Ay ağalar, heç qorxmuram ölümdən,Torpaq altda yatandadı tamaşa.Neçə günah qurtarıbdı əlimdən,İnkir-Minkir sorandadı tamaşa.

Xilaf yoxdu alimlərin sözündə,Yazılıbdı dörd kitabın özündə.Çilin-çılpaq Ərəsətin düzündəBoynu buruq durandadı tamaşa.

Molla Cümə, haqq bir divan qayırıb,Möminləri behişt içrə buyurub.Günahları dəstə-dəstə ayırıbCəhənnəmə sürəndədi tamaşa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri