Canda ki, eşq olmadı, dildə xəbər nə faidə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Canda ki, eşq olmadı, dildə xəbər nə faidə?Gözdə ki, görmək olmadı, nuri-bəsər, nə faidə?
Hər kişi kim, əzəldə ol binəsib oldu mə’nidən,Ayətü təfsirü kəlam, ana xəbər nə faidə?
Gövhərin üştə qiymətin sərraf olan arif bilir,Ol ki, mübəssir olmadı görə göhər nə faidə?
Tutidürür bu şəkkərin dadını, ləzzətin bilən,Qarğa nedər bu gülşəni, zağə şəkər nə faidə?
Məqtə — şairin təxəllüsü olan son beyt. Dərd ilə sən Nəsiminin gövhərini gəl almağıl,Aşiq olan kişilərə eşqə süpər nə faidə?
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-canda-ki-esq-olmadi-dilde-xeber-ne-faide
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eyşü tərəb yari gül, üzar ilə xoşdur,Canü cahan elə bil ki, yar ilə xoşdur.
Ey üzü gül, ləbləri mərcanımızEy üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!
Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib"Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib",Ey bəşər surətli rəhman, vey mələksima həbib!
Əcəb lə'linmi şol, ya cahi-əhbab?Əcəb lə’linmi şol, ya cani-əhbab?Əcəb zülfünmü, ya zənciri-pürtab?