Məhəmməd Əmin Rəsulzadə · Esse
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Nizaminin nəzmini oxursan,Sözündə sən onu hazır bularsan.
"Pənc gənc" və yaxud "Xəmsə"Hazırladım mən əvvəlcə “Məxzəni”,Tutmadı zəiflik bu işdə məni.
Məxzən-ül-ƏsrarBismillah ər-Rəhman ər-RəhimHəst kəlid-e dər-e gənc-e həkim
Leyli və MəcnunEy nam-e to behtərin sərağaz,Bi nam-e to name key konəm baz?!
İsgəndərnaməXodaya, cahan-padşahi torast,Ze ma xedmət ayəd, xodayi torast!
Nizami mövzularıOnu anlamayanlardan şikayət edərkən:Türkcəmi bu həbəşlikdə alan yox,
Milli Dirilik VMilliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Qədim zamanlardakı insanlar daha mübtədi bir halda idilər. Din daha qüvvətli bir ictimai amil ədd olunurdu. Hakim millətləri özləri kimi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir qüvvəti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər. Dincə heç bir təzyiqdə bulunmayıb və yəqin ki, bu xüsusda şədid tədbirlər ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri milliyyətcə məhv etməyə qoyuldular. Bunu üçün də məzkur millətlərin dillərindən başlandı. Milli məktəblər təzyiq edildi, ana dili təhdid olundu. İştə yalnız burası nəzəri-etinaya alınmış olsa, millətlər dəxi təcdid etmək istədikdə və milliyyətcə mənlik hasil eləmək fikrinə düşdükdə, təbiidir ki, hər şeydən əvvəl dillərindən başlamalıdırlar. Çünki dil bir nöqteyi-nəzərdən haman millət deməkdir. Buna hər kəsdən ziyadə biz türklər əhəmiyyət verməliyiz. Türklər xasiyyətcə olduqca mütədəyyin bir millətdirlər. Bu tədəyünləri sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən türklüklərini belə itirmişlərdir. Zatən islam özünə mömin olan müxtəlif millətlərdən bir millət vücuda gətirəcək qədər qüvveyi-təmsiliyyə olduğuna etiqad edənlər vardır. Hətta böyük bir türk hökuməti təsis edən osmanlılar belə bu axır zamanlara qədər özlərinin bir türk hökuməti olduğuna qənaət etmək istəməyib, kəndilərinə “islam hökuməti” demişlər. Türklərdəki bu məhviyyət və təmsilə ədəmi-müqavimət xüsusiyyəti türkləri haman türklər bulunan ölkələrin hər tərəfində anlaşılır. Ümumi bir türkcəyi, farsi və ərəbi nüfuzdan mübərra saf bir türkcəyə malik olmaqdan məhrum qılmışdır. Milliyyət və mədəniyyətimizin xüsusiyyət və təmamiyyətini təmin edəcək olan birinci əsas təəccüb deyilmidir ki, istiqlal və təmamiyyətə yabançı olan təsirata hər şeydə ziyadə giriftar olmuşdur? Bu gün bilatərəddüd demək olar ki, heç bir tərəfdən müstəqil və əcnəbi dillərin nüfuzundan azad xalis bir türkcə yoxdur. İstanbuldan tutub Kaşğarə kimi hamımız, təbir caiz isə, pozuq bir dil ilə danışmaqda və daha qarışıq bir dil ilə yazmaqdayız. Bu qarışıqlıqdan qurtarıb da həqiqi bir dil istiqlalına nail ola bilmək üçün nəzəriyyələrin nə qədər müxtəlif olduğu məlumdur. Dilin əhəmiyyəti-ictimaiyyəsi haqqında bəslənən nəzəriyyələrin ixtilafı qədər, islah yolunun layihələri də o qədər müxtəlifdir. Kimsə hər şeydən əl çəkib də bütün yabançı kəlmələri tərd ilə qədim türkcəyə, uyğurcaya müraciət etmək qədər irəliyə gediyor. Kimsə ərəbcə və farsca lüğətləri türkcə istiqlalının ən qəddar düşməni ədd ediyor. Onların türki və məhəlli şivədə mövcud lüğətlərlə əvəz olunmasını tələb ediyor. Bəziləri də türkcədəki, farsi və ərəbi lüğətləri ancaq istilah üçün qəbul edib sairlərini tullamaq tərəfdarıdırlar. Zərəri yalnız əcnəbi tərkib və üslubdan görənlər də az deyildir. Türkcəmiz haqqında pərvərdə olunan bu qədər müxtəlif nəzəriyyələr ilə onların müvafiq olub-olmadığından bu məqalədə bittəfsil mübahisə etməyəcəyiz. Bu xüsusda bəlkə də başqa bir vaxt möhtərəm qarelərlə mübadileyi-əfkar edəriz. Bu qədərlik zikrimiz isə yalnız məsələyə münasibəti olduğu üçündür. Bu xüsuslarda vaqe olan münaqişə və müzakirələrin bütün türk aləmində hər daim vaqe olduğu hər kəsə məlumdur. Bu yolda ki, fikir mübadilələri göstəriyor ki, türk aləminin hər tərəfdən az-çox türklüyün rüknünü təşkil edən bu dil məsələsinin həlli əlzəm görülüyor. Bu özü də bizdə milli dirilik ilə dirilmək istədiyimizə böyük bir dəlildir. Fəqət bu xüsusda qəti qərara gələ bilmək üçün hələ bir çox elmi tədqiqatlar lazımdır. Ancaq bu tədqiqlərin nəticəsindən hasil ola biləcək elmi müqəddəmatdan sonradır ki, məsələnin həlli qəbul olacaqdır. Bu müqqəddəmatlar hazır olmadığı müddətcə həman məsələnin həllinə qalxışmaq bir az əcələ olur. Ehtimal ki, arzu olunan nəticələri hasil etməz. Məəmafih bunlar hazır oluncaya qədər ədəbiyyatımız ilə dilimiz tamam durğun bir halda qalsın təklifini də etməyiriz. Yalnız bunu söyлəmək istəyiriz ki, müqəddəmati-məsələ hazır olmayanadək məsələyə qəti bir qərar vermək mümkün olmayacaqdır. Müqəddəmat isə aşağıdakı tədbirlərdən ibarət ola bilər: Bu günə qədər bizdə bütün türk şivələrinin lüğətlərinin cəmi, həqiqi bir lüğət kitabı yoxdur. Hətta əsl türkcə olmaq mənası ilə osmanlıda belə bir lüğət kitabı yazılmamışdır. Yazılan lüğət kitabları ancaq lisani-osmanı deyilən indiki üç-dörd dildən qarışıq osmanlı türkcəsinin lüğəti olmuşdur. Avropa, rus müstəşriqləri tərəfindən bəzi kamil və naqis lüğətlər yazılmışsa da, bunlarda hələ dediymiz məsələdə hakim olacaq bir dərəcəyi-əhəmiyyətə malik deyildilər. Biz çox kərə dilsizlikdən şikayət ediyoruz, bizdə bir çox kəlmələr yoxdur — deyə, həmən ərəbcə, farsca, yaxud da rusca və ya fransızcaya müraciət ediyoruz. Halbuki, qədim uyğurcanın tədqiqi, cığatay ləhcəsinin təhlili, Kazan və Orenburq tatarlarının şivəsi deyil, evimizdə arvadlarımız arasında, kəndlərdə xalq miyanındaki dilə müraciət etsək, bu kəlmələrin müqabillərindən bir çoxunu bularız. Keçənlərdə “panika” sözünün gözəlcə bir tərcüməsini mən evimizdə oturub, ailəmizlə söhbət elədiyim əsanda kəşf etdim. Məgərsə, “panika”-”çaxnaq” imiş. Bu qədər qəşəng, az-çox mənus bir kəlmə durduğu halda, biz bu kəlməni bu vaxta qədər həmən həyəcan, vəlvələ, təşviş, xəlcan, bilməm nə kimi kəlmələrlə tərcümə edərək gəlmişik ki, mənanı da ifadə edə bilməmişlərdir. İştə cavanlarımız üçün mövcud maraq eyni zamanda da olduqca faydalı bir məşğələ, hər kəs bulunduğu yerdəki lüğətləri, zürub-əmsalı və sair xalq ədəbiyyatına aid olan parçaları eynilən toplayacaq olarsa, görərsiniz ki, həmən arzu olunan türk lüğəti vücuda gəldi. Hər şivənin lüğəti yazıldıqdan sonra bittəb orta və ümumi bir türkcə lüğəti yazmaq da asan olacaq və böylə böyük bir lüğət vücuda gəldikdən sonra “təsfiyeyi-lisan” — deyə məşhur olan dil təmizləmək məsələsi də imkan daxilinə girə biləcəkdir. Darülfünunlarda oxumaqda olub da, millətlərinə az-çox bir xidmət etmək istəyən cavanlarımız iştə buyursunlar tətil zamanı məmləkətlərinə gəldikdə xalq arasına girsinlər, xalqın ehtiyaclarını öyrənib ona çarələr axtardıqları kimi milli dilimizin ehtiyaclarına da onlardan dərman arasınlar. Bilməlidir ki, bir dil süni bir yolla xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqı isə üdəba və mühərrirlər olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və ya fars qamuslarını vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil islah deyil, xarab olar, pozular, indiki türkcənin halına düşər. Halbuki, xalq arasından götürülən lüğətlər yonulub da ədəbi bir şəkil alsa, o zaman ədəbiyyat milliləşər və ancaq o zamandır ki, ədəbiyyatdan gözlənilən faydanı türk millətləri də ala bilərlər. Milli dilin dirildiyi üçün lüğətləri yığmaqdan başqa xalq ədəbiyyatını toplamaq, camaat arasında olan hekayələri, əfsanələri cəm edib, elmi bir surətdə təhlil və təsnif etmək də lazımdır. Bunlar ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün lazımlı şeylərdir. Çünki müəyyən bir ədibin öz biliyini daxil edib də şəxsi hisslərlə deyil, xalq kütləsi tərəfindən ümumi bir vicdan və hiss nəticəsi olan bu əsərlərdə xalq və millətin rühi-əslisi həmən təzahür etməkdə və o millətin nə kimi bir ruh və hissə malik olduğu və nə kimi xüsuslarının möhtaci-islah və tərbiyə olduğu rəna bir sürətdə görünməkdədir. Köhnə ədiblərlə ədəbiyyatın tarixini yazmaq, bir türk tarix ədəbiyyatı vücuda gətirmək dəxi bu nöqteyi-nəzərdən olduqca müfid və lazımdır. Bu xüsusları nəzərə alaraq çox yaxşı olardı ki, şəhərimizdə mövcud olan maarif cəmiyyətlərindən bu xüsuslara əhəmiyyət verib də bu cəhətləri təşviq edən olaydı. Təşviqin nə kimi vasitələrə malik olduğu məlumdur. Bunlardan ən müəssiri isə, bizcə maddi bir fayda təmin edən müsabiqələr ola bilər. Fəqət bu kimi milli işlərdə ən böyük saiq xalqı sevmək və milliyyətinə dəli bir aşiq qədər mərbut olmaqdır. Ey millətin istiqbalını təmin edəcək türk gəncliyi, hardasan?!
Amerikanın səsi radiosunda Aprel işğalının 32 illiyi münasibəti ilə yayımlanan xitabBu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet hökumətinin və Bolşevik partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir.Azərbaycan xalqı guya ki, əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş.
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciətƏziz vətəndaşlar!**Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm. Bundan 34 il əvvəl – 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalını bütün dünyaya bildirdi. Bu böyük hadisə ilə biz, yüz il sürən çar əsirliyindən qurtulduq. Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm göstərdi.
Şərq İslam mədəniyyətinin üç ortağıMəşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi, İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır. Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır.La literature Arabe adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.
Şərq İslam mədəniyyətində Azərbaycanın roluMüəyyən millət və xalqdan olanların İslam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi ərazilərin bu xüsusdakı əhəmiyyətlərini göstərmək isə daha qədimdir.Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi, bir Şərq islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə mühüm bir rolu vardır.
Türk hakimiyyəti altında fars ədəbiyyatıXVII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.Islam Şərqində də biz, bu hadisənin bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında islam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. Iranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə xüsusən türk ziyalıları uymuşlar. Bununla da onlardan qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.
Milliyyət baxımından ədəbiyyatda forma və məzmunŞərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.Kök salmış bu yanlış təsəvvürə baxmayaraq, Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun nisbətinin “Gəncəvi” olmasından irəli gəlmir.
Nizamiyə borcumuzAzərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.
Mövzulardan çıxan nəticəFarsçılığı yox onun,Türklüyə çox bağlıdır.
Milli Dirilik IIIMilli vicdan ilə imanın nə surətlə hasil olacağından bəhsi bu nömrəyə vəd eləmişdik. Milli vicdan və yaxud milli iman milli dirilikdəki əməl və arzunun mövcudiyyətindən və onun surəti-hiss və bəyanından hasil oluyor. Hər millət deyil, hətta bir şəxsin özünə görə bir əməli vardır. Buna başqa təbirlə meyl və arzu dəxi demək olar. Bunun firəngcəsi “ideal” gəliyor. Osmanlıcada son zamanlarda bunu “məfkurə” deyə tərcümə edənlər də vardır. Hər şəxsin arzu və əməli bittəb özünün iqtidar və məsləki ilə mütənasib olur. Məsələn, bir müəllimin məktəb müdirliyinə nail olmaq istəməsi onun üçün bir əməl təşkil edir. Bir mühərririn qəzetə sahibi olmağı arzu eləməsi onun idealıdır. Öylə də bir çobanın böyük bir sürü sahibi olmaq diləməsi onun məfkurəsidir. Demək ki, bir şəxs öz iqtidar və bacarığı dairəsində müntəha *(son dərəcə)* nəyə malik olmaq istərsə, o şey onun əməlidir. Əməlsiz kimsə yoxdur. Onsuz yaşamaq naqabildir *(imkansızdır)*. Əməl fəaliyyətə, fəaliyyət də tərəqqiyə mövcib *(səbəb)* oluyor. Şəxslər əməlsiz yaşaya bilmədikləri kimi, millətlər də əməlsiz yaşaya bilməzlər. İştə millətin ümumən də mövcud olan hakim bir əməl və arzu yolunda bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlid ediyorlar *(doğurur)*. Fəqət bu milli əməlləri kimlər zühura çıxarıyor və milli vicdan nə surətlə zahir oluyor? Bunu anlıyalım: Yuxarıda kimsənin əməlsiz olmadığını iddia etdik, fəqət əməldən əmələ fərq vardır. Şəxsi əməllər hər nə qədər müşkül və istehsalı çətində olsa, böyük ola bilməz. Yəni ona böyük və milli əməl deyilməz və o milli vicdanın tələb elədiyi də olmaz. Məsələn, bir hambal millioner olmaq əməlinə düşər və bu çətin məqsədə nail olsa belə, bu əmələ böyüklük namı verilməz. Fəqət bir fərd öz mühitinin faydasını düşünərək şəxsi üçün deyil, qövmi və yaxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yaxud məfkurəçi ismi verilər. Məsələn, ruslarda Böyük Pyotr, Lomonosov, firənglərdə Jan Jak Russo, Napoleon; almanlarda Lyuter, Bismark; osmanlılarda Sultan Məhəmməd Fateh, Midhət Paşa; iranlılarda Nadir şah ilə Firdovsi; əfqanda Əmir Əbdürrəhman xan bu kimi böyük əməlpərvərlərdəndir. Böyük milli əməl bəsləyənlər əvvəl nəzərdə görüldüyü kimi o qədər də az deyildirlər. Onlar hər zamanda olmuşlar və vardırlar. Yalnız şöhrətləri, iqtidarları və gördükləri işlərin əndazəsinə *(ölçüsünə)* görədir. Öz şəxsi məqsədi xaricində mühitinin ehtiyacı ilə məşğul, onun səadəti naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri kimi xidmət edənlər həmən böyük əməlpərvərlərdəndirlər. Bir millət arasında bu kimilər məhdud, ya məfqud olarsa *(yox olarsa)*, o, millət müstəqil və sağlam bir vücud üzü görməz və başqalarının ziri-dəsti olub, ayaqları altında əzilər, gedər. Çünki, şəxslərə mümkün olmadığı kimi, millətlərə də əməlsiz yaşamaq qabil deyildir. Fəqət böyük əməlpərvərlər bu böyük əməli haradan alıyorlar? — Əsil arasında yaşadıqları mühitin özündən. Bir mühit, daha vazeh *(açıq)* bir təbirlə, bir millət əfradının *(fərdlərinin)* ürəklərində milliyyətləri və mühitləri haqqında bəzi arzular vardır. Fəqət bu arzulara bir şəkil və surət verməkdən özləri acizdirlər. Müştərək bir əməl bəsliyorlar, fəqət bu bəslədiklərinin nədən ibarət olduğunu təyin edə bilmiyorlar. Aralarından bir iqtidarlısı çıxıb da bu hər kəsin mübhəm *(gizli)* bir surətdə hiss etdiklərini müəyyən bir şəkil və surətə qoyunca, baxırsan ki, bir çoxları özlərinin də mübhəm bir surətdə hiss etdikləri şeyin məzkur *(yuxarıdakı)* əməlpərvər tərəfindən təyin olunanın eyni olduğunu görüyorlar. Demək ki, əməlpərvər birisinin qələmə və yaxud dilə gətirmək surətilə təsvir etdiyi bu lövheyi-istiqbal bir ayineyi-xəyaldır. Hər kəs özünün istədiyini o aynada inikas etmiş *(əks etmiş)* buluyor və dərhal özünün dəxi o fikirdə olduğunu izhar *(bəlli)* ediyor. Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin olunan, başqa təbirlə, ehzar olunan *(hüzura gətirilən)* milli əməllər layihəsi xalqın əsl düşünüb də hiss və arzu etdiyilə təvafüq edirsə *(uyğunlaşırsa)*, məzkur *(haqqında danışılmış)* əməl səri bir surətdə xalq arasında intişar edər *(yayılar)* və bollu tərəfdarlar qazanar. Yoxsa məhdud bir dairədə intişar tapıb nəhayət, nisyan *(unutma)* bucağına atılıb qalar. Məsələn, Fransa inqilabi-kəbirindən *(böyük inqilabından)* əvvəl mövcud olan üsuli-həyatdan Avropa xalqı bizar olmuş *(bezmiş)* və əqillərin o vaxta qədər hakimi olan nəzəriyyə və fəlsəfələr köşəmiş, hər kəs halın böyləliklə davam edə bilməyəcəyini düşünmüş idi. Cəmaət digər bir tərzi-həyat arıyordu. Və hər kəs özü-özlüyündə də əhvalın nə yolla dəyişməsi lazım gələcəyini mübhəm bir surətdə hiss etməkdə idi ki, Russo o müdhiş qələmi-nəqqadı ilə zühur etdi. Mövcud olan tərzi-həyatı başdan ayağa tənqid edərək, tazə bir həyat əməlinin əndazəsini göstərdi. Bütün Avropa həmən Russonun yazdıqlarını alqışladı, hər yerdə filosof özünə atəşli tərəfdarlar tapdı. “Russoluq” xalqı elə bir həyəcan və ğəlyanə gətirdi ki, xalq onun vəz eyləmiş *(öyüd vermiş)* olduğu əsasların müdafiəsi üçün canını fədaya hazır olub, əməl uğrunda biintiha *(intihasız)* qalanlar belə töküldü. Papalıq hədd və əndazədən çıxmış bipayan *(ucsuz-bucaqsız)* cinayətkarlıqları və sui-istemallarından bizar olan xristianlıq aləmi Lyuterin zühuru ilə təsis edən protestantlığı dəxi öylə bir hərarət və səmimiyyətlə qarşıladı. Çünki Lyüter mühitinin mübhəm bir surətdə düşündüklərini tədvin eləmiş *(sistemə salmış)* və müəyyən bir şəklə qoya bilmişdi. Bolqar milləti bir zaman məhv və nabud *(yox)* olub getmişdi. Hər kəs bir daha bolqar deyə millət vücuda gələcəyindən naümid idi. Hətta zəmanəsinin ən mütəfəkkir bir simasını təşkil edən Volter belə bolqarlar haqqında “münqəriz *(nəsli kəsilmiş)* bir millət” demişdi. Fəqət sonra bolqar böyük əməlpərvərləri Vazovlar və Bayayılar zühur etdilər. Bolqarların təbir edə bilmədikləri əməllərini qələmə gətirib onları şerləndirdilər. Böyük Bolqar tarixi yazılıb burada bolqarların ən nazik hissiyyatlarına təsir edən və onlarda ruhi-milli oyadan vəqələr *(macəralar)* canlandırıldı. Binaən əleyh “yox”dan bir “var” əmələ gəldi. “Münqəriz” millət dirildi, özünü Avropaya tanıtdı. Yunanıstan da böylə oldu. Əgər vaxtilə təsis edən “Etr” cəmiyyəti millətini başına cəm edib də türkləri vətəndən qovmağa müvəffəq oldu isə, məhz o öz millətinin vicdan və imanını doğru bir surətdə təhlil edərək, xalqın mübhəm bir surətdə, duyduğu milli əməlləri həqiqətilə dərk və təbir edə bilmək sayəsində oldu. İştə bu xariqələr icad edə bilən böyük əməllərin müvəllidi olan milli vicdanı dərk və milli imanın iqtiza *(zəruri)* elədiyi böyük əməlləri kəşf və təfsir *(izah)* edə bilmək üçün hər şeydən əvvəl məzkur *(həmin)* mühiti və yaxud milləti öyrənmək, onun mazisini *(keçmişini)* bütün təfsilatı *(təfərrüatı)* ilə tədqiq etmək lazım gəldiyi kimi, bir millətin mənəvi mövcudiyyətindən ibarət olan dilinidə tədqiq eləmək, millətin yüzdə doxsan rüknüni *(dirəyini)* təşkil edən bu mövhibeyi-üzmanın bütün dəqayiqini *(incəliklərini)* aramaq və sonra da o istiqbal üçün bir çox giranbaha *(dəyərli)* maddələr saxlamış olan mazini, o xariqələr yarada bilən ana dili ilə millətə anlatmalıdır. Böylə milli bir dərs nəticəsində də heç şübhə yoxdur ki, milli vicdan təsis edər, o dəxi böyük və milli bir əməl tövlid edər.
Nizami Azərbaycan şairiNizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.
Nizaminin yaradıcılığıNizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.
Həft peykər ("Yeddi gözəl")Ey cəhan dide xiş əz toHiç budi nəbud piş əz to.
Nizaminin yaradıcılığının təkamülüVar ikən “Məxzən ül-əsrar” əldəArayımmı müvəffəqlik həvəsdə?
Nizaminin həyata və insana münasibətiTanrıya müraciətindən:**Dünyanın özü də bunca gözəlkən,
Nizamidə eşq fəlsəfəsiArasaq dünyanın oluşunu,Eşqdə taparıq duruşunu!
Nizaminin dinə münasibəti və ictimai idealıBaşqasına faydalı iş görməyə,Şam kimi gəl hazır olaq yanmağa!
Nizaminin dövlət haqqında görüşləriDinində dövlətin zülm haramdır,Zalımlara dövlət candan düşmandır.
İdeal hökmdar İsgəndər və onun möcüzəsiAllahdan İskəndərə vəhy:**Bilərsən cahanda bütün dilləri,
Unudulmuş NizamiBir tərəfdən İslam şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdur. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciətthumb|**Müraciətin səs yazısı**Əziz Vətəndaşlarım!**
Azərbaycan XII əsrdəXII əsr** böyük Səlcuq imperiyasının süqut dövrünə təsadüf edir. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən tənəzzül edən böyük səltənət yerli əmirliklər və atabəyliklərə parçalanmışdı. Məhz bu dövrdə islam Şərqi qərbdən xaçpərəstlərin, şərqdən isə bütpərəst monqolların basqınlarına məruz qalmış, əsrlik mədəniyyət süquta üz qoymuşdu.Bu qarışıqlıq və səbatsızlıq dövründə Anadoludakı Konya sultanlığı kimi, Şirvan şahlığı ilə Azərbaycan nisbi əmin-amanlıqda olmuş, Şərq islam mədəniyyətinin, xüsusən klassik İran ədəbiyyatının mühüm sığınacağına çevrilmişdir.