Küləklər
Hər səhər, hər axşam, hər axşam, hər səhərÇox zaman sərsəri küləklər bixəbərBir yaxın dost kimi qapımı döyərlər,Küləklər, küləklər, bəstəkar küləklər,Dünyanı dolaşan bəxtiyar küləklər!
Bəziniz qorxulu, bəziniz qorxusuz,Bəziniz duyğulu, bəziniz duyğusuz,Bəziniz uyqulu, bəziniz uyqusuz,Küləklər, küləklər, ey sərin küləklər,Sizdə var qoxusu hər yerin, küləklər!
Ey çılğın küləklər, nəşəniz daşarkən,Bağların şehindən mey sorub coşarkən,Nalqıran dağları atlayıb aşarkən,Məni də alınız, uçaram dağlara,Könlümdə nə varsa, açaram dağlara!
Gurlayın, ilhamım, sənətim gurlasın!Fırtınam, qasırğam, qüdrətim gurlasın!Şimşəyim parlasın, zülmətim gurlasın!Ey məni sərazad bəsləyən küləklər,Bir dağın başından səsləyən küləklər!
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-kulekler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mədəni hücumu keçirtdik həyata,Qalmadı keçmişdən bir nişan, bir əsər.
Düdük sədalarıSəhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə,Tıxanır qulağımız sinirli bir ahəngə,
DüşüncəGünəş ipək tellərinin sarımtraq rənginiSəhər çağı dalğa-dalğa hər tərəfə yayırkən
DüşdüÇiçəklər aşiqi bir bülbül kimi,Gözüm bir bağbanın gülünə düşdü.
Başqa şairlərin şeirləri
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir