Nəcəf bəy Vəzirov · Dram
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Vaqe olur həmin otaqda. Cənnətəli ağa və Mirzə Əsgər danışa-danışa daxil olurlar.*Cənnətəli ağa**. Bəs, Heydərqulu hesab eləyirdi ki, mən onun kimi küçüyün əlində məəttəl qalacağam?.. Sən öləsən, Mirzə, özü çıxdı qabağıma əl verdi... Qəribə oğlandır... Heç bir belə divanbəyi mən hələ görməmişdim... Şikayətimi elədim, buyurdu bu saat yazım pristava, onu qolubağlı göndərər. Dürüst xatircəm ol. Belə də dərd olurmu, ay kişi?.. Mirzə, meyitini görüm, o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə qoymaq istəmirəm.
Əvvəlinci məclisƏhvalat vaqe olur Göhər xanımın otağında... Sərvinaz xanım, Göhər xanım səndəl üstə əyləşmişlər.*Sərvinaz xanım** (Göhər xanıma). Allah mənim oğluma insaf versin... Neyləyim, a başına dönüm?.. Vallah, billah, savaşıram da, yalvarıram da, əlac olmur... Bir az artıq-əskik də danışanda atam, anam qalmır... Sən də vaxt-bivaxt oturub-durub deyirsən ki, gedəcəyəm, qalmayacağam. Mən başıma nə kül töküm?
Beşinci məclisVaqe olur Rüstəm bəyin bağçasında, gecə yarıdan keçmiş, Səadət xanım, Gülbahar və Hürü danışa-danışa gəlirlər.*Səadət xanım**. Mənim ağlım kəsmir ki, bu gün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram bu nə işdir? Deyirəm yoxsa bu evi yıxılmışlar o tərəfə gediblər?