Vicdan əzabı
Mənim lıəkimliyim yüksək bir hisslə başlanmışdı. Bütün təhsilim boyunca insanın yalnız bədən quruluşunu, fizioloji aləmini deyil, psixologiyasını, mənəvi aləmini də öyrənməyə çalışmışam.
Bəlkə buna görə idi ki, mən başqa sənətə yox, hakimliyə getdim. Bu sənətə başladığım ilk illərdə mən öz gücümə güvənirdim. Güman edirdim ki, sağlam başı, möhkəm ürəyi olan bir vücudun min cür azarı da olsa, sağaltmaq, ayağa qaldırmaq mümkündür. Müalicəsiz xəstəlik yoxdur. Bütün vaxtsız ölənlərin ölümü həkimlərin acizliyindən, yaxud müalicə tədbirlərinin gecikməsindən, ölənlərin səhlənkarlığındandır, çünki insan bədəni həddə-hesaba gəlməz maddi imkanlarla, həyat qüvvələri ilə zəngindir. Hansı vəzifədə, harada çalışsan, fərqi yoxdur. Əsl məqsəd xalqa xeyir vermək, sovet məktəbinin verdiyi bilik və bacarığı həyatda səmərəli işlətməkdir.
İlk aylar rayonda səhiyyə məntəqəsində çalışırdım. Çox həkimlər çətinlik çəkdikdə yanıma gəlirdilər. Çox zaman xeyirli məsləhət alırdılar. Biliyimdən, bacarığımdan aşağı dərəcəli vəzifəyə getdiyim üçün dostlarım, tanışlarım məni danlayırdılar. Mən onları qane etməyə çalışırdım:
– Vəzifənin böyük-kiçiyi yoxdur. Pis və ya yaxşı işləmək vardır.
İttifaq düşdü ki, bir iş bizim mübahisəmizə də, mənim həkimlik sənətimə də son qoydu.
Mən qulluğa girən ilin qış ayları idi. Rayonda boğaz ağrısı yayılırdı. Səhiyyə şöbəsinin əmri ilə uşaqlara iynə vururduq. Bu işə tibbi rəhbərlik mənə tapşırılmışdı.
Ata-anaların çoxu səhiyyə tədbirlərinin xeyrini və vacibliyini yaxşı düşünmüşdülər. Uşaqların əllərindən tutub, məntəqəyə müalicə tədbirləri üçün gətirirdilər.
Şübhəsiz ki, hələ lazımınca maariflə işıqlandırılmamış ailələr də vardır. Bəzi analar əziz uşaqlarının qoluna iynə batırılanda, uşaq ufuldayanda və ya ağlayanda dözmürlər, ürəkləri yanır. Mən belələrini başa salmağa çalışırdım. Rayonda tibbi təbliğatı da çox genişləndirirdik. İnandırırdıq ki, fəryada məcbur olmamaq üçün, uşağı qorxulu xəstəliklərdən qorumaq üçün, onun ufultusuna dözmək, məna verməmək lazımdır.
Həkimlər, feldşerlər və tibb bacıları uşaqları az sevmirlər. Onlar müalicənin, xəstəliklə mübarizənin müvəffəqiyyətləri ilə fəxr edirlər. Fərqi yoxdur, tanısalar da, tanımasalar da, xəstə kim olursa-olsun, onun müalicəsini məcburi vətəndaşlıq borcu sayırlar. Xəstəlik - təbabətin qəddar düşmənidir.
Mən iş otağımda oturmuşdum. Uşaqlarla görüşür, mehriban danışır, zarafat edirdim. Onları əyləndirməyə, cürətləndirməyə çalışırdım.
Bir qadın səkkizyaşlı oğlunu iynə vurmağa gətirmişdi. Uşağın famili, yanılmıramsa, Mürsəlzadə idi, adı, lap yaxşı yadımdadır ki, İmran idi. İmran girdəsifət, alagöz, gülərüz, gözəl bir uşaq idi. Yəqin ki, şair Lermontovun uşaqlıq şəklini görmüsünüz. İmran onun kimi, ağzı-burnu yaraşıqlı, genişalmlı, qıvrımsaçlı, enlikürək bir uşaq idi.
Bunların hamısından artıq mənə təsir edən uşağın şənliyi, gülüb-oyııamağı idi. O, maraqlı bir oyuna gəlirmiş kimi, sevinc və həvəslə məntəqəyə gəlmiş, qolunu çirməyib, növbəsiz-zadsız tibb bacısının qabağına keçmişdi. Onun düz, mərmər kimi ağ və ətli qolu indi də gözümün qabağındadır. Sanki o, musiqi çalmaq, ya rəsm çəkmək, şeir yazmaq üçün yaranmış uzun, incə və diri barmaqlarını indi də oynadır, sanki ovcunu indi də yumub-açır, saf və səmimi uşaq səsilə indi də gülə-gülə çağırır:
– Doktor, məni də iynələ!
Bütün işçilərin xoşuna gələn bu gözəl uşağın anası bizim gəlin analara məxsus utancaqlıqla bir az kənarda iftixarla dayanmışdı. Məsud və xoş baxışları ilə oğlunun hərəkətlərini izləyirdi. Mən uşağın əlini sıxdım, adını və kefini soruşdum. O, düz və ağıllı cavablar verirdi.
Tibb bacısını çağırdım. İmranı iynələdi. Uşaq ufuldadısa da, üzündəki xoş ifadəni pozmağı özünə ar bildi. Qızardı, kənara çəkilib, qoluna vurulan yodun qurumasını gözlədi, birdən diz çökdü.
Mən başqaları ilə məşğul idim, arxadan bir səs eşitdim:
– Doktor, buna nə oldu?
Dönəndə anasının İmranı tutduğunu, uşağın rənginin dəyişdiyini gördüm. Tez yaxın gəlib, nəbzinə baxdım. Get-gedə İmran saralır, taqətdən düşür, gözləri sönürdü. Cəld onu qucağıma aldım. Anasının təşvişini artırmamaq üçün:
– Gəl, - dedim, - bacı, dalımca, bu saat ona dərman verərik, düzələr, iynə uşağı incitmişdir.
Biz yaxında olan klinikaya doğru addımlayırdıq. Mən uşağı yaxşı öyrənmək üçün anasına suallar verirdim və çalışırdım ki, o uşağın halının xarablığını hiss etməsin, suallarıma çox da məna verməsin. Mən klinika pilləkənlərindən çıxanda gözüm uşağın sifətinə düşdü. Bu dəqiqəni ömrüm boyu unutmaram. Bu vaxt mənim halımı təsəvvür etmək və qələmə almaq çətin bir işdir!
İmran çoxdan keçinmişdi. Mən buz kimi soyuq bir bədəni müalicəyə aparırdım. Uşağın anası dalımca gəlirdi. Tövşüyə-tövşüyə pilləkənləri çıxır, təlaş içində nə isə deyirdi. Məntəqədən gələndə uşağın bədənində, yəqin ki, öyrənmədiyimiz bir xəstəlik olduğunu, tibb bacısının bacarıqsızlığını və ya dərmanın pisliyini düşünürdümsə də, indi şüurum özümdə deyildi. Bu müdhiş və ağır hadisənin təsirilə tamam sarsılmışdım. Ani fikirlər təsəvvürümdə oyanır, yenə sönürdü. Mən onları sel suyunda axan alma kimi tutmaq istəyirdim, əlimə heç nə gəlmirdi. Bu bulanıq və nərəli sel məni vurub yıxır, aparırdı.
Nə etməli idim? Qucağımdakını hara aparım, necə aparım ki, bilən olmasın, necə edim ki, bədbəxt ananı heç olmasa, bir saatlığa aldadım, ya dayanıb qollarımı yanıma salımmı? Uşağın meyitini sahibinə tapşırım, ya harada gizlədim?..
Bu fəlakətli xəbəri mən kimə deyim, necə deyim, nə üzlə deyim? Mənə elə gəlirdi ki, cibimdə silahım olsa, uşağı yerə qoyar, ananın naləsini eşitməmək, cinayətimi qanımla yumaq üçün ürəyimə bir güllə sıxardım.
Heç bilmədim ki, o boyda binanı, ikinci və üçüncü mərtəbəni necə və nə vəziyyətdə dörd dolanmışam. Nə ananın, nə arxamca düşənlərin səsini eşidirdim. Qan-tər içində yüyürək, bir sürətlə uşağın meyitini haraya isə aparırdım. Uzun və dar koridorlar boyu addımladıqca, uşağın balaca və zəif ayaqlan dizimə toxunurdu.
Bir zaman gözümü açıb, arxamca bir izdihamın axışdığını gördüm. Səslər ucalırdı:
– Doktor, doktor, doktor!
Veyinləyirdim.
Təpiyimlə vurub açdığım bir kabinetin qapısını dərhal basdım. Uşağı taxtın üstünə qoyub, tez qapıda dayandım.
– Ancaq, - dedim, - qadınlar gəlməsin, qadınlar gəlməsin!
Həkimlər, işçilər tökülüşdülər, meyiti görüb dalbadal soruşdular. Mən kimsəyə bir cavab verə bilmirdim. Qulağım qapıda idi. Bədbəxt ananın halına acıyan ürəyim sanki qana dönüb axır, əsəbi və pozulmuş damarlanmla beynimə tökülürdü, bu saat gözlərimdən yaş yox, qan axacaqdır!
Bir də gördüm, qapı açıldı. Baş həkimlə ana içəri girdi. Mən qışqırıb, nə isə demək istəyirdim. Boğazım tutuldu, qəlbimdən vurulmuş kimi, bütün taqətimi itirdim, yerə yıxıldım.
Deyirlər, bir gün sonra ayılmışam. Deyirlər, ayılmışam, amma İmranın ölümündən sonra mən ayılmamışam və görəsən, ayılacağammı?
Tibb bacısı və mən İmranın qatilləriyik. Onun qanında dərmanla şiddətlənən bir xəstəlik varmış ki, mən öyrənməli, bilməli idim. Mən bütün uşaqlara bir biçimdə, bir ölçüdə, bir vəzndə olan konserv qutularına yanaşan kimi yanaşmışam. Mən o zəif və mürəkkəb insanların vücudunu, xüsusiyyətini öyrənməmişdim.
İmranın ata-anasının müsibəti mənim xəcalətim qədər ağır idi. Onlar qan, qisas iddiasında ola bilərdilər. Mən başımı verməyə, qanun və ədalət divanı önündə ən ağır cəza qəbul etməyə hazır idim.
Lakin onlar bu iddiada deyildilər. Səhiyyə işçiləri onları sakit etməyə, məni müdafiəyə çalışırdılar.
Mən bu axşam gedib Mürsəlzadənin qarşısmda durdum.
– Ey bədbəxt ata! - dedim, - sənin gözünün ağı-qarası, ailənizin əzizi, sevinci olan gül kimi bir balanı mən öldürmüşəm. Götür baltanı, mənim bu qatil əllərimi doğra! Mənim səhlənkar başımı kəs!
Mürsəlzadənin dərdi daha da artdı. O, kədərdən enən göz qapaqlarını güclə qaldırdı. Mənə yox, üfüqlərə baxa-baxa dedi:
– Qəsdən öldürməmisən ki. Get sən bil, vicdanın bilsin! Get, amma başqalarını öldürmə!
O, alicənab və möhkəm atanın rəftarı mənim xəcalətimi, peşmançılığımı və təəssüfümü daha da artırdı.
O oldu ki, mən həkimlik sənətini yerə qoydum. Şəhərdən yığışdım, işdən haqq-hesabımı kəsdim. Cinayətkar sifətimlə el üzünə çıxmamaq, hər görünməyimlə hər dəfə Mürsəlzadələrin dərdini təzələməmək üçün ən uzaq kəndlərdən birinə yollandım.
İndi mən kənddə bağça mürəbbisiyəm. İyirmi-otuz uşağa baxıram. İşimdən, güzəranım və həyatımdan çox razıyam. Ən böyük dərdim İmranın ölümüdür. Onu, o gözəl və günahsız məxluqu unuda bilmirəm. Mənim nəzərimdə o yaşayır, gülür, oynayır və böyüyür, hərdən məsum bir sükut içində mənə baxır. Sanki bu baxış İmranın deyil, mənim ittihamnaməmi oxuyan təmiz bir vicdanın müraciətidir. Əcəl məni boğazlayınca, bu vicdan mənə əzab verəcək, hər görüşündə mənim qəlbimi təzədən yaralayacaq, hər dəfə məni daha ağır ittihamla əzəcəkdir.
Mən isə cinayətimi yumaq, İmranın qanına əvəz vermək üçün kəndə gəlmişəm. Günümü sevdiyim, öz övladım kimi əzizlədiyim uşaqlarla keçirirəm. Şəhərdən gətirdiyim bütün bilik və təcrübəmi, bütün qüvvə və bacarığımı sərf edib, bu kiçik günəşlərin böyüyüb parlamasına sərf edirəm. Bu işdəki müvəffəqiyyətlərimi ən böyük təsəlli sayıram. Bu ö- zü də həkimlikdir. Əslinə baxsan, ən yaxşı həkimlik budur! Mənim və zifəm ana qucağından sağlam aldığım balaları üç-dörd ilə böyütdükdən sonra sapsağlam məktəbə təhvil verməkdir. Məktəb də eyni həkimliyi etməlidir. Şagirdləri yalnız fikircə deyil, bədəncə də sağlam yetirib, yuxarılara - texnikumlara, institutlara təhvil verməlidir. Eyni borcu ali məktəblər də gözəl ödəsələr, gənclərimiz xəstəlikdən uzaq olarlar. Xəstələnməməyi təmin etmək isə ən yaxşı müalicə üsuludur.
Mən şəxsən işlədiyim dairədə buna nail olmağa çalışıram. Bunu bacara bilsəm, cinayətimi qəlb aynamdan silinmiş sayar, el içinə çıxanda xəcalət çəkmərəm. Hakimlikdən tamam əl çəkdim, çünki yaxşı həkim ola bilmədim. Həkimin isə miyanası olmasın gərək!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-vicdan-ezabi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
"İşləməyən dişləməz" - demişlər. Lakin revolyusiyadan qabaqkı həyatın səhifəsinə baxın, işləyənlərin dişləmədiyini, işləməyənlərin dişlədiyini, hətta didişdirib, cırmaqladığı və söküb-dağıtdığını görəcəksiniz.Fransızlar bu misalı ayrı cür qoyublar. "İşləməyən, dişləməməlidir", lakin məsələnin qoyuluşu həlli demək deyil. Ancaq proletar revolyusiyası isbat etdi ki, işləməyən dişləməməlidir.
Molotovçular– Sən aparsan, üzüyünün qaşımı düşər?– Tülkü-tülküyə buyurur, tülkü də quyruğuna... Öz vəzifəni necə xalqın boynuna yıxırsan.
Bayrağı bərk saxla"Komsomol" məktəbi keçici bayrağı asanlıqla almadı. Rəhbərlik dəyişdi, məktəb kökündən silkələndi, komsomolçu Rəşid müdirliyə keçdi. Müəllimlər heyəti özünü topladı, atalar tərpəndi, uşaqlar dərs ətrafında arı kimi uyuşdu.Budur, iki ay yay tətilində uşaqların becərdiyi bağça! Ataların köməyilə qurulan radio aparatı, səhərlər ağzını aləmə tutaraq deyir:
Volqanın qucağındaBu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm