İsrafil
Səhifə 2 / 5 · 20%
Arzu
İsrafil ibtidai məktəbi bitirib əlaçı vəsiqəsi alanda anası sevinmiş, sonbeşiyini bağrına basıb demişdi:
– Atan bu günüvü görmədi, bala. Əvəzində özüm sənə xələt alacağam. Sənə bir dəst paltar tikdirəcəyəm.
Bacısı Şücaət ana nisgilini eşidəndə ürəyi yanmışdı. İsrafilin əlindən tutub parça mağazasına, sonra dərzi yanma aparmışdı.
İsrafil nə təzə paltarı ilə, nə şirni, nə gəzmək ilə maraqlanırdı:
– Ana, - deyirdi, - məni hərbi məktəbə göndər!
Gülsüm oğlunun xahişini yerə salmazdı:
– Bala, yorulmusan, hələ otur yayı dincəl. Payıza dönəndə yeznənə deyərəm, böyük məktəblərə oxumağa düzəldər. Sənin nə vaxtmdır, indidən hərbçi olasan!
İsrafilin qoca dayısı var idi. Kənddə yaşar, kolxozun atlarını otarardı. Uşağın hərbi təhsil şövqinə düşdüyünü eşidəndə acığı tutmuşdu. Şəhərə yolu düşəndə bacısı evinə gəldi. Deyəsən, İsrafili danlamağa gəlmişdi:
– Qırışmal, - dedi, - sənət tapmısan özüvə? Hərbi iş nədi. Hərbi iş bizlərə yaraşmaz. Get oxu incinar ol, doktor ol. Ətək-ətək donluq al. Yoxsa vayenni nədi! Ovçu kimi çiyninə tüfəng salmaqdan nə olsun!
İsrafil dedi:
– Bəs Nəbi nəyə salırdı?
– Nəbi komandir idi!
– Mən də komandir olacağam. Əvvəl əsgər, sonra komandir!
Dayısı İsrafilin inadını görüb anasını danladı:
– Sən niyə nəsihət eləmirsən? Sən niyə buna bir özgə sənət seçmirsən?
Gülsüm oğlunu çox sevirdi, heç xatirinə dəyməzdi.
– Könül sevən göyçəkdi, - dedi, - a Göyüş. Hərbiyə həvəsi var, qoy getsin. Alnına nə yazılıb, o olacaq, ürəyini niyə sındırırsan!
İsrafil hərbi məktəbə göndərilmək üçün bu gecə oturub yazdığı və səliqə ilə üzünü ağartdığı ərizəni katibəyə verdi. Katibə oxuyub gülümsündü: "Qəbul işi çoxdan qurtarıb. Bir də sənin neçə yaşın var ki? Uşaqları götürmürlər!.."
İsrafil ürəyində dedi: "Bu nə danışır!" Katibə və onu uşaq hesab eləyən sarı qız ilə heç danışmaq istəmədi. İstədi qayıtsın. Bir az fikirləşdi. Çıxıb getmədi. Qapıda divara söykənib kimi, nəyi isə gözləyirdi. Adamların birinci otağa tərəf üz tutduğunu görəndə bildi ki, komissar gəlmişdir.
Komissar sağlam, cantaraq, güləşqabaq bir kişi idi. Plaşını soyunmamış adamların şikayətini soruşurdu:
– Buyurun, bizə dair nə işiniz var, deyin!
İsrafil hamıdan məxfi, hamıdan çətin bir iş üçün gəlmiş kimi, ərizəsini axıra saxladı. Adamlar bir-bir komissardan cavab alıb çıxır, İsrafil isə komissarın şikayətə baxmağından ləzzət alırdı. Birdən komissar üzünü ona tutub soruşdu:
– Bacıoğlu, gəl görüm!
İsrafil irəli yeriyib dörd qatlanmış kağızı açdı, komissarın qabağına qoydu:
– Ərizəm var, yoldaş komissar, məni hərbiyyə məktəbinə göndərin.
Komissar dinmədi, başını aşağı salıb ərizəni oxudu.
– İndi sən oxuyursan, ya yox?
– Texnikum qurtarmışam.
– Bir-iki ay gərək gözləyəsən. Gözlə, özüm çağıracağam.
Komissarın cavabı İsrafili sevindirdi. Fərəhindən qızardı. Ürəyində dedi: "Deyəsən, götürəcək!" Ümidini yəqinləşdirmək üçün bir də soruşdu:
– Yəni, yoldaş komissar, ümid olum da? Hərbi məktəbə məni də göndərərsiniz!?
Komissar gülümsədi:
– Niyə ümid olmursan? Hərbiyə gedənlərin nəyi səndən artıqdır? Əsl sənin yerindir. Get, arxayın ol, komissiya işləyəndə çağıraram, gələrsən.
İsrafil hərbi komissarlıqdan çıxıb yüyürərək özünü evə saldı. Bacısı Şücaət həyətdə paltar sərirdi: muştuluqlayırmış kimi tez, həyəcanlı və qayım bir səslə dedi:
– Komissar söz verdi. Məni hərbiyə göndərəcəklər!
Bacısının cavabını gözləməyib içəri getdi. Anasını qucaqlayıb üzündən öpdü:
– Ana, - dedi, - lap özü ilə danışdım. Komissar nə yaxşı adam imiş, Əliyev! Mənə deyir, hərbiyə sən də getməyəcəksən, kim gedəcək. Hazırlaş, özüm çağıraram!
Gülsüm arvad oğlunun sevincindən fərəhləndi:
– Əlbəttə ki, oğul zirək olandan sonra hamısı xatirini istəyəcək!
Ana öyüdü
Gün o gün oldu ki, ana, bacı, qardaş, yoldaş İsrafili orduya yola salası oldular. Günəşli bir payız axşamı idi. Sərnişin qatarı, başdan-başa çağırışçılar ilə dolmuşdu. Gənclər, öz qohum-əqrəbaları ilə vidalaşırdılar. Bəziləri kioskda qəzet, bəziləri papiros, alma, üzüm alıb vaqona çıxır, yerini sahmanlayırdı. Bəziləri pəncərədən boylanıb yoldaşları ilə söhbət edir, bəziləri vağzalın ağzında dayanıb adamlarına nə isə tapşırırdı. Qohumlar, yoldaşlar İsrafili əhatə etmişdilər. Son dəqiqələr idi. Qatar onu götürüb gedəcək, qoca Qafqazın geniş və səfalı bir yerində, dağ döşündə, sərin və şirin bulaqlar kənarında düşürüb deyəcəkdi: "Başla, döyüşçülük öyrən!"
Birinci zəng çalınandan sonra yola salanlar ayrıldılar. Gənclər vaqonlara doluşdular. Qardaşlar, bacılar və yoldaşlar İsrafil ilə əl verib öpüşdülər, ayrıldılar. Ancaq bir qadın, bunu, bu yeniyetmə oğlanı doğub böyüdən Gülsüm Əkbər qızı İsrafil ilə tez və asan ayrıla bilmədi.
İxtiyarsız, qadının qolları açıldı. İsrafil südəmər uşaq kimi ananın qucağına yaşlandı. Başını o şəfqət və mehribanlıq mənbəyinin çiyninə qoydu. Sanki, umuzundan onun ürəyini, qəlbinin vurğularını dinləyirdi. Sanki bu vurğularda o, anasının son, vacib həyat tapşırıqlarım alırdı. Ana qəlbinin səsi nə qədər həzin, nə qədər munisdir. Nə qədər güclü, nə qədər mənalı, nə qədər davamlıdır.
Ana qısa barmaqlı bərk əllərini balasının, yaraşıqlı oğlunun enli kürəklərinə qoymuşdu. Gücü çatdığı qədər sıxır, onu bağrına basır, sanki qəlbinə, ürəyinə salmaq istəyirdi. "Budur, dünən-srağagün bələkdə saxladığım, südəmər balam, İsrafjl balam nə tez böyüdü, nə tez boy atdı, nə tez igidlərə qarışdı. Məndən ayrılır. Əsgər oğlum, hərbiyə gedən oğlum, ev-eşiyimin yaraşığı, sonbeşiyim..."
Ananın qəlbini titrədən məhəbbət iki damla göz yaşı olub yanaqlarından aşağı inci kimi yuvarlandı. Bunu İsrafil də hiss elədi:
– Ana, - dedi, - sən ağlasan mən heç nə edə bilmərəm. Mən səni deyib gedirəm!
Bu sözünmü, yoxsa Gülsümün sinəsində çoxdan oynayan, ancaq indi bir od, bir atəş olub yanan hissin təsiri iləmi qadın qollarını İsrafilin kürəklərindən çəkdi. Oğlunun çiyinlərindən möhkəm tutdu. Onun düz gözlərinin içinə baxdı:
– İsrafil, - dedi, - bala, gedirsən! Uzaq səfərə gedirsən!
Bunu deyib dayandı. Bu dəqiqədə ikinci zəng çalındı. Bu zəng hamını təlaşa saldı. Hamı vaqonlarda öz yerlərini tapdı. Yalnız İsrafil ilə anası, öz ana-bala məhəbbətlərini bölüşür, şirin-şirin danışırdılar. Onlar elə bir təmkin, elə bir inamla qabaq-qabağa durmuşdular ki, deyirsən bütün qatardakılar, bütün vağzal camaatı bunlara baxır. Hamı onları izləyir, hər kəs onların qəlb çırpıntılarını dinləmək, sözlərini eşitmək, baxışlarında, duruşlarındakı mənanı anlamaq istəyir.
Gülsüm xəyalını da nəzərləri kimi üfüqlərə atdı, iti bir qırlanğıc cevlanı ilə aləmi dolanıb qayıtdı, oğlunun o qara və işıqlı gözlərində dayandı. Sözünü təkrar etdi:
– İsrafil, bala, gedirsən! Get, səni Stalinə tapşırdım. Sən onun oğlusan. Oğul, get üzünü düşmənə sarı çevir, arxanı çevirmə! Get, igid ol, ciyərli ol! Vətən yolunda vuruş, südüm sənə halal olsun! Ananı yaddan çıxartma. Harada olsan kağızın gəlsin. Özünə yaxşı bax, cavanlığa salma. Soyunub soyuq suda çimmə! Əynini qalın eylə. Nə kəm-kəsirin olsa, xəbər ver, çatdıraram. Komandirlərin də sözünə bax! Qoy səni yaxşı öyrətsin!..
Ananın sözləri İsrafili sarsıtdı. Onun ağrı, ləkə, sızıltı görməmiş gənc ürəyi kövrələn kimi oldu:
– Ana, - dedi, - bağışla, hələ mən sənə layiqli oğulluq etməmişəm. Həmişə zəhmətim, əziyyətim dəyib. Gedirəm, səni arxayın salıb gedirəm ki, adma layiq döyüşəcəyəm. Mən Lenin ordeni almamış qayıtmayacağam! Vətənin düşmənlərini şalğam kimi qırıb tökəcəyəm. Gedirəm, sənin qabağında and içirəm ki, Koroğluya, Babəkə layiq işləyəcəyəm!
İsrafil bunları deyəndə anası bir də onu qucaqladı.
Artıq vaxt idi, Hidayət anasına deyirdi, "bəsdir, vaqon yollanar!" Qatarın hərəkətinə lap az qalmışdı. İsrafil bunu hiss edirdi. Ancaq anasına heç nə deyə bilmirdi. "Qoy, deyirdi, anadır, ürəyi var, arzusu var..."
Qatar hərəkət edən kimi vaqonda əsgərlərin mahnısı başlamışdı. İsrafil uzun müddət anası ilə olan son görüşü unuda bilmirdi. Ana qucağının istisi ilə yanır, şəfqəti ilə ruhlanırdı.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-israfil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.
Kərpic məsələsiHər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.
Nanənin hünəriPəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.
Gözün aydınOğlum Arifə*1
Başqa şairlərin şeirləri
Dedilər; “Səbr elə” səbrə and içdim,Dedilər; “Səbr edən böyükdü, haqdı”.
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?