Özünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.

Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:

– Lənət şeytana! - deyərdi.

Lakin bu nə yuxu, nə xəyal, nə arzu və nə də həsrət idi. Canlı bir həqiqətdi.

On iki ayı gecə-gündüz tənəklər dibində tər tökən, günəşdən tez durub ulduzdan sonra yatan qadının birdən-birə gülməyinin səbəbi nədir?

Bu suala Pakizə xala özü daha ətraflı cavab verir. Ümumiyyətlə, bu haqda söhbət açdıqda o, çox maraqlı danışır. Ağarmaqda olan və üzünə tökülən saçlarını qulağına yığaraq, danışır, danışdıqca qızır, qızdıqca danışır:

– Oğlum, mənə kolxoz deyəndə yaxın durmurdum. Öz əlim, öz başım olsun deyirdim... Nə bilim, a qadan alım, bizlər savadsız adamlarıq. Biz gözümüzlə görməsək, inanmarıq. İllah dakı mollalar, kolxozu pisləyirdi, ona görə də biz ürkürdük.

Pakizə xala uzaqdan başladı.

– Bəs nə tevr oldu ki, varlandın? Pakizə xala, onu de! Məsələni başdan başlama!

O, müəlliminə cavab verən bir tələbə kimi, cümləsini yarımçıq buraxdı, uzaq mətləbləri ötərək bu günə, lap indiki məsələnin üzərinə gəldi.

– Varlanmaqmı? Bax, a qurbanın olum, bizlər bağbanıq. Bağımızdan nə gəlsə, odur. Məhsul vaxtı əlimizə pul gəlirdi, qarğıya, tikana, göydaşa, soyuğa, qoruqçuya verəndən sonra dizimizi qucaqlayıb oturardıq. Yaxşı deyiblər, yaz əkinçi - qış dilənçi. Kolxoz olanda isə iş dəyişir, birlikdə çalışır, birlikdə bəsləyir, birlikdə yığırıq. Mənim payıma 700 put üzüm gəlib. Özüm də evin qabağında bir çanaq buğda əkmişəm. O da ki, qış ruzumu yetirdi. Bax odur, tövlədəki sarı düyəni də, min il yaşasın, hökumətimiz verib. Sabah, birisigün uşaqların ağarantısı da çıxacaqdır. Doğrusu, kolxozun gəliri bitməz-tükənməz imiş. İşləyən üçün kolxoz ana imiş, xəzinə imiş.

Pakizə xala indi kolxozun bucağında xoşbəxt bir həyat yoluna düşmüşdür. O, iki oğlu, Əyyub və Mürsəli komsomolda böyüdür. Qızı Firuzəni isə Lenin məktəbində oxudur. Əyyub mədəni yaşamaq haqqında anasına çox danışdı. Patefon almağa, evi döşəməyə, stolda yeməyə, Pakizə xala nəinki etiraz etdi, hətta böyük hazırlıq gördü. Onun indi yeganə arzusu - oxumaq, heç olmazsa "qaranı" seçməkdir. Pakizə xala öyrənməyə həvəslidir. Keçən gün qəzetdən cırdığı bir şəkli gətirmişdi:

– Burada, deyəsən, abed eləyirlər. Özü də bu əlində qaşıq olan ar96 vadı mən görmüşəm. Bir oxu görüm bu nədir?

– Ən yaxşı pambıqçı, Mustafa Məhəmmədovun külfətidir. İşdən sonra nahara oturmuşlar. Görürsünüz, şəhərli kimi dəsgahlan var!

Pakizə xala Mustafanın anasını yaxşı tanıyırmış. Hətta kolxozçu qadınlar toplanışında görüşüb, əlini də sıxmışdır.

Son görüşündə Pakizə xala çox təəssüflənirdi:

– Hayıf ki, əlimdə qələmim yoxdur!

O qaynayıb-coşan arzu və fikirlərini tökməyə səhifələr arayırdı. Ona elə gəlir ki, həyat gəncləşir, adamlar yeniləşir, fikirlər genişlənir. Kolxoz kəndinin səhəri açılmış, azad yaşayış tarixi yenicə başlanmışdır. O özünün qızlıq, gəlinliyini xatırlayırdı. Bu xatirələr uzaqda, qaranlıq keçmişin sonsuz dərinliklərində əriyir. Çadra, pərdə, hicab, naməhrəm, mərsiyə, həmzad, cin, cadu... bunları, dünənə qədər Pakizənin qəlbinə hakim olan fikirləri o, çoxdan atmışdır. O özünün bədbəxt gəncliyi ilə Firuzənin uldız kibi gündən-günə parlayan həyatını müqayisə etdikcə fərəhlənir. Onun fikrincə, bunlar, bütün bu qəzetlər, kitablar azdır. O, tezliklə oxumaq, yazı öyrənmək istəyir. Varlı həyatının iftixar lövhələrini yazmaq, kitablar bağlamaq istəyir. Pakizə xala yalnız kolxozçuluğu, yeni həyat yollarındakı addımları ilə iftixar etməyir. Həm do Əyyub kimi bir oğlun anası olduğuna fərəhlənir.

– Mən yaxşı bilirəm ki, Əyyubun bir anası da Şura hökuməti və kolxozdur. Mən onu ayazda, soyuqda, pis gündə, korluqda böyütməkdə ikən məktəb onu qucağına aldı. Düz 7 il o, hökumətin pansionunda bəsləndi, oxudu, böyüdü. Bütün bizim nəsil, hətta bu kənd tarixində bir nəfər də yoxsul balası, inqilabdan qabaq məktəbdə oxumaq görməmiş, çəkmə geyinməmiş, qalstuk vurmamışdı. Məktəb Əyyubu yetişdirdi. Mənə qalsaydı bir naxırçı olacaqdı. Mən bunların hamısını yaxşıca bilir vo qiymətləndirirəm. Nə üçün ancaq bu zaman doğulmadığıma, gələcəyin sahibi olan bu gənclikdən olmadığıma heyifsilənirəm.

Bunları dinləmək mənə çox təbii gəlir. Keçən günlərdə fransız qəzetlərindən birisinin "mülahizəsini" xatırlayıram. Qəzetdə Berlan adlı bir nəfər yazırdı:

"Şuralarda ata-analarla övladlar arasında uçurum, narazılıq, anlaşılmazlıq vardır."

Bu ləkənin iftirasına qarşı minlər, milyonlarca Pakizələrin şanlı həyatını qoymaq olar.

Pakizə xala savad kursuna davam edir. Kənd şurasının qərarı üzrə bu il bağbanlardan savadsızlıq qovulacaqdır. El savada sarılmışdır. O, axşamlarını kitab, qəzet və dəftərlərlə keçirir. Kino yazılarında hərflər və sözləri seçə bildiyinə qanad çalıb uçurdu. O, hələlik özü savadlanana qədər məndən bir şey xahiş etmişdi: yeni həyat qurmaq haqqında onun dediklərini yazmağı.

Pakizə xala Kürdəmirli Muxtarın çağırışını alqışladı. O, hazırlaşmışdı. Palazı yığdı, stol və kravat hazırladı. 125 manata aldığı "kurçunnu" qravatı silir, təmizləyir, səliqə ilə saxlayır. Əyyub yorğun halda işdən qayıdaraq, əl-üzünü yuyur, soyunur və arxayınlıqla qravata uzananda, Pakizə xalanın çiçəyi çatlayır. Bu onun üçün böyük bir fərəh verir. Evə işıq çəkdirmiş, radio çoxdan hazırdır. Özü açıb-bağlamağı da bacarır. Onun fikrincə, indiki anaların mühüm, müqəddəs vəzifələrindən biri də - zərbəçi oğullarına yaxşı baxmaqdır. Mustafanın anası ilə danışanda deyirdi:

– Pərnisə, qədrini bil, oğluna qulluq elə, bişmişini, paltarmı, istirahətini...

– Mən vədəmi yerinə yetirirəm. Pakizə xalanın sözlərini elan edirəm. Qoy hamı analar oxusun. Qoy hamı yazsın, danışsınlar, radiolar səslənsin, bolşevik oğul analarının yarışı başlansın.

Mədəni yaşayış qurmaq, mədəni istirahət yaratmaq, savadlanmaq, yeni üsulda bişmiş bişirmək, radionu, patefonu, elektrik lampalarını, telefonu işlətməyi bacarmaq uğrunda Pakizə xala kolxoz analarını yanşa çağırır. Onu dinləyin, ona səs verin! Ən yaxşı oğul böyütmək uğrunda yarışın! Qoy ana ilə oğul arasındakı "uçurumdan" bəhs edən Paris falçıları boş-boşuna qırıldatsınlar! Bu, nə mehriban anaların sevincinə, nə qəhrəman oğulların döyüşünə mane ola bilməz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri