Yad adam
Mən bu idarəyə təzə gəlmişəm, özü də müdir gəlmişəm. Vəzifəm ağır, işim çox, məsuliyyətim də ki öz qaydası ilə.
Onu yaxşı dərk eləmişəm ki, kollektiv ilə dil tapsam, hörmət qazansam, işçilər ilə insan kimi rəftar eləsəm, istədiyimə nail olacağam. İctimai tərbiyə, sağlam əxlaq yolunda öhdəmə düşənin öhdəsindən gələ biləcəyəm. Yox, əgər kollektivdə hörmətim olmasa, adamlara özümü sevdirə bilməsəm, vay mənim halıma.
Otuza yaxın əməkdaşım var ki, hələ bunların yarısından çoxunu yaxşı tanımıram. Adım eşitmişəm, anketini görmüşəm, işindən də az-çox xəbərim var. Amma yaxşı tanımıram.
Bu səhər təzəcə işə başlamışdım, məktəb şöbəsinin işçisini yanıma çağırıb məsləhətləşirdim ki, birisi içəri girdi.
– Salaməleyküm!
– Salam, buyurun əyləşin!..
Təzə gələn adam idarənin hesabat şöbəsində çalışan Mirzə Qulam idi.
Məktəb işçisi durub gedənəcən bir kəlmə danışmadı. Bizim söhbətimizə sakitcə diqqət yetirib qulaq asdı. Amma bir kəlmə danışmadı. Məktəb işçisi gedəndən sonra Mirzə Qulam kürsüsünü irəli çəkib başladı. Özü də ciddi bir səs ilə, borclusuna müraciət edənlər kimi başladı:
– Yoldaş müdir, deyəsən, məni yaxşı tanımırsınız axı? Mənə belə gəlir, ya həqiqətən tanımırsınız?
Mirzə Qulam dik-dik üzümə baxdı.
– Bu nə sözdür, siz idarəmizin hesabat işinə baxan Mirzə Qulam deyilsiniz, sizi niyə gərək mən tanımıyam?!
– Nə bilim, dedim, bəlkə də... Çox soyuq qarşıladınız, ona görə mənim də ürəyimə belə bir şübhə gəldi.
– Nahaq yerə, mən söhbət edirdim, məşğul idim.
– Gördüm, kimlə məşğul idiniz. Yoldaş müdir, bunu necə?.. (Mirzə Qulam gedən yoldaşın izinə işarə edərək eyhamla soruşdu...). Bunu necə, yaxşı tanıyırsınız, ya yox?
– Niyə tanımıram, idarəmizin işçisidir, təcrübəli, savadlı...
Mirzə Qulam gülümsədi, sözümü kəsdi:
– Elə yox, eyi! Ayrı cür tanımaq deyirəm... Yaxşı, onun barəsində sizə qulluq eləmək mənim bu boynuma, - Mirzə Qulam sağ əli ilə peysərinə bir şapalaq vurdu. - Bu boynuma borc olsun...
Mən bir şey deyə bilmədim. Mirzə Qulam kürsüsünü daha da yaxma çəkdi, bir qapıya, bir pəncərəyə baxdı, ətrafına döyükə-döyükə səsinə sirli bir ahəng verib mənə tərəf əyildi, ahəstə danışdı:
– Sizə mühüm, vacib bir sözü deməyə gəlmişəm. Özü də, necə bir sovet adamı, necə bir idarəmizin inanılmış əməkdaşı kimi danışacağam...
Mirzə Qulam bir də baxındı:
– Sözüm Əşrəf barəsindədir. Əşrəf Şərifov... Bizim öz işçimiz. Onu siz yaxşı tanımazsınız. Amma biz onun dabbaxda gönünü tanıyırıq. Hə, bəs nə, yoldaş müdir!
– Görünür, gönünü soymuşunuz?
– Yox, soya bilməmişik, təəssüf ki hələ soya bilməmişik, amma.
– Amma, yəni, nə?
– Yənisi budur ki, mən öz gözümlə bax, bu gözlərimlə srağagün görmüşəm;
Mirzə Qulamın gözləri alacalandı, təkrar baxmdı.
– Nə görmüsən?
– Danışa bilərəm?
– Damş!
– Sözlərim havayı getməyəcəksə, qəti tədbir görəcəyinizə söz verirsinizsə, danışım?!
– Nə tədbir?
– Necə ki bir müdir!
– Müdirdən asılı nə olsa, mən hazır!
– Bəli, asılıdır, müdirdən çox asılıdır.
– Buyur!
– Baş üstə!
Mirzə Qulam cəld qalxıb qapı-pəncərəyə bir də baxdı, qapını bərk çəkdi. Gəlib oturdu, cibindən balaca, kirli, yağlı və sökük-tökük dəftər-çəsini ÇLxarıb vərəqlədi:
– Hə dünən... Yox, Allah lənət eləsin şeytana, dünən yox, srağagün! Bəli, srağagün, ayın on üçündə, axşama yaxın, bazarda hərlənirdim, gördüm...
Mirzə Qulam səsini kəsib üzümə baxdı.
– Nə gördün?
– Nə görsəm, yaxşıdır?
Mirzə Qulam ayağa durub mənə yaxınlaşdı.
– Həmin bu Əşrəf, Əşrəf Şərifov ət alır. Əti aldı, cibindən təzə qəzeti çıxardı. Özü də hansı qəzeti, rəhbərin, ali sovet sədrimizin məruzəsi olan qəzeti oxuyun. Məruzə, şəkil də ortasında, böyük şəkil.
Mirzə Qulam səsinə hökm qətiyyəti verdi:
– Bu əclaf oğlu əclaf qəzeti açdı, əti bükdü lap qəzetin ortasına, sədrin şəklinin üstünə!
Mirzə Qulam sözünü dedi, böyüyən və alacalanan gözləri ilə mənalı-mənalı mənə baxdı, sonra da əlavə elədi:
– Özü də mal ətini! Mal ətini bükdü sədrin şəkli olan qəzetə! İna-nırsanmı, mən dayana bilmədim, lap əsirdim, az qaldım, oradaca hərifi boğazlayam!
Mirzə Qulamın rəngi qızarmış, gözləri hədəqəsindən çıxmışdı:
– Özün Şura hökumətinin qulluğunda olasan, adını həmkarlar üzvü, sovet işçisi qoyasan, hörmətli bir qəzetə ət, özü də mal əti bükəsən^5 Yoldaş müdir, buna gərək biz dözməyək!
Mən susurdum, şikayətçinin sözlərini düşünürdüm:
– Biz indi neyləməliyik?
– Biz tədbir görməliyik. Onun üçün də mən rəsmi yazmışam, tarixi ilə, yeri ilə, yurdu ilə. Bu da ərizə, buyurun.
Mirzə Qulam ərizəni mənim qabağıma qoydu. Dediklərini səliqə ilə yazmışdı, imzalamışdı, həmkarlar biletinin nömrəsini, stajını da göstərmişdi.
Mən bir ərizəyə, bir Mirzə Qulama baxdım, açarlarımı götürüb ayağa qalxdım. Hərif güman edirdi ki, bu saat dəmir seyfi açıb onun ərizəsini oraya qoyacaq, sonra lazımi yerinə göndərəcəyəm.
– Yoldaş müdir, hara göndərsən, xahiş edirəm öz tərəfindən də bir şey əlavə edəsən. Bilsinlər ki, siqnal bir adamdan yox, böyük bir idarədəndir.
– Öz yamnda göndərəcəyəm.
– Hə, hə?!
Mirzə Qulam durub təzədən oturdu, rahat nəfəs aldı.
– Narahat olma!
– Təbiət sizi bizə çox görməsin!
Qalxıb papağımı geyindim, açarları cibimə qoydum, Mirzə Qulamın ərizəsini iki qatlayıb bir eninə, bir uzununa cırdım, zibil səbətinə atdım.
Kişinin sinəsindən bir ah, bir inilti qopdu, az qaldı özündən gedə:
– Neylədin sən, yoldaş müdir, bu nə işdir sən gördün?! Vacib do-kumenti...
Mən şəhadət barmağımı bir caninin üstünə silkən kimi, Mirzə Qulamı hədələdim:
– Bu dəfə üstündən keçirəm, bir də belə bəd əməl üçün mənim vanıma gəlsən, səni həm işdən qovacağam, həm də məsələni lazımi yerlərdə müzakirəyə qoyacağam!
– Necə, necə bəyəm, mən...
– Çıx otaqdan, qapını bağlayacağam!
Hərif kölgə kimi süzüldü.
Odur-budur Mirzə Qulam məni görəndə ilim-ilim itir, gözümə görünmür.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-yad-adam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəmi uzun əsrlər dalğalarla döyülmüş qaya kimi sahildən ayrıldı. Sular onu, bir daha quruya qovuşmasın deyə, quzunu qoyundan ayıran kimi itələyib apardı. Sahildən içərilərə doğru uzanan dərin bir iz qaldı. Sanki, şəhər gəmini buraxmaq istəmirdi. Körpüdə yığılıb ayrılıq mərasiminə dayanan, yaylıq oynadan adamlar hər hansı bir qəzanın əli iləsə müsafirlərdən uzaqlaşırdılar. Gəmidəkilərin üzü şəhərdən dönmür.Sona göyərtədə bir məsumluq heykəli kimi donub qalmışdı. Gözlərindən axan yaş damlaları Xəzər sularına qarışırdı. Keçmişin mənasını gələcəyə söyləyən, doğma məhəbbətin qiymətini verən bu dürdanələr dənizin lap təkinə batırdı.
ŞərbətOstapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.
Ananın yarışıSəhər yenicə açılır. Göz işlədikcə görünən buruqlarla örtülü sahil görünür. Get-gedə buruqlar böyüyür, yaxınlaşır. Kaçalkaların səsi eşidilir. 80 nömrəli buruq həm ucalığı, həm də avadanlığı ilə başqa buruqlardan seçilir. Buruğun yağlayıcısı Mehrab Kamalov quyu başında çarxları yağlamaqla məşğuldur. Taxta budkanın kiçik və açıq qapısından onun enli kürəyi görünür. Kənardan yeyin gələn 45 yaşlı bir qadın - Tutu, mədən yolunun yoxuşunu tövşüyə-tövşüyə çıxır, Mehrabın yanına çatan kimi, əlini can köynəyinin qoltuğuna salır, bir kağız çıxarır:– Bala, səni çağırırlar!
Havalı adamƏkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?
Başqa şairlərin şeirləri
Hər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Nəyimə gərəkdirDindirmirsən, könül bağı xəzandır,Bülbül küsən bağ nəyimə gərəkdir?
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,