Qızıl oktyabr
Ölkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.İnqilab ki, yüksəklərdən yüksək sən,Qızıl Oktyabr, şərəfli bir adm var.
Meyvələrin bu günlərdə yetişmiş,Köylü, fəhlə bir-birilə görüşmüş,Doqquz illik bayramında öpüşmüş,Bayramına ölkələrdən təbrik var.
Fabrik, zavod istehsalat yüksəlib,Hər tərəfdə mədəniyyət saçılıb,Traktorla köylərimiz bəzənib,Qızıl Oktyabr, şanlı günün var.
Sənin adın titrədir zalımları,Vaxt arayır qənşərindən qaçmayı,Məzlum, fəqir ellər sənlə yüksəlir,Bu cahanda sənin şanlı adın var!
"Şəhab", 1926
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-qizil-oktyabr
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Özünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:
Qüdrət nümayişi– Karl Marks.Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi:
Xalqın ürək sözüBöyük Vətən müharibəsi günlərində, sovet xalqının öz doğma yurdunu, öz azadlığını, səadətini, öz xoşbəxt həyatını qaniçən german faşizmindən müdafiəyə qalxdığı bir gündə istər-istəməz xalqımızın tarixi ənənələri adamın xatırına gəlir. Bu gün cəbhələrdə nemes işğalçıları ilə döyüşən və müstəsna qəhrəmanlıq nümunələri göstərən Kamal Qasımovların, Məzahirlərin və yüzlərcə başqa vətən oğullarının hünərini gördükcə ata-babalarımızın, ümumiyyətlə bütün xalqımızın mübariz və məğrur keçmişi yada düşür.Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar, qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və məzmununu istilaçılara, zalımlara, zorakılara, xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər.
İsrafilQızıl almaAna "Məlik Məmməd" nağılını demişdi ki, uşaq yuxulasın. Uşağın isə başı yastıqda, gözləri səqfdə idi. Hərdən vacib şeyi xatırlamış kimi, qalxır, balkonda məşğul olan anasını çağırır, soruşurdu: