Səhifə 1 / 2

Ləklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.

– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?

– Qərəlim gəlmir. Mənim isti yerim elə buralardır. Öyrənişmişəm, əlləşməyə xoşum var.

Başqaları payızda məhsulunu yığıb-yığışdırır, qışda oturub keyf çəkir. Hilal dayı bunu bacarmır. Deyəsən, kişi torpağa, bitkilərə vurulmuşdur. Bir gün çölə çıxmasa, bulud kimi tutular. Onun bərkimiş balaca əllərindən, inamlı baxışından, qocalmış sifətindən iş yağır. Onu görən kimi, tağları, dirrik ləklərini, peyvənd ağacları xatırlayırsan, dirriyi görəndə Hilal dayını xatırlayırsan. Hilal dayı 70 illik ömrünün çoxunu bağbostan bitkilərinə qulluq eləməkdə keçirmişdir. İşlə, zəhmətlə elə qaynayıb qarışmışdır ki, bunlar biri-birindən ayrı heç təsəvvürə gəlməz. Onun, oğul kimi bəsləyib-böyütdüyü ağaclar var. Lapatka ilə açdığı arxlar, külüng ilə qazdığı su quyulan vardır. O, meyvə-göyərti artelinə girəndən sonra anladı ki, canında nə qədər cövhər var imiş. Həm ləzz ə tlə işləyib bostanını bəsləyirdi, həm də bir aləm iş günü qazanırdı.

Dünən axşam Hilal dayı qaranlıqlaşanda evə gəldi. Kürkünü soyunub bir kənara qoydu, belindən qəlyanını çıxardıb doldurdu, buxarının başında döşəkcə üstündə oturdu. Oğlu Məhər oturub qəzet oxuyurdu, balaca qardaşını başa salırdı:

– Molotov yoldaşın on səkkizinci partiya qurultayında edəcəyi məruzənin tezislərində göstərilir ki, gərək üçüncü beşillikdə bütün mərkəz şəhərlərin ətrafında şəhər təsərrüfatı genişlənsin, kartoşka, göyərti bazası yaransm. İş elə artsm ki, məsələn, Bakının ətrafında əkilən kartoşka və göyərti bütün Bakı camaatını ödəyə bilsin...

Hilal dayı "göyərti" sözü eşidən kimi, baş barmağını çubuğun qabaran külünə basdı, Məhərə qulaq asmağa başladı. Meyvə-göyərtidən, dirrikdən söhbət olanda Hilal dayı elə güman edirdi ki, şəxsən onun özündən danışırlar, onun uşaqlıqdan bəri məhsuldar torpaqlara tökdüyü zəhmətdən danışırlar. Belə yerdə Hilal dayı qulaq asmaqla dözmürdü. Ürəkdolusu sözlərlə söhbətə qarışmaq istəyirdi.

Lakin indi Məhər qəzet oxuyurdu, izah edirdi. Hilal dayının üzünə də baxmırdı. Hilal dayı fikirləşirdi ki, söhbətə necə qarışsın. İstədi gözləsin, qəzet qurtarandan sonra Məhərdən əməlli-başlı öyrənsin, görsün, nə məsələdir. Üzünü çevirib yanan buxarının divarları yalayan və uzanıb gödələn alovuna baxdı. Gördü, yox, dözə bilməyəcək. Məhərdən soruşdu:

– Nə məsələdi o, göyərti ki deyirsən... nə olan işdi?

Məhər söhbətini o qədər də xoşlamadığı atasının bu sualını əvvəlcədən gözlədiyi üçün cavab da hazırlamışdı:

– Sən deyən şey deyil, beşillik plan məsələsidir.

Məhər bu cavabla atasını birdəfəlik susdurmaq, artıq suala yol verməmək istəyirdi, lakin Hilal dayı əl çəkmədi:

– Axı göyərtidən dedin orda, qəzetmi yazır onu?

Məhər daha da ağır cavab verdi:

– Əşi, - dedi, - bu ayrı məsələdir, beşillik plan tuturlar, sənin kimisinə nə dəxli!

Məhər bununla demək istəyirdi ki, "qoca kişisən, otur yerində, sən hara, belə böyük məsələlər hara?"

Oğlunun tünd danışmağı Hilal dayının xatirinə dəydi. Bunu öz oğlu yox, bir başqası desəydi, yəqin ki, üzüyuxarı söyüb biabır edərdi. Ancaq əlacı nə idi. Doğma oğlunun nanəcibliyinə ancaq təəssüf edə bilərdi! Hirs kişini boğurdu, yerində bir qurcuxdu və dedi:

– Əyə, bambılı, nə oldu, planın mənə dəxli olmadı? Bu nə sözdür, deyirsən, bəyəm, hansı işdə səndən əskik olmuşam.

Hilal dayının sinəsindən tüstü kimi bir ah qopdu. Bu, sönüb getməkdə, günü-gündən ulduz kimi uzaqlaşmaqda olan gənclik arzu və ehtiraslarına, tükənən enerjiyə, azalan taqətə qarşı qocalıq təəssüfü idi. Doğrudan da, qocalıq kişini yaman yerdə yaxalamışdır. Bu əyyamda qocalıq insafdan deyil. Aləm sel-su kimi cuşa gəlib, dünya ayılıb, insan qəd-qiymətini tapıb, zamana taraz kimi düzəlir.

Hilal dayı onunla təsəlli tapırdı ki, "bu peşədə cavanlıq o qədər də lazım deyil. Bir qələmə yüyürməyəcəksən, daş daşımayacaqsan, zora girməyəcəksən. Burada göyərtinin dilini bilmək gərək. Yarpağına baxan kimi, başının ağrısından xəbər tutmaq gərək. Şükür ki, bu da mənim əlimdən gəlir".

Məhər atasının acıqlandığını görüb dediyinə peşman oldu. Mənasını yaxşı düşünəndə özünün səhv danışdığını anladı. Səsinin ahəngini dəyişib üzr istəyən kimi oldu. Hilal dayı qulaq asmırdı. Üzünü yana çevirib nə isə mızıldayır, yəqin ki, Məhərdən narazılıq edirdi.

Hilal dayı başını qaldırıb kiçik oğluna döndü:

– Ədə, - dedi, - dur, çıx yuxarıdan Qurbanəliyə deynən, atam bu günün qəzetini istəyir.

Məhər qəzeti Hilal dayıya uzatdı:

– Buyur, bu qəzet!

İbrahim qardaşının qəzetini götürüb, stulunu atasının yanına çəkdi. Hilal dayı İbrahimin də üzünə tünd baxdı. İstədi, Məhərin qəzetini alıb qırağa tullasın, uşağa da acıqlansın ki: "tez ol, dur Qurbanəlidən qəzet al gətir!" Sanki İbrahim onun baxışından nə demək istədiyini anlamışdı:

– Qurbanəli dərsdədir, saat İl-də gəlir.

Hilal dayı tərpənmədən bir müddət buxarıya baxdı. Məhər pərt oldu, qalxıb eşiyə çıxdı. Hilal dayı İbrahimə dedi:

– Al qəzeti oxu!

– Tezisləri oxuyum?

– Tezis nədir, o bayaqkı yeri, nədi hökumət üçüncü dəfə beşillik plan tökür ha, oranı oxu!

İbrahim onillik məktəbi bu il qurtarırdı. Siyasi savadı o qədər də olmasa, hər gün qəzet oxuyardı. Tezisləri başdan başlayıb, imtahanda müəllim qabağında imiş kimi, ucadan oxudu.

İbrahim nəzərlərini uzun sütunların başından salıb başdan-ayağatan su kimi oxuya-oxuya gedir, ancaq sütunun ayağında nəfəs alırdı.

Bakının və Bakı kimi mərkəz şəhərlərin ətrafında şəhər təsərrüfatının genişləndirilməsi məsələsinə çatanda Hilal dayı ibrahimi dayandırdı:

– Oranı bir də oxu!

İbrahim təkrar oxudu.

– Saxla!

Hilal dayı İbrahimə işarə ilə dedi ki, "dur qələm gətir, orasına nişan qoy!" İbrahim qəzetin o yerini qeyd elədi. Sakit dayandı.

Hilal dayı çubuğunu tüstülədə-tüstülədə buxanya baxmağında davam elədi. Bir xeyli sonra dönüb İbrahimin üzünə baxdı:

– Dur yat, - dedi, - sabah dərsin var, dur!

Hilal dayı Molotov yoldaşın nə böyük məsələlər qoyduğunu anlamışdı. Ürəyində vuruşdurub fikirləşirdi, öz-özünə deyirdi:

– Deməli, Bakının milyon camaatına göyərti çatdırasan gərək. Gör nə qədər gərək torpaq əkilə. Nə qədər dirrikçi ola. Başa-baş sular çəkilə, həngamə başlana...

Fikirləşdikcə Hilal dayının zehnində böyük bir təsərrüfat dünyası canlanırdı. Abşeronun bütün quru yerləri sürülüb lək-lək naxışlanmışdır. Bir ucu dəmiryoldan başlanan dirrik və bostanların o biri ucu gedib dənizə çıxır. Yük maşınları yollarda toz qaldırıb, gübrə daşıyır. Kəmər kimi düz, qab kimi təmiz arxlardan axan Şollar suyu kələm, soğan ləklərinə dolub sakitcə dayanır, sanki mənzilə çatdığı üçün dincəlir.

Aqronomlar gəlib yenicə göyərən tərəvəzin körpə yarpaqlarına baxırlar. Faraş səpilmiş reylıan iyi adamı valeh edir. Parniklərin ağzı açılmış, qışdan qorunan, keçmiş qızlar kimi pərdədə bəslənib böyüyən yarpaqlar və zoğlar nəmli şüşələrdən eşiyə boylanıb bahara, günəşə baxır, dəstə-dəstə tamaşaya gələnlər dirrikçilərdon söz soruşurlar...

Bütün bu mənzərəni həqiqət kimi duyan Hilal dayı marağını gizlədə bilmirdi. Bir adam tapıb bu barədə ətraflı danışmaq, Sovet hökumətinin başladığı və onun peşəsinə dair olan iş haqqında ürəyindəkiləri demək istəyirdi. Özünə ən yaxın adam saydığı oğlunu çağırdı:

– Ay ibrahim, bir fikrə düşmüşəm axı.

– Necə?

– Nə xəyaldasan, bu plan işlərində bizləri də saya-hesaba salan olar, yoxsa aqronomlar gələsidir?

İbrahim müəyyən cavab verə bilmədi:

– Əlbəttə ki, təzə aqronomlar olacaq, ancaq köhnə kadrdan da istifadə eləyərlər, çünki onların praktikası var axı!

Hilal dayı oğluna qulaq asmadı.

– İstəyirəm, Molotovun özünə yazam!

Bu söz İbrahimə lap qəribə gəldi. Atasından birinci dəfə belə cəsarətli fikir eşidirdi. 70 yaşında bir dirrikçi, özü də savadsız bir kişi, Molotova nə yaza bilərdi?

– Nə yazacaqsan, əşi?

– Yazam ki, belə də, beşillik plana xeyrim dəyər.

– Nə olsun dəyər.

– Qoy bilsin ki, biz də bir peşə sahibiyik. Sabah Abşeronda iş açılanda məni kim yada salacaq?

– Molotov hökumətdir, vaxtı nə gəzir.

– Tapar, tapar. Əl boyda kağızı elə avtomobildə oxuyar, nə olub?

– Bəyəm, yazan bir sənsən?

– Yaxşı, el yazır, oba yazır, mən niyə yazmayım? Ballı arvad Kalinin yoldaşa yazmaqnan imarət aldı. Mən niyə yazmayım?

– Sən də imarət istəyirsən?

– İmarət istəmirəm, ancaq dirrik işində əlim olsun.

İbrahim atasının inadını görüb məktubun öz boynuna düşəcəyini bildi və dedi:

– Elə kağızı hər adam yaza bilməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri