Yaman dalğın halım olur,Pərişan əhvalım olur,Kədər necə zalım olur,Dad bu millət kədərindən!

Mərd namərdə möhtac olur,Dünya qopmur məhvərindən.

Biri bizə ot yoldurur,Biri cibini doldurur,Cahil düşməni güldürür,Alim ölür qəhərindən.

“Bəylər” şəhərdə turp əkir,Uca binaları sökür,Şəhər ağasının şükür!Xəbəri yox şəhərindən.

Evlərin özlü sökülür,Çattaq divarlar tökülür...Kimə nə var ki, kim ölür,Satan yeyir bəhərindən.

Aldan-verdən baş açmayan,Qazanc dalınca qaçmayanŞairlərin vay halına!Çoxları haqqın yolunaƏfsus başı qarlı getdi,Xalqa çatmayan səsindənYaman intizarlı getdi.Mən də onlardan biriyəm,Nə ölüyəm, nə diriyəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri