Dil bəri eylə, ey könül, keç qamudan ki, qamudanEyləməyincə dil bəri, bulmadı kimsə dilbəri.

Eşq ətəgin tut, ey könül, başını sal ayağına,Gör nə derəm sana, eşit, eşqə yapışma sərsəri.

Anda imana gəlməyən bilmədi sirri-Əhmədi,Bunda Əli gərək, əli ta yıxa babi-Xeybəri.

Mə’rifət əhlinə üzün Kə’bə, Bilali bənlərin,Mehrab can quşun, vəli eynin imami-Cə’fəri.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çəkdi saçı Nəsimiyi çənbəri-eşqə, neyləsin,Çənbər anındır, oynasın dövri-qəmərdə çənbəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq