Bakıdan fanar gəlir,
Oduma yanar gəlir.
İkimiz bir köynəkdə,
Köynək bizə dar gəlir.
(El mahnısı)

Sizi bilmirəm, amma mən libasda köynəyə üstünlük verirəm. Geyim-kecimdə yaxşı köynək, yar-yaraşıqda da. Bəziləri paltosunu, bəziləri kostyumunu və ya çəkməsini üstün tutur. Mən yox. Köynəyimin yaxalığı sahmanda olmadı işə getməyə utanaram.

Xüsusən, kişi geyimləri içərisində köynək birincidir. Həm cana yaxınlıq, həm zahiri görkəmdə!

Qafqazın şəhər və kəndlərində palto, plaş geyinən az olur, yaz-payız aylarında camaat hətta qolsuz köynəklə gəzir. Təsadüfi deyil ki, yaraşıqlı köynəyi mağazalarda görəndə camaat quş kimi cumur, qiymətinə, rənginə, ölçüsünə baxmadan alır...

Qərəz, köynək doğrudan da yaraşıqdır. "Dost başa baxar, düşmən ayağa" demişlər. İndi bu sözü ayrı cür işlətmək lazımdır: dost başa, düşmən ayağa, camaat köynəyin yaxalığına baxar!

28 Aprel küçəsindəki hazır paltar mağazasının qabağında növbəni görüb oraya yanaşdım, mağazadan çıxanlar əllərində iki-üç yaraşıqlı köynək aparırdılar. Sevindiklərindən dözmür, tələsərək köynəyi o van-bu yana çevirir, yaraşığına, səliqəsinə baxırdılar. Bu köynəklər lap uzaqdan da yaraşıqlı, cazibəli görünürdü. Alanın birindən köynəyin ölçüsünü soruşanda arxayın cavab verdi:

– Mağazada köynək boldur, nə ölçüdə desən var!

– Haradan gətiriblər?

– Vətən malıdır. Təzə! Almalı şeydir, qardaş! Yaraşıqlı maldır! Kassaya yanaşıb on altı manat verdim, çeki alıb satıcıya təqdim etdim:

– Qırxıncı ölçü.

– Nə rəng olsun?

– Şaftalı çiçəyi rəngində.

– Əcəb zövqün var!

Satıcı təzə bir söz eşitmiş kimi məni tərs, mənalı baxışla süzüb geriyə döndü. Üst-üstə qalanmış köynəklərdən həmin rəngli ikisini çıxarıb mənə verdi.

– Bu da sizə şaftalı çiçəyi!

Mən camaatın çoxluğunu, satıcının tələsdiyini görüb yubanmadım:

– Bükün aparım, – dedim, – sağ olun, qardaş!

Satıcıdan alandan, növbəyə duranlar sırasından çıxandan sonra köynəyi kağızdan açıb diqqətlə baxmağa, yoxlamağa başladım. Doğrudan da səliqəli, cazibəli köynək idi. Əla markalı, sarma qurşaqlı, zər yazılı köynəyin ehtimal ki, çox uzaqdan, Avropa şəhərlərindən gətirildiyini düşünmək olardı.

Amma yox!

Bu, Vətən köynəyi, lap bizim Gəncə fabrikində hazırlanan mal imiş.

– Qardaşoğlu, bu köynəyi təzəlikdə almısınız?

– Səkkiz-doqquz ildir bunu alırıq, necə bəyəm?

– Mən elə bildim Avropadan gəlir.

– Yox, öz malımızdır, xalis Vətən malı!

– Sağ olsunlar toxucularımız, dərzilərimiz, zövqlə hazırlayırlar.

– Camaat da alır, yaxşı da gedir, gəldiyi ilə satılmağı bir olur.

– Keyfiyyət. Bəs nədir?

– Keyfiyyətdən danışan çox olur, gözləyən az.

– İndi çox fikir verirlər.

– Demə, qardaş, görürsən çox şeyə keyfiyyət möhürü vurub gətirirlər, amma baxanda xaltura çıxır: çəkmədi, papaqdı, libasdı, gərək bunu başdansovma hazırlamayasan.

– Xalturanı istehsal edənlərin özünə qaytarmırsınız?

– Qaytarırıq, xeyri olmur, çoxunun əli öyrənib. Zay mal buraxan əl öyrənib!

– O əli kəsmək gərək.

– Onu bacarmazsan, qardaş. Zay mal buraxan bəzən sənin özündən güclü olur.

Bu köynəklərin sahmana düşməsinə, sağ olsunlar, neçə idarə, təşkilat kömək eləyib. Xaltura paltarı geri qaytarmasaq, sex rəisinin maaşından tutmasaq, başa gəlmirdi. Axır ki, qaydaya düşüb.

Mən köynəkləri evə gətirəndə oğlanlarımın hərəsi birini götürdü.

– Uşaqlar, birini də özümə almışdım.

– Ay ata, belə köynəyi adam iki dənə alar? Sabah tapa bilməyəcəksən axı?

– Deyirlər, hər ay gəlir.

– "Deyirlərdə baxma, yaxşı malı göydə götürürlər. Milyon əhalisi olan şəhərdə, özü də geyinib-kecinən camaat üçün bu nədir?

Oğlumu inandırmaq üçün götürüb mağazaya, satıcının yanıma gəldim.

– Yoldaş, – dedim, – sağ olun, o gün mənə verdiyiniz köynəklərdən oğlum da istəyir.

– İstəyir, baş üstə, ona da verərik.

Həmin köynəkləri dəstə ilə piştaxtanın qabağına qoyanda oğlum qəşəng, rənglisini seçib götürdü:

– Çox sağ olun ki, siz yaxşı malı açıq satışa buraxırsınız.

Satıcı gülümsədi, qolumdan tutub içəri apardı:

– Bizdə də elə idi. Oğru-əyri ilə mübarizə idarəsi bizim müdirə bir az dərs verdi.

– O idarə dərs də verir?

– Verir, bizim müdirdən cərimə aldılar, işini dəyişdilər. İndi bizə bir yaxşı yoldaş gəlib, demək olar, mağazamız təmizlənib, müştəriyə xəyanətin kökü kəsilib. Bu kişi əsl kommunistdir. Cibişdanına yox, xalqa, müştəriyə, dövlətə xidmət edir.

– Sağ olsun elə ticarət işçiləri.

– Sağ olsun, ancaq elələri az olur: tək-tək!

– Onların da qədrini bilmək lazımdır.

– Ay sağ ol! Qədrini bilmək lazımdır. Bunu ticarətin başında əyləşən yoldaşlar da nəzərdən qaçırmasınlar gərək!

– Doğru sözdür!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qəbul imtahanı

Dövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.

12 dəq
Neçə cür salam var?

Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!

19604 dəq
O dünyada

Dayı malı şirin olur; çünki hazır, müftə! Yer qazıb, tər töküb qazanmamısan, daş atıb qolunu yormamısan. "Müftə sirkə baldan şirindir."Amma müftə mal zəhrimar özü də sirkə kimi bir şeydir. Onun da düşər-düşməzi olur. Elə adam var, bütün ömrünü havayı gəlir ilə yaşayır, ortada yeyib, düzdə gəzir, özünə də güldən ağır söz deyən olmur. Əksinə, hara getsən görürsən hərifi ağızdolusu tərifləyirlər: "Filankəs çox ağıllı adamdır, işini biləndir."

19609 dəq
Pioner maşını

– Həmid əmi, durma, gəl! Maşın danışır!– Nə maşındı, bala?

3 dəq

Başqa şairlərin şeirləri