Olsun
(bəy tərifi)
Möhtərəm şairin mehriban oğlu,Görüm a bəy, toyun mübarək olsun.Meyli, məhəbbəti xalqına bağlı,Görüm a bəy, toyun mübarək olsun.
Aşıqlar götürsün telli sazını,Yaysın hər tərəfə xoş avazını,Qarşıla ömrünün bahar yazını,Görüm a bəy, toyun mübarək olsun.
Atan, anan bu gün çatır murada,Dostlar sənə sağlıq deyir arada,İnsanlıq naminə yaşa dünyada,Görüm a bəy, toyun mübarək olsun.
Olsun səy-irəyin, elmə həvəsin,Bəzə ellər üçün hatəm süfrəsin,Yaxşı dostlar qazan ucalsın səsin,Görüm a bəy, toyun mübarək olsun.
Şamamalar ətir versin tağında,Bülbül cəh-cəh vursun güllü bağında,Doqquz oğul dursun solu-sağında,Görüm a bəy, toyun mübarək olsun.
Kamil bağban qızıl güllər bitirir,Bəsləyir, böyüdür yaxşı yetirir,Atalar oğluna töhfə gətirir,Görüm a bəy, toyun mübarək olsun.
Səni alqışlayır dağlar çiçəyi,Qonşular, qohumlar arzu, diləyi,
İstəkli dostların sevən ürəyi,Görüm a bəy, toyun mübarək olsun.
Eşit sən Vəlini, düşün dünyanı,Yaxşı ol, yamana satma qananı,Sən ol tarixlərin ölməz insanı,Görüm a bəy, toyun mübarək olsun.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir