Şapalaq
İndi evdə, şəhər yerində, televizorun xarab olmağı çırağın sönməyindən pisdir. Çünki çıraq sönəndə adam şam yandırır, ya sobanın qabağına keçir, ya da özü, birtəhər, lampoçkaları, xətləri qurdalayıb düzəldir.
Amma televizor elə deyil. Bu təzə, yaraşıqlı bir cihazdır ki, ustası ola gərək, hər adam baş çıxara bilmir. Çırağın başma az adam yığılır. Külfətin çoxu o yanda-bu yanda olur. Televizorun başma bütün külfət yığılır, hətta qonum-qonşudan da gələn olur. Hamı tamaşa görmək, təzə bir xəbər eşitmək istəyir.
Şəhərdə televizor olmayan ev, əyləncəsiz uşaq bağçası kimi sıxıntılı olur. Buna görə də televizor xarab oldumu, durub teatra, konsertə qaçası deyilsən. Əlac kəsilir, evdə təlaş başlanır.
Qarantiya kağızı axtar, zəng vur, usta dalınca qaç, elektrik mağazalarından ehtiyat hissə soruş.
Köhnə evdə yaşayanda qonşuluqda bir yaxşı montyor dostum var idi. Elektrik cihazları xarab olanda çağırırdım, tez düzəldirdi. Təzə evə köçəndən, o kişidən ayrı düşəndən bəri işim çətinləşib. Bizim təzə evlərə telefon kabeli qoyulmaq barəsində hələ idarələr arasında yazışma gedir. Gərək usta yanına maşın ilə gedəsən, getsən də hər saat evdə tapmaq olmur.
Bu dəfə mən arteldən - televizor düzəldən arteldən usta çağırmalı oldum. Mən həmin arteli deyirəm ki, hər beşdə-üçdə bir qəzetlərə, radiolara elan verib, təmir məharətini nümayiş etdirir. Belə bir idarənin yarandığını görəndə ürəkdən sevinirsən, çünki daha tək-tək usta yox, rəsmi bir idarə ilə işin olur. Sifariş ver, gəlib təmir eləsinlər. Hamısı da dövlət qiymətinə. Artelə gedib dərdimi dedim, ünvanımı verdim və axşam saat yeddiyə vədələşdim.
Sağ olsunlar, söz verdikləri vaxtdan on dəqiqə tez adam göndərdilər. Yetirən kimi usta papağını çıxardı, pencəyini soyundu, qollarını çirmələdi, qutusunu açdı, silkələdi. Əməl-salahı çıxardı, cərrah kimi "naxoş aparatı" qabağına yıxıb nazik çəngəl-bıçaq ilə qurdalamağa başladı. Həmin aparat ki, mən yanma gələndə ehtiyat edir, əl vurmağa qorxurdum. Usta qəssab kimi amansızlıqla onu parçaladı, iliyinə, sümüyünə, damarlarına qədər söküb tökdü, əlləşməyə başladı. Maşını götürdü, qayçını qoydu, bir lampoçkasmı taxıb o birisini çıxardı, məftilləri gah uzatdı, gah kəsdi, gah sarıdı, gah işığı yandırdı, gah söndürdü... Əlləşməkdən yorulan usta hərdən qıçmı-qıçmın üstünə aşırıb sakitcə oturur, bir papiros yandırıb çəkir, qabağında uzanan "naxoşa" fikirli-fikirli baxırdı, - deyəsən, öz aləmində onunla danışırdı. Əlbəttə ki, onun dilini bilənlər kimi danışırdı və danışdığını da bizə demirdi. Gecədən xeyli keçəndən sonra usta üzünü mənə tutub dedi:
– Xozeyin, sizin aparatın işi uzun imiş. Mən onu belə bilmirdim, bəzi əməl-salahı da gətirməmişəm. Qalsın sabah axşama. Onsuz da bu gecə bir peredaça yoxdur. Konsert-mansertin də vaxtı keçib. Sabah iki yoldaş gəlib bunun remontunu tez qurtararıq. Lampöçkadan, provoda-dan-zaddan lazım olacaq, bəlkə də bir az pul verəsən ki, mağazadan alım!
Mən bir beşlik çıxartdım, usta ilə vidalaşdıq.
Sökülmüş aparatın üstünü böyük bir müşəmbə ilə örtdük, həmin otağa keçməyi uşaqlara qadağan elədik.
Sabahısı gün usta özündən yaşlı, yəqin ki, təcrübəli bir yoldaşı ilə gəldi. Saat altıda gəlmişdilər, on birəcən əyləşdilər. Papiros çəkdilər, çay içdilər, bir-birilə deyinə-deyinə əlləşdilər. Nəhayət, aparatı quraşdırıb yerinə qoydular.
Gözlədim ki, bu saat yandırıb evə səs salacaqlar. Usta üzünü mənə tutdu, barmağı ilə aparata işarə elədi:
– Xozeyin, bu Rubinlər ki var, çox kaprizni olurlar. Birtəhər qurmuşuq, amma iki lampoçkası gərək dəyişə. Saxlamaq olar ha, sökülməyib, sınmayıblar, amma ki sən deyən möhkəm deyildir. Bakıda da o lampoçkalar tapılmır, tapılır ha, qaldı ki, altdan verirlər. Hər adama vermirlər. Tamş-biliş ilə sabahda-birigündə tapıb gətirərik, qurtarar, gedər. Birini təzə pul ilə iki, ya üç manata verirlər. O da minnət ilə. Çünki ayrı cür lampoçkadır!
Usta bunu deyib üzümə baxdı.
Elə dik baxdı ki, mən dillənməli oldum:
– Lampoçkaya pul lazımdırsa verim?
– Versəniz, pis olmaz. İkisinə dörd-beş manat bəsdir!
Mən iki göy üçlük çıxarıb verdim, hərəsi birini cibinə qoyub yola düşdülər:
– Hələlik!
Ustalar getdilər. Sabahısı-birigünü gələn olmadı. Artelə getdim ki, filan usta hanı, cavab verdilər ki, o, obyektlərdə olur.
– Mən idarədə onu haçan görə bilərəm?
– İdarəyə gəlmir, hərdənbir gəlir.
Bir həftə gəzdim, soraqlaşdım, ustanı tapa bilmədim.
– Adres qoy, - dedilər, - gələndə verərik.
Bir neçə gün də belə gözlədim. Böyük oğlum icazə istədi ki, qoy ustanın idarəsinə şikayət yazım, onunla rəsmi rəftar eləsinlər.
– Lazım deyil, - dedim, - bəlkə adamdır, naxoş olub, ya unudub, bir yerə gedib...
Mən bunları deyirdim, ancaq əbədi susub dayanan aparatdan da əl üzməmişdim. Ona peşman idim ki, nə üçün tanımamış, yoxlamamış ustanı evə buraxmışam, iş tapşırmışam, pul vermişəm!..
Fikirləşdikcə artıq hirslənir, hirsləndikcə fikirləşirdim...
Axırda hirsimdən aparata elə bərk bir şapalaq vurdum ki, bütün bəndləri laxladı, danışmağa başladı. Həmin şapalaqdan sonra aparat lap yaxşı işləyir.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-sapalaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məhəbbət lirikası, məişət, təbabət lirikası eşitmişdim, amma ticarət lirikası yox!Dünyada böyük bir aləm olan ticarətin özünəməxsus istilahları var: balans, avans, debit, kredit, deponent, qazanc, ziyan...
Vətən köynəyiBakıdan fanar gəlir,*Oduma yanar gəlir.*
Səksənilliyə çağırmışdılarSon zamanlarda bizim aləmdə xeyir işlər çox olur. Ha görürsən bayramdır, yubileydir, məclisdir, mərasimdir, görüşdür. Bir yoldaşın yaxşı işindən, o birisinin ixtirasından, icadından söhbət gedir. Hamı da belə tədbirlərə, xeyir işlərə sevinir, ürəkdən sevinir, rəvac verməyə çalışır.Bu dəfə bizi dağ rayonlarından birinə, qocaman müəllim Paşa Quliyevin yubiley məclisinə dəvət etmişdilər.
Əsərimin müzakirəsiBizlərdə adətdir, yazdığımız əsəri çapdan əvvəl müzakirəyə qoyarıq. Yoldaşlar oxuyar, məsləhətləşər, fikir deyər, müəllifə göstəriş verərlər. Doğrudur, içimizdə elə ədiblər olur ki, müzakirə istəmirlər. Əllərindən çıxan yazını dərhal tələsib çapa göndərirlər.Hətta məşhur bir ədibimiz söz düşəndə deyərdi:
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun