Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır,Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.
Vücudum şəhrini qıldı müsəxxər ləmyəzəl eşqin,Bu şəhristanda eşq olsun məlik daim ki, xaqandır.
Qaşınla kirpigin vəhyi mana gəldivü bildirdiKi, sənsən ərş ilə kürsü, üzün yazısı Qur’andır.
Gəl, ey hurisifət dilbər ki, qəmdən bağrımın içiSəba ol qönçəyə bənzər kim, ağzı dopdulu qandır.
Ənəllahın odundan kim, yanağın şəm’i yandırdı,Ləbi-lə’lindən afaqı həyatın abına qandır.
Rüxün şəm’i fəraqından könül pərvanətək yandı,Ulaşdır vəslə hicranı, həsudun bağrını yandır.
Sana huri əgər bir gəz qılırsa hüsnünü ərzə,Rüxün bədrin əyan eylə, üzündən anı utandır.
Camalın vəslinə canım susadı, yürəgim yandı,Könül hicrindən usandı, məni hicrindən usandır.
Xəyalın gərçi şad eylər məni hər gah, gah amma,Fəraqın qüssəsin gör kim, necə bihəddü payandır.
Fərağından axan yaşım məni qərq eylədi suya,Gözümdən yaşımı gör kim, nə seyl axır, nə tufandır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimidən cüda yarı qılan həqdən cüda olsunKi, yarından cüda yarı qılan bidinü imandır.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-gozumden-dembedem-axan-qeminden-su-degil-qandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
GedirəmNə müddətdi cəlay-vətən olmuşam,Baş götürüb Gəncə deyib gedirəm.
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Verəli dil o qarə tellərə naşad olubamVerəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.