Səhifə 2 / 2 · 50%

Əkbər radio cihazını yerinə qoyub qayıdandan sonra Mərməri yeni mənzilə köçmək münasibəti ilə təbrik etmək üçün qapısının qabağında dayandı. Sonra ərinin evdə olmadığını hiss edib geri qavıtmaq istədi, gördü yox, qayıdası təhəri yoxdur. Nəsə bir söz deməlidir.

Cəsarətlə qapını açıb, sanki kənar adamlara eşitdirirmiş kimi, bərkdən dilləndi:

– Qonşu, çox mübarək olsun, sağlıqla! Ancaq deyəsən, bu iki mənzilin bir şotçiki var axı!

Mərmər də qapıya çıxdı:

– Sizinki də mübarək olsun. Bəli, şotçik birdir, axı, əslində bura bir ailə üçündür, ancaq, idarədə ayırıblar.

Həmkarlar İttifaqı ayırmağa qoçaqdır, adı "ittifaq" - birləşmə olsa da.

– Nə olar, şotçik qoymaq olar.

– Yox, bir şotçik bəsdir, sözgəlişi deyirəm.

– Qonşuluqda mehriban yaşamaq gərək.

– Sağlıq olsun, elə şeylər düzələr...

Əkbər ürəyini bərkidib sözünü deməyə qət elədi:

– Bağışlayın, Mərmər xanım, müəllim seminariyasında oxumamı-sınız?

Bir az əvvəl Əkbərin "qonşu" deyə müraciət etməyi Mərmərə toxunmuşdu: "Ay etibarsız dünya, gör nə günə qalmışam ki, dırnağıma qurban kəsilməyə hazır olan oğlan indi mənim adımı unudub, "qonşu" çağırır..."

İndi Əkbərin "Mərmər xanım" deməsi qadının ürəyini tərpətdi, gəncliyin əziz, ləziz günlərini ona xatırlatdı. Əkbərin sualı Mərmərə görə, danışmaq üçün bir bəhanə idi. Çünki Mərmərin harada işlədiyini, kimlə yaşadığını Əkbər bilirdi. Zahirən yersiz, əslində isə xoş gələn suala Mərmər də sualla cavab verdi:

– Siz necə, seminariyanı qurtarıb həkim işləyən yoldaşlardan dey-ilsinizmi?

Bu sözü deyən Mərmərin dodaqları qaçdı, Əkbərin çoxdan görmədiyi, həsrətini çəkdiyi incə bir təbəssüm qadının buğdayı sifətini bir az da işıqlandırdı. Mərmər öz nəzərinin Əkbəri çaşdırdığını duyub, kirpiklərini aşağı endirdi, yerə baxdı. Əkbər də həmin hərəkəti təkrar etdi:

Hər ikisi bir müddət sükut içində lal kimi dayandılar. Bilmədilər nə danışsınlar, necə danışsınlar, elə bil, nitqləri tutulmuşdu.

Kimsə başı üstündə tutduğu çarpayı setkasını gətirməsə, bir-birindən utanan köhnə istəkliləri ayırmasa, kim bilir, burada sükutu kim pozacaq, nə söhbətlər olacaq idi. Bu görüşdən ən çox xeyir görən mənzil idarəsi oldu. Mərmər də, Əkbər də müəyyən təcrübə görmüş, həyat yolu keçmiş, ailəli adamlar idilər. Onların hər ikisi yeni mənzil nə demək olduğunu, vətəndaşlara burada necə rahatlıq şəraiti lazım gəldiyini bilir və tələb etməyi düşünürdülər.

Mərmər, hələ orderlər verilməmiş, mənzil nömrələri müəyyən edilən zaman gəlib baxmış, qapı, pəncərələrdən, kranlardan, işıq xətlərindən şikayətini ərinə demişdi.

Əkbər də səqfin alçaqlığından, otaqların kiçikliyindən, şərikli yaşamağın əsəbi şərait yaradacağından həmkarlar komitəsində şikayətlənmişdi.

Sanki, bugünkü görüş müəllimənin də, həkimin də bütün şikayətlərinə son qoymuşdu. Hər ikisi, deyəsən, mənzil söhbətini tamam unutmuşdular. Hər kəs öz şirin xatirələrini gününə, saatına, dəqiqəsinə 435 qədər zehnində dolandırmağa çalışırdı.

Mərmər də, Əkbər də bu görüşdən, bu xoş və gözlənilməz təsadüfdən çox razı idilər, elə bil onlara böyük bir xoşbəxtlik üz vermişdi.

Ancaq heç biri bu xoşbəxtliyin nə ilə nəticələnəcəyini təsəvvür edə bilmirdi. Sevinc qarışıq bir intizar onları elə bürümüşdü ki, hər ikisi gücü çatmadığı böyük bir toy tədarükündə çaşıb qalan adama oxşayırdılar. Nə tədbir, nə plan, necə hərəkət lazım olduğunu düşünmək yox, hadisələrin necə cərəyan edəcəyini, bunları hara çəkib aparacağını düşünürdülər.

Əkbər düşünürdü ki, nəhayət, sevdiyim bir qadın ilə qonşu olmaq mənə qismət oldu, eybi yoxdur, qoy Mərmər başqasının qadını olsun. Ancaq mən onu həmişə xoşbəxt, gülərüz görmək, gənclik xatirələri ilə yaşamaq istəyirəm. Hər gün səhərimi onun üzünə açmaq, xoş səsini eşitmək də mənim üçün bir səadətdir.

Mərmər də düşünürdü ki, sönən, külə dönən bir məhəbbətin yenidən alovlanması bəlkə də ailə ixtilaflarına, bir tərəfdən ərinin, o biri tərəfdən Əkbərin arvadının ürəkbulanmasına səbəb ola bilər. Mərmər bütün danışıq hərəkətlərinə fikir verir, ehtiyatla dolanır, hətta ərinin bu münasibətləri sezməyinə macal vermir, özü danışırdı:

– Qılman, seminariyada bu həkim mənimlə maraqlanırdı, hətta, məktub-zad da yazmışdı. Yadındadırım, toydan əvvəl mən onları sənə oxudum. Həmin bu oğlan idi. Əkbər Əkbərov bu idi.

Qılman qadının bu xatirələrini yad etməyini lüzumsuz bilirdi:

– İndi necə, xanımından razıdırmı, görəsən?

– Mehriban yaşayırlar.

– Xoşbəxt olsunlar. Hər kəsin öz qisməti! Sən mənim qismətimə yazılmışdın axı! Elə olmasa, qəza başını qapazlayıb mühəndislər aləminə gətirməzdi!

– Yoxsa peşman olmusan?

– Səni tapmasaydım, məndən nə müəllim çıxardı, nə mühəndis, məni adam eləyən sən olmusan, ay Mərmər, ancaq qoltuğun qarpızlan-masın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Anaların üsyanı

Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.

19405 dəq
Ananın köynəyi

Oğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.

19405 dəq
Gülgəz

IGülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.

19409 dəq
Məşriq

Yay axşamıdır. Ucaboy, uzunpaltar bir kişi zəmilərin içi ilə, başıaşağı, daş-kəsəyi, kol-kosu basa-basa yeyin yeriyir. Keyimiş qıçlarını əsa kimi qabağa atır, ayaqladığı daş-torpağı hiss etmir. Düz yolu qoyub dağa-daşa düşməyindən, qaraltı görcək yayınıb kənar getməyindən adam şübhələnir.Bu, saçı-saqqalı qar kimi ağarmış, sifətinə yuxu kimi qaranlıq çökmüş yüz yaşlı bir qoca idi. Elə quru, arıq bir adamdı ki, yeriməsə, canlılığına inanmazsan, deyərsən kölgədir, ya xəyaldır.

194018 dəq

Başqa şairlərin şeirləri