Yeriyir
Bəxtəvər başına ay çeşmə sənin,Hər səhər üstünə sona yeriyir,Gözlərini süzür, canımı üzür,Qəmzələrin qəhri cana yeriyir.
Qüdrət qələmindən çəkilib qaşı,Yandırır sinəmi eşqin ataşı,Qoysalar məzara, örtsələr daşı,Yenə ruhum o canana yeriyir.
Yenə könül quşu canana döndü,Kərəm tək od tutub yanana döndü,Yazıq Vəli Şeyxi-Sənana döndüSəməndər tək yana-yana yeriyir.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-yeriyir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Qırmızı
Bizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Ey qumru kimi sevgiyə yad dilbər sənTavus quşunu hüsn ilə mat eylərsən.
Binden bini aldı gözün zülfünde yitürdüm biniBinden bini aldı gözün zülfünde yitürdüm biniBıçdun götürdün benliği hem binde yitürdün bini
Kənzül-həqayiq, fəsil 21به صورت آدمی کرده است نقاشاگر مردی به معنی آدمی باش