Baba Pünhan · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Deyirəm bu millət filan cürdür, deyirlər millətin adından danışma. Deyirəm yaxşı, millət olmasın xalq olsun, deyirlər üzrü günahından betər. Bəlkə el deyim? Dedilər burda lap korladın. Hə, tapdım, bu ölkənin əhalisi filan cürdür - az qaldılar məni məhkəməyə versinlər.Dedilər yadında saxla ki, ayrı-ayrı adamların elədikləri alçaq hərəkətləri, alçaq əməlləri millətə, xalqa və əhaliyə aid eləmək olmaz. Və bu sözdən sonra məni maraqlandıran bir şey oldu. Görəsən, beş-altı milyon «ayrı-ayrı» adama birlikdə nə deyərlər. Bəlkə millət yox, milli ət deyərlər?!
İt günündəDilimizdə itə bağlı çoxlu ifadələr işlənir. Məsələn «it günündə yaşayırıq» «it yiyəsini tanımır», «it itin aağını basmazh» «itin yadına daş salma», «it aparan olsun» və s. Güzəranımız itin güzəranına yaxınlaşdıqca, bu ifadələr leksikonumuza daha çox daxil olur. Və «it insanın dostudur» deyimi, tədricən «İt Azərbaycan xalqının günüdür»ifadəsinə çevrilir.Bütün bu fikirlər məni «it günündə» rədifli bir şer yazmaq ehtiyacında qoydu. Və yazdım.
Şəhərin «mer»inə halal olsun!Şəhər həmin şəhər idi... İnsanlar da... Bəs hər yerdə hökm sürən qeyri adiliyin səbəbi nəydi? Anlaya bilmirdim. Bəlkə təbiət dəyişmişdi? Yox, o da öz rəngində, öz adiliyində görünürdü. İnsanların üzündəki, hüzn məni çaşqınlıqda qoymuşdu. Müharibə başlamışdımı? Özgə bir fəlakət baş vermişdimi? Qoşun-qoşun başıma gələn suallar cavabını almadan elə qoşun-qoşun da çıxıb gedirdi.Dağüstü parkdan aşağı enirdim. Bütün şəhər ayaqlarım altındaydı. Gülüstan sarayına yaxınlaşırdım. Deyəsən toy idi. Ətrafda xarici maşınların əlindən tərpənmək mümkün deyildi. Adamların toya gəlməsi onların yalnız gözəl və bahalı geyimlərindən bilinirdi. Üzlərinin ifadəsi isə yasa gələnləri xatırladırdı. Bu qeyri-adiliyə marağım artmağa başladı. Gələnlər intizar içində idi. Deyəsən bəylə-gəlini gözləyirdilər. Nəhayət, vağzalı səsi eşidildi. Və gül-çiçəklə bəzənmiş «Limuzin» markalı maşın saraya yaxın yerdə saxladı. Əvvlcə bəylə-gəlin, sonra sağdış və soldış maşından düşdülər. Onların üzündəki sevinc bircə anda əridi, yox oldu. Mən başımı qaldırıb «Gülüstan» sarayının yanında çox böyük ölçüdə quraşdırılmış reklamı görüncə içim yandı. Və mənə hər şey aydın oldu. Reklamda ağ paltarda, başında «fata» gözəl bir gəlinin gözü qabağında ermənilər bəyin əl-ayağını bağlayaraq, qurbanlıq qoyun kimi başını kəsirdilər. İlahi, bu gördüklərim nə idi? Gerçəkdimi, ilğım idimi, başa düşə bilmədim. Bu reklamı bura kim vurmuşdu, nə səbəbə vurmuşdu?