Rəqibin varsa
Rəqibin varsa da:Demək, sən varsan.Ancaq o, özünə bərabər olsun.O, nəcib olarsa sən bəxtiyarsan,Xəbis olsa, sənə bu kədər olsun.Əgər kamildirsə, bu kamilliyiGörməyə özündə qoy hünər olsun,Rəqibin olsa da, olsun, qoy ancaq,Olmasın o xain,Bir də ki, nadan,Xain üzə gülər, vurar arxadan,Nəciblik, kamililk adi söz deyil,İgid basdığını kəsməz heç zaman,Rəqiblə rəqiblik etmək istəsən:Öz sənət eşqinə ibadət et sən.Təsdiq etsin səni inkar edənlər,Bircə an vaxtını itirmə hədər.1984
Bu silsilədə gedən şeirlər dünya şöhrətliAzərbaycan oğluna – Heydər Əliyevəduyduğum iftixar hissindən yaranmışdır.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-reqibin-varsa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir şairi biyqədir həzinəm, əgər ölsəm,*Min təzkirə təhrir edəcəklər kəfənim.*
Oxu, RəşidRəşid Behbudova ithaf*Oxu, Rəşid!
Məhəmməd Əmin Rəsulzadənin əksi qarşısındaÜzündə xalqının böyük kədəri,Xəyalında vətən xatirələri
Firudin bəy KöçərliyəBaşına tuşlanan düşmən xəncəriXalqının qəlbinə tuşlandı sənin.