Konserv zavodunun kiçik klubunda, müdir stolunun ətrafında yeddi-səkkiz nəfər oturmuşdu. Deyəsən, məşvərət keçirirdilər. Biri danışır, başqaları qulaq asırdı, sonra başqası danışırdı.

Danışıqlar sakit, mülayim keçirdi. Zavodun onilliyini qeyd etmək, buraxılan məhsul, qazanc, yetişən kadrlar haqqında, gələcək tədbirlər haqqında rəqəmlər, planlar göstərilirdi. Yerli komitə sədri Özüyarov isə çox narahat idi. Gah durur, gah oturur, gah danışanlara su töküb verir, gah nəsə protokola yazırdı.

Danışıqlardan yorulub, reqlament təklif eləyənlərə də hamıdan qabaq yerli komitə sədri cavab verirdi:

– Reqlament nədir, canım, qoyun işimizi görək, yubiley düzəldirik. Siz də... Hara tələsirsiniz, bundan vacib iş nədir?

Axırıncı natiq təklif edirdi ki, zavodun işini genişləndirmək, veni sex tikmək məsələsini qoymaq, kənardakı birmərtəbə binanı almaq lazımdır. Görünür, direktor da yorulmuşdu, ayağa qalxıb getmək istədi:

– Mən razıyam, o məsələni də qoymaq pis olmaz, hələlik bu tədbirləri keçirsək bəsdir...

Yerli komitə sədri birdən partladı:

– A canım, siz necə komissiyasınız, belə komissiya, belə yubiley olar?

– Nə olub, Özüyar?

– Necə nə olub?

– Nə olub axı?

– Necə nə olub, yubiley düzəldirsiniz, bəs mən boyda adamı görmürsünüz? O məsələni qoyaq, bu planı götürək... Bəs demirsiniz bu xarabada can çürüdən yerli komitə var? Qəribə bezsovestni iş görürsünüz. İclas gələndə Özüyar, putyovka istəyəndə Özüyar, konsert düzəldən Özüyar... Bəs yubiley keçirəndə bu filan-filan olmuşun adını çəkmək günah olar? Mən belə yubileyə ayaq basmaram!

Müdir onu sakitləşdirdi, üzünü divar qəzetinin redaktoruna tutdu:

– Seyfəddin, Özüyar düz deyir, onun barəsində fikirləşmək, fəaliyyətini qələmə almaq lazımdır. Yerli komitə sədrimiz unudulan adam deyil. Düz deyir, sən bu barədə fikirləş!

Qəzet redaktoru "baş üstə" deyib getdi.

İki gün sonra Özüyarm rəngli, səliqəli bir karikaturası qəzetdə çıxdı.

Fəhlələr hey baxır, gülürdülər. Hərifin sözlərini təkrar edirdilər:

– Mən yekəlikdə adamı görmürsünüz?

Əcəb korafəhm adamlarsınız!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sağlam yollarda

Bahar balalarını, yaz çiçəklərini, şirin-şirin meyvələr verən ağacları bəsləyib böyütmək, bilirsinizmi nə qədər yaxşı, müqəddəs, fəxri, sevimli vəzifədir?Ruqiyyə Abasovanın əmək tarixi tarlalarda, aləmə saf və ətirli yaz havası dağıdan yaşıllıqlarda və bağlarda başlanmışdır. O, ana qoynundan yenicə çıxmış balaca əllərini bağbanlıqda böyütmüşdür.

19325 dəq
Qələbənin açarı

" Toxucu sənayenin zərbəçi briqadası - Qasım İsmayılov kolxozçuları pambıq planını noyabrm 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:

19323 dəq
Səsimizi dünya eşitsin!

Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...

19324 dəq
Boy

Günəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.

193311 dəq

Başqa şairlərin şeirləri