Uzaqdan, şəhər toxuculannın içindən gəlmiş gülərüzlü bir qadın özək katibindən söz aldı. O, çit fabrikası komsomolçularının məktubunu kolxozçu gənclərə oxuyurdu.

– Uşaqlar, 360 dəzgahımıza işçi çatmır. Hələ gələn il dəzgahlar yarı-yarıya artacaqdır. Aşıb-daşan Mil düzü, Muğan pambığını toxumaq üçün adamımız azdır. Gənclərdən 32 nəfəri bizə vermənizi xahiş edirik. Biz onları usta edəcəyik. FZS-də oxudacaq, sonra dəzgah başına qoyacağıq-

O, məktubu qatlayaraq, "loru" dildə şəhərin, fabrikanın həyatından danışır, gənclər maraqla soruşurlar:

– Fabrika uzaqdadırmı?

– Neçə ayda toxumağı öyrədirsiniz?

– Sizdə komsomolçular çoxdurmu?

Dolu kimi yağan bu suallara nümayəndə iti və müfəssəl cavab verirdi. Kənd komsomolçuları fabrikanın xahişini ödəməyə qərar çıxardı.

Sabahı, aydın bir payız səhərində məktəbli və pionerlərin dəf və şeypur səsi kəndi bürüdü. Gənc nəslin qaynar və daşqın sevinci Bir May gününü xatırladırdı. Tarla zərbəçilərini və traktorçuları salamlayaraq, uşaq şərqilərilə yüriiyən qızıl bir araba 22 nəfər yeni toxucu gənci dəmiryoluna, stansiyaya aparırdı. Onların arasında yalnız bir nəfər qız vardı: Münəvvər! Küpəgirən qarılar Xavər xalanı çimdiklədilər, dümsüklədilər: "A külbaş, hara buraxırsan qızı? Başına dəysin o oxumaq! Gədələrin arasında!.."

Münəvvər bunları eşidərmi?

O, ağzından süd qoxusu kəsilməmiş mübarizələrin qucağına atılmışdır, ilk məktəbi həyat, müəllimi komsomol özəyidir.

Aprel günəşi Münəvvərin qəlbini həqiqətən alovlandırdı. Münəvvərin inadı qarşısında qoca, qaltaq qarıların naqqallığı əriməyə bilməzdi. O, komsomol iradəsilə sosializm şəhərinin çağırışına gedirdi.

Ayrılarkən təhəssürlə üzündən öpən anasına Münəvvərin cavabı bu idi:

– Ana arxayın ol. Mən bir sənin yox, həm də komsomolun qızıyam. Mən qalib gələcəyəm...

Münəvvər hansı biliklə FZS-ə gəlmişdir?

Məktəb, yüzlərcə yeni gəlmiş uşaqların sevinc və intizar qarışıqlı səsilə guruldayırdı. Hərəsi bir rayon və kənddən gəlmiş bu uşaqları, heç kəs əl verdirib, tanış etmədi. Lakin onlar iki günün içində qaynayıb-qarışaraq, hamısı sirdaş və can-ciyər yoldaşı kimi mehribanlaşdılar. Burada Münəvvər kimi qızların sayı-hesabı yoxdu. Münəvvər ömründə birinci dəfə idi ki, bu çoxluqda uşaq, xüsusən qız görürdü. Ona elə gəlir ki, bu qədər uşağın "haqq-hesabını" saxlamaqdan çətin iş yoxdur. "Yazıq müəllimlər nə gün çəkir..." Yeni və maraqlı xəbərə çağıran zəngin səsi uşaqları uzun, təmiz, işıqlı bir salona yığdı. Müəllimlər adları çağıraraq uşaqları siniflərə doldurdular.

Onları səviyyəyə görə qruplaşdırmaq lazım idi. Hərəyə bir 5-ci sinif kitabı verdilər.

– "Üsyan yarat" şeirini oxuyun, başa düşdüyünüzü yazın!"

Birisi kitabı bükərək:

– Biz bunu oxumamışıq, oxuduğumuzdan ver, - dedi.

Münəvvər vəzifəsinə məşğul ikən durub müəllimi çağırdı:

– Müəllim, anlaşılmır! Üsyan yarat! deyə kimə deyir, heç yazılmamışdır?

Uşaqların çoxu ruscadan heç nə bilmirdi. Xəritənin şimalını göstər deyəndə mat qalırdılar. Bu kəsirlər onları ruhdan düşürmədi, düşürə də bilməzdi, əksinə, onlarda təhsilə daha artıq iradə və möhkəmlik oyatdı. Onlar təkcə siniflər, kitab və dəftərlərin içində yox, çit fabrikasının dəzgahları, zərbəçi işçilər, mübarizə və həyat qucağında qaynayaraq yeni hərəkata qoşuldular.

Sosializm istehsalatı belədir.

Böyük ruh yüksəkliyilə başlanan iş, plan uğrunda mübarizə, çarpışma həvəslə gedirdi.

Dərs başlanar-başlanmaz FZS məktəbi tələbələri yarışa girişdilər. Yağ-sabun zavodu FZS məktəbinə 20 maddəlik bir müqavilə irəli sürürdü. Çit fabrikası komsomolçuları beşini də əlavə edərək, işə girişdilər. Dərsin keyfiyyəti, zərbəli iş, plan uğrunda!

Proqul, axsamaq, kəsir əleyhinə!

Stalin yoldaşın altı şərtini komsomolçular qələbə bayrağı kimi başda tutdular. Münəvvər bu döyüş və hərəkət ocağında bişir, bərkiyirdi.

Elə bil, heç o günlərdən 9 ay keçməmişdir. Bu müddət nə qədər nəzərə qısa gəlirsə, o qədər də uzun və heyrətli gəlir. Bu 9 ay içərisində FZS tələbələri nə qədər dəyişmişlər, onlar özlərini bir əsr irəlidə hiss edirlər. Münəvvər "Üsyan yarat!" şeirini başa düşmədiyi dəqiqələrə gülür, az qalır ki, bu gün "Gənc işçi" qəzetində çap edilmiş "Daha geniş addımlarla!" sərlövhəli məqaləsini müəlliminə göstərib təşəkkür etsin. İndi o daha mühüm bir yığıncaqda əyləşmiş, daha məsuliyyətli vəzifələr qarşısında bulunur. Qırmızı şüarlarla bürünmüş böyük salon komsomolçularla dolmuşdur. Özək katibi tərini silərək, iclası açır. Çöhrəsində ağır və uzun sinfi mübarizə dəhşətlərinin cizgiləri oxunan qocaman bolşevik Arustam əyləşmişdir. Fabrika müdiri, zavqom və bitərəf gənclər, hamı buradadır...

– Komsomol biletlərinin dəyişilməsi iclasını açıq hesab edirəm!

Alqış və gurultularla iclas qarşısına çıxan FZS komsomolçuları Lenin bileti kimi şərəfli bir hədiyyəyə qarşı vədə verməkdə çətinlik çəkirlər. Özək katibi biletləri komsomolçulara təqdimlə çox şeylər xatırladırdı:

– Yoldaş! Bu biletin üzərindəki şəkli görürsənmi? İliçin adını daşıyan bir polad gənclər təşkilatının üzvü olmaq! Proletar gəncliyi üçün bundan da böyük ad, bundan da böyük şərəf nədir!?. Sən bu şərəflə fəxr edirsən. Bu, sənin haqqın və bu adı yüksəltmək isə sənin vəzifəndir.

Bunu nə ilə ödəyəcəksən? Düzgün və komsomolcasına mübarizə ilə! Stalin yoldaşın sözünü hər an xatırla, texnikaya sahib ol.

Budur, stolun arxasında Xavər xalanın istəkli qızı Münəvvər görünür. O bəziləri kimi söz əzbərləyib gəlməmişdir. O qədər də sakit, soyuqqanlılıqla tribunaya çıxmamışdır. Münəvvər indi bir şagird deyil, bəlkə adını alqışlarla qarşılayan auditoriyanın önündə əmr almış bir əsgərdir. Onun inadkar simasında işçi qadınlığının ulduzu parlayır. Səslər kəsilir, hamı onu - komsomol dəstələrinin adlı bir aktivini dinləməyə sakit və hazırdır.

Münəvvər isə bu gün üzərinə düşən vəzifələrin ağırlığı ilə bərabər, nə dərəcədə fərəhli olmasını dərindən duyur, ona elə gəlir ki, Lenin komsomolu Münəvvərdən çox yeni şeylər tələb edir. Sevinc və həyəcan onu bürümüşdür. Böyük təcrübələrin komandanı bolşevik Arustam ondan nə xahiş edir?

– Münəvvər, bu alqışlar kiçik əllərinlə böyük işlər gördüyünü bizə söylədi. Bu bəsdirmi? Əlbət ki, yox. Sən ev qadınlarından 30 nəfərini savadlandır. Komsomolçular üçün atıcılıq dəməyi yarat, bunu sən bacararsan.

Münəvvər çox danışmadı. Əslən bu, onun xasiyyəti də deyil. O dediyi hər sözün arxasında iş, mübarizə durduğunu gözəlcə bilir və unutmurdu. Onun sözləri də özü kimi sadə və realdır. Münəvvər uzağa getmədi, mövzu aramadı. Sabah icrasına başlayacağı işləri sanadı:

– “B" sinfində yeddi qız zəifdir, onları hazırlayacağam. Birinci uşaq bağçasına gündə iki saat mürəbbiyəlik edəcəyəm, onlara komsomol ruhu verəcəyəm. Analar arasında Arustam yoldaşın dediklərini yeridəcəyəm. Onları təşkilat içərisinə alıb, köhnə dünyanın qara və çürük iplərini, bağlarını doğrayacağam, onları geriyə çəkən hər əngələ bir süngü kimi batacaq, əməkçi qadınları yeni həyata çəkəcəyəm. 17 dəzgahı normadan artıq təmir edəcəyəm. Dərsimdə sosyarış üsulu ilə qabaqcıl zərbəçi olacağam.

Bu dediklərimi bir Leninçi kimi, sentyabra qədər həyata keçirməyi öhdəmə alıram, 3-cü sex komsomolçularını yarışa çağırıram. Salondan qopan alqışlar içərisindən eşidilirdi:

– Münəvvəri dinləyin, cavab verin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dost görüşü

Məzuniyyətdə idim. Cibim dolu, kefim saz. On-on beş günümü şəhərdə keçirtdim. Sonra doydum, darıxdım. Əziz dostlarımdan biri, uşaqlıqdan məktəb yoldaşım olan Fətulla yadıma düşdü. Onun şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını, müəllimliklə məşğul olduğunu bilirdim. Bazar ağzına çıxıb maşınların birinə oturdum. Birbaş kəndə yollandım.Fətulla mənim dostum idi. Özü də, münəqqidlər demişkən, "sözün əsl mənasında" dostum idi. Bilmirəm, lüğət yazanlar dost sözünə nə məna verirlər, amma mən öz "lüğətimdə" dost o adama deyirəm ki, öz qəlbimi onun köksünə, onun qəlbini öz köksümə qoymağa razı olum, o da razı olsun. Bu razılıqdan doğan bütün nəticələr gərək ki, öz-özünə məlumdur.

19388 dəq
Vicdan əzabı

Mənim lıəkimliyim yüksək bir hisslə başlanmışdı. Bütün təhsilim boyunca insanın yalnız bədən quruluşunu, fizioloji aləmini deyil, psixologiyasını, mənəvi aləmini də öyrənməyə çalışmışam.Bəlkə buna görə idi ki, mən başqa sənətə yox, hakimliyə getdim. Bu sənətə başladığım ilk illərdə mən öz gücümə güvənirdim. Güman edirdim ki, sağlam başı, möhkəm ürəyi olan bir vücudun min cür azarı da olsa, sağaltmaq, ayağa qaldırmaq mümkündür. Müalicəsiz xəstəlik yoxdur. Bütün vaxtsız ölənlərin ölümü həkimlərin acizliyindən, yaxud müalicə tədbirlərinin gecikməsindən, ölənlərin səhlənkarlığındandır, çünki insan bədəni həddə-hesaba gəlməz maddi imkanlarla, həyat qüvvələri ilə zəngindir. Hansı vəzifədə, harada çalışsan, fərqi yoxdur. Əsl məqsəd xalqa xeyir vermək, sovet məktəbinin verdiyi bilik və bacarığı həyatda səmərəli işlətməkdir.

19387 dəq
Möhlətovun tərcümeyi-halı

Möhlətov birtəhər elədi, Allahsızlar İttifaqında kargüzar oldu. Biriki ay ürəklə işlədi. Səhər hamıdan tez gəldi, axşam hamıdan gec getdi. Nə dedilər, "baş üstə" ilə dinməz-söyləməz yerinə yetirdi. Onu işə düzəldən dostu da döşünə döyüb sədrin yanında öyünürdü:– Mən belə işçi taparam!

193915 dəq
Kimya tələsir

Yay səhərinin xəfif, sərin küləyi tük süpürgə kimi, həyətə çəkilirdi. Balkonun qabağında yatışanlar şirin yuxuda idi.Sol tərəfdəki ağ, bəzəkli uşaq çarpayısının toru cırıldadı, üstündəki liftik adyal tərpəndi, səkkizyaşlı Kimya dik qalxıb oturdu. Əvvəlcə üzünə tökülən saçlarını kənar elədi, gözlərini silib həyətə, işıqlanan üfüqə baxdı, sonra yerindən sıçrayıb anasını oyatdı.

19397 dəq

Başqa şairlərin şeirləri