Gülşəni-firdövs edər can bağrını vəsli-həbib
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gülşəni-firdövs edər can bağrını vəsli-həbib,Atəşi-duzəx qılır həm möhnəti-cövri-rəqib.
Dərdimin dərmanına heç kimsə bilməz çün əlac,Yaridən özgə nə çarə, söyləgil sən, ey təbib.
Çün bəlavü qüssədən xali deyil könlüm, vəliMən gədavü kəmtərə artıqdurur hər dəm nəsib.
Rəhm edər şol gözlərin hər qanda bir üftadə var,Mən fəqirəm, mən həqirəm, cümlədən miskin, qərib.
Gər görər vaiz üzünü, dəmbədəm eylər fəğan,Oda yaxar mənbərini, görsə ani həm xətib.
Gül üzünə aşiq olub qanda bir üşşaq var,Xoş nəvayi-saz edər daim nəvayi-əndəlib.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hacəti vəsl oldu hüsnündən Nəsimi müşküli,Sübhdəm irdi, gətirdi ol səba xoş buyü tib.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-gulseni-firdovs-eder-can-bagrini-vesli-hebib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Camalın rövzeyi-rizvan deyilmi?Dodağın çeşmeyi-heyvan deyilmi?
Camalın tələti gülzara bənzərCamalın təl’əti gülzara bənzər,Dodağın şərbəti xunxara bənzər.
Camalındır həqqin zatü sifatıCamalındır həqqin zatü sifatı,Müənbərdir boyun qədrü bəratı.
Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimizCan eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz?Can neyləsin, biçarə, çün həqdən budur təqdirimiz.
Başqa şairlərin şeirləri · Eşq
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərəkEy könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Qəza baxNagah yerdən sərsər əsdi sərimə,Necə tutdu məni qəhri-qəza, bax!