Yanaram
Fərhad kimi cani-sərdən keçmişəm,Kərəm kimi alışaram, yanaram.Bir meyvəyəm qədirsizə düşmüşəm,Ya heyvayam, ya almayam, ya naram
Əlif-beydən mən axtaram bu satdı,Dost peşmandı, düşmənlərə büsatdı,Sərt heyvandım, cilovlayıb bu satdı,Ya pələngəm, ya aslanam, ya naram.
Doqquz ay dolanıb qar qışa düşdü,Hicranım artdıqca qarğı işə düşdü,Yəqin Molla Cümə qarğışa düşdü,İsmi Pünhan məndən sərtdir, yanaram.
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-yanaram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
GözəllikGözəllik əzəldən bütün ellərinHəvəslə qoşduğu bir şanlı qayə;
ƏvəzindəGəl payəndaz eylə - ayaqla məni,Qoy sinəm tab etsin yol əvəzində.
Təsviri-bədayeBu sün'gah nədir? Zadeyi-təbiətdir –Ki, hər səni'əsi heyrətfəzayi-fikrətdir.