Mətnə keç
Kitabxana◆AZKataloq
ŞairlərYazıçılarDramaturqlarFilosoflarƏsərlərQəzəllərNəsrƏdəbiyyat ağacıTəsadüfiTəklif et
Bakı  ◆  Azərbaycan ədəbiyyatı xəzinəsi

Mirvarid Dilbazi · Nəsr

← Bütün müəlliflər

ŞeirNəsrDramEsse
QəzəlMəsnəviRübaiQəsidəMürəbbeDigər
5 dəqiqəyədək5–15 dəq15–60 dəq1 saatdan çox
Qarışıqİlə görəƏlifba ilə
  • Eşq
  • İlahi eşq
  • Hicran
  • Mey və meyxana
  • Təbiət və bahar
  • Fələk və tale
  • Ölüm
  • Hikmət və nəsihət
  • Vətən
  • Mədhiyyə
  • Satira
  • Mərsiyə
Bütün mövzular →

Biz od üstündə doğulduq

Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır. Gəncliyim, ahıllığım, qocalığım kəşməkəşli illərdən keçib. Atamın şəhid olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən ayrılıb, anamızın göz yaşlarını qəlbimizə axıda-axıda bacımla mənim Daş Salahlı və şəhər həyatımız başlayıb.Lakin milli dərdlərimiz daha böyük olub. Müsavat hökumətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, 20-ci ildə kəndlərimizə qəfil erməni hücumları, az ömürlü, iztirablı qaçqın günlərimiz bir-birini əvəz edib.

Mirvarid Dilbazi19984 dəq
Kitabxana◆AZ

Azərbaycan ədəbiyyatı, fəlsəfəsi və mədəniyyəti

Layihə haqqındaTəklif etƏlaqəƏlçatanlıqMəxfilik