Fikrət Sadıq · Şeir
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
(Lirik miniatürlər poeması)*Dünya, bir də yoxla məni,
Qızıl dağlar ölkəsiMin ildən sonra*Dağlıq Altay ulu köçərilərin, cəsur ovçuların, hunların yurd yeridir. Qədim altaylı alaçıqda yaşayıb. Altay – başdan-başa ev olub ona. Gəzəri olub, köçəri olub. Çox görüb, çox götürüb. Yazılarını Biçiktu (Bitigtau) qayasına, Orxan daşlarına yazıb. Dağlarını, çaylarını, ocaqlarını və ən adi qaratikanını belə nağıla bələyib, əfsanələşdirib. Onlarca dastan hələ dildə-ağızda gəzir, qələmə alınmayıb. Kəndlərində canlı Homerlər yaşayır. Burda aşığa «Qayçı» deyirlər («qayçı» bəlkə «hayçı» deməkdir). Qayçı elin, Ana yurdun dar günündə, şad günündə hay-harayçısıdır. Onun yaddaşı – insan yaddaşının sonsuzluğuna sübutdur. İnsan yaddaşına bütöv bir kəhkəşan sığışarmış demə. Yoxsa qayçı bu boyda «Maday-Qara»nı bir nəfəsə oxumazdı («Manas»ı demirəm hələ).
Dünyadan qaçan adamBu adamın –illərcə üstünə qəm daman,