidlər demişkən, "sözün əsl mənasında" dostum idi. Bilmirəm, lüğət yazanlar dost sözünə nə məna verirlər, amma mən öz "lüğətimdə" dost o adama deyirəm ki, öz qəlbimi onun köksünə, onun qəlbini öz köksümə qoymağa razı olum, o da razı olsun. Bu razılıqdan doğan bütün nəticələr gərək ki, öz-özünə məlumdur.
Başqa şairlərin şeirləri
Hicran yürüş etdi, qəm aldı canım,Ağlar gözüm, qanlı yaşlar tökər hey.
Üşşaqə məşq, eşqdə tumari-KərbəlaÜşşaqə məşq, eşqdə tumari-Kərbəla,Əhli-məzaqə gərmdi bazari-Kərbəla,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"