Candan çıxarmazam sənin, ey can, xəyalını,Can təndə qalmaz anda ki, görsəm camalını.

Elmü hədisü ayəti-fürqan sorar zi mən,Ağ üzün üstə görmüşəm ol xəttü xalını.

Cəhd et macalın əldə ikən yara yara kim,Bir gəz əcəl irər dəxi verməz macalını.

Ey dünya, mən yenə səni bildim, yalançısan,Aldanmazam sənə dəxi çün bildim halını.

Məqtə — şairin təxəllüsü olan son beyt. Vəhdət dəmində dərvişü sultan çü bir imiş,Gəl, xəstədil Nəsimi, qəbul eylə şalını.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri