Güli-tərdən gülicək, arizinə ma’ tökülür,Bağa gir, gör ki, necə laleyi-həmra tökülür.

Ənbərin sünbülünə badi-səba kim, iricək,Qoymağıl titrəməgə, ənbəri-sara tökülür.

Qara saçın ucunu salma ayağına, götür,Heyf olur nafeyi-tatara ki, hər ca tökülür.

Ləblərindən varalı Misrə xəbər, əttarın,Qutusundan dünü gün qənd ilə halva tökülür.

Aləmin başına tabəndə üzün şəm’indən,Xaliqin rəhmətidir, nuri-təcəlla tökülür.

Necə nömid olayım, çün gözümün əbrindən,Qətrə-qətrə üzümə hər yana dərya tökülür.

Sədəfin gərçi dəhanı doludur inci ilə,Açıcaq ləblərini, lö’löi-lala tökülür.

Hüsnünün vəsfini ta yazmağa əzm eyləmişəm,Qələmin dili ucundan qamu sevda tökülür.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ta cüda düşdü Nəsimi ləbi-lə’lindən anın,Gözlərindən dünü gün lə’li-müsəffa tökülür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar