Qədim Karvan
Gündüzlər çəkilmiş, gecələr çökmüş,Buludlar qoynunda sanki bir gümüş,Dərili qanğuru yavrusudur ay.Iştə yol ucundan çıxdı bir alay.Poslası ulduzlar olan bir karvan,Içdiyi sarı su, yediyi yavan.Sarvanlar uyqulu, dəvələr yorğun.Nədir bu heçlikdə bu gülünc oyun?!Torpaq yaraları ayaqlarında.Yazın istisində, qışın qarındaSaqlı üzlərində düşkünlük qəmi,Ürəklərində bir xəzan axşamı,Qarşılarındakı dənizlər sərab,Ümidlər şikəstə, əməllər xarab,Rahatlıq bilmədən yürür bu karvan.– Karvan, bitməyəcək yollarla davan!Yürü, – deyir ona göydə buludlar,– Yürü, – deyir ona hər əsən ruzgar.Ilan nərələri: – yürü, – der ona,Sərablar çəkmədə onu qoynuna.Karvan, yazıq karvan, budur, su yoxdur,Bu çöldə dağların qoxusu yoxdur.Yanıq alınlarda bir acı röya,Çınlayan bir çatlaq çan səsi guyaHər göz qarşısında bir “cənnət” açarYolçular ayılar, uyqular qaçar.İştə bu çan səsi, ah, bu çan səsi,Bu çanın ruhlara ruh saçan səsi,Bu quraq çöllərdə şəfqətlə çağlar.Ulduzlara gülər, gecəylə ağlar.Hıçqırar, boğular, nəhayət ölər.Siyah bir girdaba düşər, gömülər.Gecələr, gecələr, susuz gecələr,Çılğın küləkləri quduz gecələr!
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-qedim-karvan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Keçən günlərimi vərəqləyirkənSevdalı dillərin yadıma düşdü.
YarışHər kəsin əlində beşillik bir plan,Hər yerdə başlamış diqqətli axtarış.
Yarış (Mikayıl Müşfiq)Bu arzu göylərdən enmədi, yahu,Makina əsrinin fərmanıdır bu.
Yağış yağarkənYağış yağır, rəqs eyləyir gur damlalar,Sıra-sıra, inci-inci nur damlalar.
Başqa şairlərin şeirləri
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Qəsidə: Ey mənə tənə vuran Mustafa xan ŞirvanEy mənə tənə vuran Mustafa xan Şirvan,Bax bu dibacə məzmunum, eşit ərzimə qan