İsrafil
Səhifə 1 / 5
Qızıl alma
Ana "Məlik Məmməd" nağılını demişdi ki, uşaq yuxulasın. Uşağın isə başı yastıqda, gözləri səqfdə idi. Hərdən vacib şeyi xatırlamış kimi, qalxır, balkonda məşğul olan anasını çağırır, soruşurdu:
– Məlik Məmmədin də misri qılıncı var idimi?
– Neçə yaşında idi?
– Koroğlu basar, Məlik Məmməd?
Anası bəzən hirslənir, uşağa acıqlanırdı ki, "yat, səhər tezdən duracaqsan!" Bəzən də sual xoşuna gələndə başa salırdı:
– Nə Koroğlu basar, nə Məlik Məmməd. Dost dostu basmaz. İkisi də ağ divi, xanı, paşanı basar!
Uşaq nə sualdan, nə cavabdan doyur. Anası lampam söndürüb yatandan sonra da, İsrafil ayıq-sayıq baxır. Məlik Məmmədi düşünürdü. Hər gün oğrunun zavalına gələn qırmızı almalar, yuxuya qalıb ağ divi görə bilməyən böyük və ortancıl qardaşlar, barmağına duz basan Məlik Məmməd İsrafilin xəyalında bir mənzərə kimi dururdu! İsrafil quyuya, odlar, alovlar içinə tək sallanan Məlik Məmmədin halına acıyırdı. Ağ divi öldürdüyünü düşünəndə isə ixtiyarsız bir təbəssümlə sevinir, yerinin içində qılınc vuran kimi əl-qolunu oynadırdı.
Səhər gün dağlara yayılanda, əkinçilər tarlalara gedəndə İsrafili yaraq-yasaqlı həyətdə, küçədə görmək olardı. Onun qarğıdan Qıratı, taxtadan yonma Misri qılıncı, kürəyində zoğaldan aynalısı, əlində başına giliz taxılmış yemişan ağacı - dəmir əsası, başında əyrisinə qoyduğu Səttar xan papağı var idi. Yaraq-yasağını sahmanda görəndə min bir həvəslə səslənib küçədən-küçəyə, həyətdən-həyətə çapır, mahnı oxuyurdu:
Eşit, sənə nişan verim Qıratı,
Əbrişim ipəkdən yalı gərəkdir.
Bir mina boyunlu, uca sağrılı,
Beş kilo dəmirdən nalı gərəkdir.
Bir alma dırnaqlı, hündür boyunlu,
Meydana girəndə yüz min oyunlu.
Dəyirman misilli, ac qurt yeyimli,
Hər səfərdə qarnı dolu gərəkdir.
Qaranlıq gecədə yol şaşırmayan,
Düşmən qabağında ər düşürməyən,
Üstündə əl-ayaq yığışdırmayan,
Koroğlunun atı dəli gərəkdir.
İsrafil mahnı oxuyub at oynadır, xəyalında vuruşmalı düşmən axtarırdı. Bağların, bağçaların içinə girir, çəpərdən vurub keçirdi. Həyətlərindəki sarı armudun, heyvanın, çardaqdan sallanan üzüm tənəyinin meyvəsini ağ divdən qorumaq həvəsində idi. Bilirdi ki, Məlik Məmmədin qırmızı almasına göz dikən ağ div, bu meyvələrə də tamah sala bilər. Ancaq İsrafil də Məlik Məmməd kimi yarasına duz basmağa, quyuya sallanmağa, ağ divi parçalamağa hazır idi. Ağ div isə qorxudanmt, nədənsə, görünmürdü. Ona görə də bağçanın meyvəsi oğurlanmırdı.
Kür
Böyük qardaşı Ziyad tarla işinə gedəndə uşağı da özü ilə aparırdı. İsrafili həm "həyət-bağçadan yığışdırmaq", həm də yavaş-yavaş zəmiy ə alışdırmaq istəyirdi. İsrafil zəmiyə gələn kimi kəpənək qovalamağa başlar, gülləri aralayıb quş yuvası axtarardı. Qardaşı çağırıb danlardı. Bir müddət başını aşağı salıb dinməzdi. Qarşıdakı gülə bəzəkli bir kəpənək qondumu, uşaq yenə sənətinə başlardı. İsrafil yalnız bir yerdə - Kür qırağında sakit dayana bilirdi. Gözünü bu böyük və sakit çaya dikib baxdıqca baxardı. O, "bir dünya" bulanıq suyun haradan gəldiyini, haraya getdiyini, kimin zəmilərini sulayacağını düşünərdi. Ağaclardan yarpaq qırıb suya atar, dalınca baxardı. Yarpaq uzaqlaşdıqca, o özü də sahil boyu Kür aşağı yüyürər, özü də sakit suyun yolu ilə getmək istərdi. Kürün suyu İsrafili məşğul edən əyləncələrdən idi. Gah qol zorunu yoxlayıb, daşmı o taya aşırmaq istər, gah dəmir əsası ilə suyun axarına müqavimət göstərərdi. Kağızdan paroxod qayırar, tilov salıb balıq axtarardı.
Kür də mülayim bir at kimi uşaq ilə oynardı. Qapanlıya yaxın yerlərdə heç bir zaman daşmaz, heç bir zaman nərə çəkməz, heç bir zaman da azalmazdı. İsrafil əvvəllər bu axıb gedən suyun havaxt isə bağlanmış bir göldən açılıb buraxıldığını güman edərdi. Amma bunun sonu yox idi. Heç bir göldə bu qədər su olmaz. Heç bir gölün dəhnəsi il on iki ay açıq qalmaz. Göydən tökülən sumudur? Göydən bu qədər yağış tökülsə, kəndi su basar.
İsrafil bu suallarına cavab tapmadıqda Kürə yaxınlaşar, ovuclayıb doyunca su içərdi.
Şəhər
İsrafil 6-7 yaşlarına çatanda anası evi yığışdırıb şəhərə köçdü. Gəncədə (Kirovabad) çit fabrikasmda işə girdi. İsrafil anasına qoşulub fabrikaya gedir, qəribə-qəribə şeylərə rast gəlirdi. O, heç vaxt bu qədər adamı bir yerdə görməmişdi. Fabrikanın geniş darvazasından içəriyə doluşan adamlar, səssiz axan Kürün suyunu yada salırdı. Anası İsrafilin əlindən tutub özü ilə aparar, yanında əyləşdirərdi. Ancaq uşağın qərarı gəlmirdi. O, içərisinə düşdüyü gurultulu həyata qarışmaq istəyirdi. Fəhlələr kimi maşınlara yanaşmaq, işləmək istəyirdi. Uzun otaqlar boyu böyük dəzgahlar işləyirdi. Bir fəhlə xırda bir işgil ilə bu yekəlikdə dəzgahı dayandırır, ya hərəkətə gətirirdi. Bu hal İsrafili heyran qoyurdu. O da əlində belə qüvvət istəyirdi. O da bu qüdrətin sahibi olmaq istəyirdi. İstəyirdi ki, maşınlar, dəzgahlar onun da sözünə baxsınlar. "Get" deyəndə yerisinlər, "dur" deyəndə dursunlar. Anası başa salırdı ki: "Sənin gücün çatmaz. Sən oxumalısan!"
Şəhərə köçəndən bir həftə sonra İsrafili 5-ci məktəbə verdilər. Uşaq sevinclə dərsə gedib qayıdır, dərslərini hazırladıqdan sonra anasına danışırdı. Müəllimin yazdığı əla nömrəni qardaşı Hidayətə göstərir, dəftərinin üzünə səliqə ilə cild çəkirdi. Anası Mehdiqulu müəllimin yanına gəlib oğlu haqqında soruşanda, razılıq elədilər:
– Zehinli uşaqdır, - dedilər. - Yoldaşlarından seçilir. Dərsi tez götürür. Amma dəcəldir. Bir yerdə durmur, sakitliyi yoxdur. Məktəb çalışacaqdır ki, onun qaynayan meyil və həvəsi yaxşı vərdişlərə sərf olunsun.
İsrafil dərsdən sonra evə qayıdar, anasının, qardaşının işdə olduğunu görüb küçəyə qaçardı. Bir abbası verib "kukuşkaya" oturar, şəhər ilə vağzal arasında gəzərdi. Konduktor bu balaca müsafirə bilet vermək istəməzdi. İsrafil ona deyərdi:
– Boyum çıxmır, yaşım çoxdur, əmi!
Bir dəfə İsrafil velosipedçidən onu velosipedə mindirməyi xahiş etmişdi. Velosipedçi də onu tərkinə mindirib gəzdirmişdi. Anası bu işlərdən xəbər tutanda uşağı danlayırdı.
Küçədən əsgərlər keçəndə İsrafil qaça-qaça onları yola salar, rəsmi vəziyyət alıb "komanda" verərdi: "Bir-iki, sol, bir-iki! Olmadı!"
Əsgərlər gülümsər, komandir onun xatirinə dəyməzdi. Tənəffüs vaxtında İsrafil öz sinif yoldaşlarını yığıb manqa düzəldər, geri-geri çəkilib düz dayanar, yumruqlarını düyər, başını şax tutar, ucadan səslənərdi.
Deyəsən, pis komandirlik eləmirdi. Mehdiqulu müəllim uşaqlardan soruşdu, hamısı bəyəndilər, İsrafili özlərinə sirıifkom seçdilər.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-israfil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.
Kərpic məsələsiHər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.
Nanənin hünəriPəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.
Gözün aydınOğlum Arifə*1
Başqa şairlərin şeirləri
Dedilər; “Səbr elə” səbrə and içdim,Dedilər; “Səbr edən böyükdü, haqdı”.
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?