Marksın dostu
Mən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."
– deyə məni danlayır.
Çox kitab oxuyub və yazmağıma darılır.
– Yaxşı, - deyirəm, - ana, di söhbət elə görək nə deyirsən.
– Nə söhbət eləyim, təzə qaydaları sən bilərsən.
– Mənim sözüm sənə nə ləzzət verəcək?
Gecəni anamla mübahisəsiz söhbət edə bilmədik.
O ağzını açır, oxumuş qızların "çox ağ" elədiyindən, nişanlılarını qoyub başqasına getdiyindən "zatı, südü düz olan adamın belə iş gör- 60 məyəcəyindən" şikayətli dillə danışır. Bir də görür ki, mən kitab oxuyuram.
– Səbətdən gilas tökülmür ki, - deyir, - qulaq asmırsan, heç asma.
O nə qədər köhnə təsirindədirsə, o qədər də yeniliklərlə maraqlanır. O, yeni gələn hər bir şeyin mahiyyətini arayır, həqiqətini tapmağa çalışır, hər gün quruluşumuzda gedən dəyişilmələr, irəliləmələr haqqında suallar yığır. Evə qayıdarkən cavab istəyir.
– A Mir Cəlal, bu hökumət bir belə pulu haradan alır, a qadan alım! Bir belə də tikinti olar, bir belə maşın olar, traktor olar?
O, Oktyabr revolyusiyası bayramında kolxozçuların toplanışını görmüş, "tükləri biz-biz olmuşdu."
– Bu qədər ki uşaq oxuyur bunun axırı nə olacaq? Hamı qulluqçu olanda əkib-biçən kim olacaq bəs?
– Bax, ana, - deyirəm, - əkən, biçən o dəmir insanlar, makinalar olacaq, biz yeni quruluşumuzda insanı istismardan qurtardığımız kimi, ağır zəhmətdən də qurtaracaq, onu kulturalaşdıracaq, həyatını yüksəldəcəyik. Məsmə nənə ömründə qaloş görmüşdümü? Ətirli sabunu axtarırsınız. Sən, şənliyinlə kinodan əl çəkmirsən, bunlar hamısı, bax, revolyusiyamızın, zalımları yox etməyimizin meyvəsidir.
Əvvəl bir qarmyoğunun cibinə tökülən pullar indi hamı əməkçilərin səadətinə, sağlamlıq və mənfəətinə gedir. Odur ki, bizim yüksəlməmiz belə iti gedir.
O, bəzən də Sovet hökumətinin qızılca kimi xəstəlikləri aradan götürdüyündən, uşaqların çoxaldığından bəhs edərək təəccüblənir. Onun bütün maraq və təəccübləri mənim üçün əlverişlidir. Onlar anamı dəyişmək üçün əlimdə imkandır. Suallarına mümkün qədər öz dili ilə cavab verirəm.
Bir gün işdən qayıdarkən qalın paltarının dərin qoltuq cibindən bir kağız parçası çıxartdı. Qəzetdə çıxmış karikaturaları göstərərək soruşdu:
– Bunlar adamdırmı? Günüqaralar niyə bu günə düşmüşlər?
– Baxırsan, ana, bu kooperativ müdiridir, bu da katibidir, birisi qapını basır, camaatı içəri buraxmır, o birisi isə malları qoltuğuna təpib evinə göndərir. Qəzet onları biabır edib. Birinin adı Vəli, o birinin isə adı Qurbandır.
O, divardan asılan Marksın şəklinə işarə ilə:
– Bu kişi kimdir? Nə üzü nurlu kişidir? - deyir.
Mən Marksı ona tanıtmaq üçün asan bir yol axtarıram.
– Ana, - deyirəm, - ilk dəfə "Bütün ölkələrin proletarları, birləşin!.." deyən kişi odur. O, biz yoxsullara anlatdı ki, istismarçıları yox etməmiş yaxşı yaşaya bilmərik.
Onlar bizi aldadaraq qanımızı içirlər, pambıqla başımızı kəsirlər, hər şeyi tikən, yetirən, becərən fəhlə, kəndli ikən, heç bir şeyə əli çatmayan da o idi. Sən ki gözünlə görmüsən, hansı fəhlə tikdiyi böyük binalarda bir gün yaşamış, hansı kəndli öz əməyini özü yemiş?.. O kişi, Karl Marks bizə bunları qandırdı.
Dünyanın yoxsulları onu ürəkləri kimi sevirlər, onun admı hamı hörmətlə çəkir...
– Anam onun adını düz deyə bilmir. Marksa qarşı onda oyanan təvəccöh, rəğbət hələlik mənə bəsdir.
Son zamanlarda uşaqlardan çox anama dərs verirəm. O, yamma düşüb kinoya gedir. Gənc yoldaşlarım mürgülədiyi halda məni dümsükləyərək: "Ona bax, gör nə edir, a ciyərin yansın!" deyə, pərdədə görünən mənfi tiplərə nifrət bəsləyir. O gördüyü revolyusiya qəhrəmanları ilə fəxr edir. Məktəblərə, fabrikaya, zavod gənclərinin şənliklərinə aparıram. "Balacaların çoxbilmişliyinə" heyran qalır, onda uşaqlıq marağı oyanır, gəncləşmək istəyir. Demək olar ki, bir neçə ay müddətində mən anamı dəyişdirmişəm, onu geriyə çəkən iplər qırılmışdır. O, irəliyə, işığa, günəşli bir gələcəyə doğru baxır.
Proletar gəncliyinin qarşısında parlayan yeni, sosializm həyatı, azadlıq aləmi onun qocalmış, işığını itirməkdə olan gözlərinə işıq verir. O, yeni dünyanın yeni insanları cərgəsində görünmək, qalib əmək orduları sırasında görünmək marağilə qaynayır. Ağaran saçlarını gizlətməyə, üzündəki qocalıq cizgilərini təsviyə etməyə çalışır. Sanki o özünü möhkəm tutaraq: "Mundar ölüm, gəlmə, rədd ol! Mən hara, sən hara! Mən yeni bir aləmə atılmışam. Mənim həsrətlər, ahlar, ağrılar altında çürüyən arzularım göyərir, onlar üçün işıq, hava, istilik var, mən yaşa62 maq istəyirəm. Mənim ağlar, qara günlərimi çıxdıqda ancaq 14 yaşım var. Mən revolyusiyanın qızıyam, onun qoynunda istədiyim qədər yaşamalıyam..." - deyir.
Bir gün evə qayıdıram. Görürəm ki, Marksın şəklinin kənarlarına q ır m ız ı lenta çəkilmişdir. Anam proletariatın böyük dahisinə layiqli kimi baxmağa çalışanlar sırasına gedir. Lakin din bağları anamın görüşlərindən hələ də üzülməmişdi. O həyatının çox hissəsini yaşayış qaydı-qayğısı ilə keçirərkən əli ilə çalışmış, qəlbilə göylərə, gözəgörünməz allahların ümidinə bağlanmışdır. O, ehtimal ki, əməkhaqqının bir hissəsini də göylərin yer nümayəndələrinə, falçılara, din xadimlərinə vermiş, dildə də olsa "səadətli" sözlər eşitmişdir. O, göylər, mələklər, axirət, cənnət haqqında müftəxor ağızlardan aldığı dumanlı və qarışıq təsəvvürlərə bir müəyyən şəkil verə bilmir. Bəzən onun beynində yanan yeni həyat alovları öz işıqlı saçaqlarilə qaranlıq təsəvvürləri örtür, yox edəcək hala gətirir.
– Din haqqmda bu kişi nə deyir bəs?
Mən bu suala birdən cavab vermirəm. Anamı bu barədəki qəti cavabı mənimsəmək üçün hazırlayır, tumarlayıram.
Çünki qəti və ehtiyatsız cavab bu yeni "dost" ilə Marksın arasında bir sərinlik əmələ gətirə bilər.
– Dindən xeyir tapan bir yoxsul tanıyırsanmı? - deyə anama sual verirəm və dindən faydalananları sayır və həyati, dəlillərlə iti-iti üyüdürəm, o, bu mülahizələrlə şərikdir. İndi mən başlayıram:
– Tiryək eşidibsənmi?
– Eşitmişəm.
– Necə şeydir?
– Adamı qurudur, qaxa döndərir, öldürür.
– Hə, bax Marks deyir ki, "din camaatın tiryəkidir", kim dinə tutulsa tiryəkə tutulan kimi şeydir. Onun qazandığı mollaların cibində olacaq. Çox işləyib, az yeyəcək və quruyacaqdır.
Anam Marksın üzünə baxır, onun nə cür "bu başda olduğunu", "bu mərtəbəyə çatdığını" düşünür.
Mən onun dalınca sadə, fəqət kəsərli sözlər işlədirəm.
– Hələ bir alim deyir ki: dini olanın ağlı yoxdur, ağlı olanın dini yoxdur! Lenin deyir ki, din burjuaziyanın əlində zəhmətkeşləri əzmək üçün silahdır.
Anam keçən il ilk orucluq idi ki, dinin və ona bənzər şeylərin daşını atdı. O öz arzusu üzrə toxucu qadınlara qarışdı. Fabrikanın gurultusu ondakı yeni həyat və quruluş ahənginə olan marağı oxşayır, kollektiv sosializm əməyi prinsiplərini qəbul etmək deyil, tətbiq edənlərin ön sıralarında yürüyür.
Fabı ika qapısından girəndə adını qırmızı taxtada görərsiniz. Ona qoca desəniz acığı gəlir.
Doğrudan da, fabrikaya gedəndən qiyafəsini dəyişmiş, illərlə oxuyub bişmiş qadınlardan heç də seçilmir.
O, istehsalat planı və partiya tapşırıqlarına istək və ürəklə yanaşdığından, Lenin partiyası sıralarına alındı. Bu, onun ən böyük arzusu və ən yüksək qələbəsidir. Anam yığıncaqlar, söhbətlər arasında Marksdan danışmadan keçməz. Marksa olan ixlasını bərkitmək üçün oxuya bilməsə də, onun gümüş yazılı, cildli kitablarını almışdır.
Bizə gələn savadlı yoldaşlara oxudub nəticəsini soruşur və hamısını da sinəsində saxlaya bilir.
Onu işçilər arasında "Marksın dostu" deyə çağırırlar.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-marksin-dostu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:
Anaların üsyanıAvqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.
Ananın köynəyiOğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.
GülgəzIGülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.
Başqa şairlərin şeirləri
Ey güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.
Qəzəl: Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməzTutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.
BənövşələrSən baharın qonağısanBoynu buruq bənövşələr.