Vətən qəhrəmanı
Səhifə 1 / 4
(Xəzərin qoynunda)
Lənkəranı bol məhsulu, əla çayı, ətirli limon və portağalı ilə tərifləyirlər. Ancaq bu sahil şəhərin mənzərəsindən, təbii gözəlliklərindən az deyirlər.
Baharın günəşli günlərində yaşıl köynəyini geymiş, lalə-mərcanını və çiçək-mirvarisini taxmış Talış dağları, Xəzəri seyrə gələn gəlinlər kimi, heyran-heyran gülümsərlər. Bu dağlar ətəklərini dənizə, duma gözü kimi duru, gah göl kimi sakit, gah da şəlalə kimi çılğın sulara qədər sallamışdır. Uşaqlar bu sahildə yalnız üzməyi deyil, həm də təbiəti sevməyi, böyük torpağın, havanın və günəşin ahəngdar yaranmış böyük bir nemət kimi insana bağışladığı hissdən ləzzət almağı öyrənirlər. 7-8 yaşlı uşaqların istər-istəməz ürəyi tərpənər, içəridən, hansı hisslərdənsə doğub dilə gələn sözlər şirin həyat mahnıları olub musiqi kimi səslənbr:
Lənkəran dağları qoşadır, qoşa,
Ətəyi lalədir, döşü bənövşə
Bir yanı dəryadır, bir yanı meşə...
Bərəkətli Lənkəran torpağmda doğulub böyüyən uşaqların biri də Əhəd kişinin oğlu Həzidir. Həzi sahildən, sular və bağlardan doymazdı. Atası evdən çıxanda dönə-dönə tapşırardı:
– Bala, suyun imanı olmaz, ha! Məbada-məbada çiməndə uzağa gedəsən! Yoldaşlarından ayrılma!
– Adamı utandırırlar axı... Onlar getsin, mən qalım...
Uşağın cavabı kişini acıqlandırardı:
– Kəs səsini! İndidən mənə iyidlik eləməyinə bax! Lazım deyil o cür qabağa düşmək! Getmə, heç çimməyə də qoymuram, otur yerində!
Ana əlini ağzına qoyub uşağa baxar, sükut işarəsi verərdi: "Adam atasının qabağında dinməz!" Həzi sahilə buraxılmayacağını düşünəndə bulud kimi tutular, çəkilib bir tərəfdə dayanardı. Nuşu atadan uşağın vəsatətini edərdi. Bir saat oynamağına izin aldığını xəbər verəndə Həzinin çöhrəsi çiçək kimi açılardı. Uşaq quş kimi atılıb bayaq həyətdən çıxardı!..
Uşağın əyləncə həvəsi uzun sürmədi. Günün birində o da yoldaşları kimi kitab, dəftər, yazı-pozu həvəsinə düşdü. Məktəblilərin ağzından eşitdiyi bu sözləri atasına oxuyub yalvarırdı:
Ay dədə, dur, get, mənə çox şeylər al,
Bir dənə çanta, bir-iki dəftər al...
O zaman uşaq oxutmaq valideyn üçün o qədər də asan iş deyildi. Xüsusilə Əhəd kişi kimi kasıb bir adamın oğluna məktəb qapıları bağlı idi. Ancaq Əhəd kişi də arzu-kam axtaran adam idi. "Var-yoxdan çıxsam da, gərək Həzini oxudam" demişdi. Həzidə oxumağa oynamaqdan da artıq həvəs göründü. Az bir zamanda o, Bakı hərbiyyə məktəbində ləyaqətli tələbələrdən biri oldu.
Silah və təlim
Cavan sovet respublikasının paytaxtı Bakı Həzi üçün yeni bir aləm idi. Ümumi bir əzəmət və gurultu, adi bir rayon şəhərindən ilk dəfə buraya düşən gəncin təsəvvürlərinə hakim olmuşdu. Ona elə gəlirdi ki, burada hər şey təzə və qəribədir. Göyün bir qatma qalxan binaları, meşə kimi sıx görünən mədənləri, süzüb gedən maşınları, ulduz kimi yerə səpilən işıqları, küçə, yerə və binalara sığmayan adamları, pəncərələrdən qalxan musiqi səslərini, bunların hamısını, hamısını öyrənmək lazımdır.
Məktəb həyatı daha maraqlıdır. Bir tərəfdən şiddətli və rəsmi görünən intizam, o biri tərəfdən hər tələbənin ehtiyaclarını ödəyən ailə, ata-ana mehribanlığı...
Həzi təlimdə özünü vuruşan əsgər kimi göstərərdi. Hər şeydən əvvəl əlinə aldığı silahın bütün xüsusiyyətini araşdırır, onu bir vintinə kimi öyrənməmiş əl çəkməzdi. Atışma və ya süngü döyüşünə çıxanda Həzi cəldliyi və fəndgirliyi ilə hərifin gözünün odunu alardı, özünü yığışdırmağa macal verməzdi. Ona görə də çoxları onunla qabaqlaşmaq istəməzdi:
– Onunku məşq deyil, vuruşmaqdır, - deyərlərdi.
Döyüşçülük məharəti və hərbi istedadı sayəsində Həzi qızıl komandirlik məktəbini əla qiymətlə bitirdi. Təhsilini mükəmməlləşdirmək üçün Leninqrada getdi. Təhsilini bitirdikdən sonra Həzi Aslanov Ukrayna və Xarkov hərbi okruqunda işləyirdi. Burada gecə-gündüz təlim keçir, kiçik komandir vəzifəsində çalışaraq orduya gəlmiş gəncləri səy ilə öyrədirdi. İkinci Dünya müharibəsi başlanan zaman artıq Həzi yetişmiş və hissələrdə tanınmış bir komandir idi. 1941-ci ildə Aslanov Qızıl Ordunun kapitanı idi.
Qızıl paytaxt
Hitlerin faşist qoşunları vətənimizə basqın edən zaman Aslanov Tarnopolda batalyon komandiri idi. Düşmən ilə üz-üzə gəldikcə hitlerçilərə aman vermir, qırıb-çatırdı. 41-ci ilin yay və payız günləri ordularımızın və əsgərlərimizin ağır günləri idi. Qəflətən üstümüzə basqı edən xain, hiyləgər və güclü düşmənin arasıkəsilməyən zərbələrini rədd et148 mək üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Qızıl Ordu öz qüvvələrini toplamaq, vaxt və fürsət qazanmaq üçün geri çəkilən zamanlar Aslanov mahir bir komandir kimi öz əsgərlərini təhlükədən qoruyurdu. "Gülləni boşa atmayın!" Əsgərlərə tapşırırdı ki, hər güllə azı bir faşisti yıxmalıdır.
Aslanov əsgər üçün, xüsusilə rəşadətli bir komandir üçün xoş olmayan bu geri çəkilmənin dayandırılmasını aramsız gözləyirdi, gözlənilən gün gəlib çatdı. Aslanovun hissəsi Moskva ətrafında faşistlərin hücumunu dayandırmağa getməli oldu. Sovet vətəninin paytaxtı Qızıl Moskva təhlükə altında idi.
Smolenskdən sonra Hitler generallarının qarət iştahası lap artmışdı. Onlar bu gün-sabah Moskvada qələbə nümayişi edəcəklərinə əmin idilər. Durbini əllərinə alıb baxır, Moskvanı, Kremli, uca binaları görmək istəyirdilər. Hətta Hitler dünyaya səs salmışdı. Lovğalıqla qəzetçiləri yığıb guya təslim olan Moskvanı təsvir etməyə gətirirdi. Moskvanın qəhrəman müdafiəçiləri hitlerçilərin iştahasını damağında qoydular. Hitler qoşunlarına Moskva yaxınlığında elə bir zərbə vuruldu ki, faşistlər nəinki Moskvanı, hətta Berlini də yadlarından çıxarası oldular.
Aslanov öz igid tankçıları ilə irəli soxulan faşistləri basıb-əzir, əldən qurtaranı güllə ilə yerə sərirdi. Döyüşün şiddətli çağında bir nişanlı alman zabitinin irəli soxulduğunu, öz soldatlarına ruh verməyə çalışdığını görən Həzi sərrast güllə ilə hərifi yerə sərdi. Başsız qalan bandit dəstəsini darmadağın dağıtdı. Aslanovun hissəsinə əmr olundu ki, mühasirəyə düşən qırx sovet avtomaşınını xilas etsin. İgid Aslanov öz tankçılarını alıb alman zirehlilərinin mühasirəsini yardı, düşmən qüvvələrini dağıtdı. Sovet maşınlarını və əsgərlərini xilas etdi.
Moskva uğrunda gedən döyüşlərdə faşistlərin quduzluğu qat-qat artmışdı. Onlar, uzun müddət ac qalmış, nəhayət yağlı bir tikə görən canavar kimi, özlərini qılınca çırpdılar. Sanki onlar bu dörd-beş ayı və qanları ilə suladıqları bu uzun yolu, Rusiya çöllərini ancaq bura üçün, ancaq Moskva üçün gəlmişdilər. "Moskvanın sahibi var! Moskvanın Stalin xətti var! Berlin xuliqanlarının, Avropanı ayaq altına alan kobud və qansız faşist soldatlarının qızıl paytaxta soxulmasına kim dözə bilər? Böyükdən kiçiyə qədər bizim hamımız qırılmamış belə şey ola bilməz..." Həzi xəyalında bunu düşünərkən qoşun böyüyündən əmr gəldi. Bu əmr hər bir sovet əsgərinin qeyrət və vətənpərvərlik duyğularını çağırırdı: "Yoldaşlar, düşməni sovet paytaxtına buraxmayacağıq! Bundan sonra geriyə yol yoxdur! Yolumuz irəliyədir! Faşist quldurlarını məhv etməyə doğru irəli!"
Aslanovun ağır tankı pələng kimi hər şeyi basıb-keçir, faşist dəstələrini tırtılları altına alaraq məhv edirdi. Tankçılar öz qəhrəman komandirlərinin dalınca, sağa, sola cumur, düşmənin bütün yollarını kəsib ətrafa atəş səpirdilər.
Bu elə bir döyüş idi ki, tarixdə mislini göstərən yox idi. Avropanı marş ilə keçmiş Hitler generalları heç vaxt başlarına belə bir bəla gələcəyini gözləmirdilər. Birdən-birə yerin, göyün hər tərəfindən elə bil qoşun qaynadı, elə bil daşlar tanka, ağaclar topa, torpaqlar əsgərə çevrilib qəsbkarlara divan tutmağa başladı. Moskva müdafiəçiləri hitlerçi qoşunlara elə bir zərbə vurdular ki, Hitler bütün qışı çalışdı, özünü doğrulda bilmədi. Vurulan yara o qədər ağır və tutarlı idi ki, faşist canavarı aylarla inildəyə-inildəyə səhraları gəzdi. Dişini qıcıyaraq intiqama fürsət aradı. Moskvanın qəhrəman döyüşçüləri vətən, uğrundakı rəşadətlərinə görə təltif edildilər. Azərbaycan oğlu Həzi Aslanov "Qızıl Ulduz" ordeni aldı.
Həzi hökumətin yüksək mükafatına nail olduğunu eşidəndə nə qədər sevinmişdi...
İnsan bir yaman, bir də yaxşı günündə ətrafına baxar, qohum-əqrəbanı, dost-aşnanı axtarar. Bu, Həzinin əziz günlərindən biri idi. Hökumət nümayəndəsi onun döşünə orden taxıb, əlini sıxanda anası, arvadı, orden ilə maraqlanan balaca oğlu Tofiq yadına düşdü. Öz sevincini ailəsinə bildirməyi, onları da özü kimi sevindirməyi əsgəri borc bildi. Həmin gün, şaxtalı dekabr axşamında əlinə qələm aldı, vətənə, qısa, hərarətli bir məktub yazdı. "Qoy, - dedi, - ailəmiz yeni ili mənsiz qarşılasa da, mənim sevincim, mənim təbrik məktubumla qarşılasın."
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-veten-qehremani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Anketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!
Söyüd kölgəsiDünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.
İgid oğlan1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Vətən oğlu1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.
Başqa şairlərin şeirləri
Ol sənəm kim gecə-gündüz can onun heyranıdır,Əqlü fəhm ondan bərü eşq ilə sərgərdanıdır.
ƏzizŞükür, gördüm camalmı, yanağı gülşən, əziz.Zülfündən xəcalət çəkər sünbülü-reyhan, əziz.
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,