Şol tamam ayın üzündən çünki rəf oldu niqab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Şol tamam ayın üzündən çünki rəf oldu niqab,Zülmətin dövranı keçdi, zahir oldu afitab.
Ləblərin camı meyindən cümlə əşya əsrimiş,Təyyib, ey pakizə saqi, barəkallah, ey şərab!
Ey yanağın həsrətindən cənnətin qəlbində nar,Vey dodağın şərbətinlən kövsərin eynində ab!
Ey üzün həmra gülündən lalənin camında mey,Vey gözün sevdalarından nərgisin gözündə xab.
Həq-təalanın kəlamı surətin təfsiridür,Ey üzün inna fətəhna, həqdən açıldı bu bab.
Kirpigin, qaşınla zülfün həq kitabıdır, vəliOl kitabı kim bilir mən indəhü ümmül-kitab?
Surətin lövhündə yazılmış hürufu bilməyənBilmədi sövmü səlatı, sağişi-yövmül-hesab.
Abi-heyvandır dodağın, ruhi-qüdsidir dəmin,Surətin həqdir, üzün – vəllahu ə’ləm bis-səvab.
Qaziyül-hacat imiş lə’lin məgər kim, aşiqəHər nə kim, qıldı təmənna, üstəcib gəldi cavab.
Dilbərin eşqində, ey salik, ikilik pərdədir,Mənligin rəf’ olmayınca aradan getməz hicab.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, səcdə qıl şol maha kim, həqdən sanaFə’budu əyyahu vəscud vəqtərib gəldi xitab.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-sol-tamam-ayin-uzunden-cunki-ref-oldu-niqab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Haqq işinə qarşı getmə,Məni oda atma, ana.
Saqi, nə olubdur, məni yade getirməzSaqi, nə olubdur, məni yade getirməz?Könlüm tutulubdur, menə bir badə getirməz.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Eşq-məhəbbət ölməyəcəkXalqlar üz-üzə dursa da,Eşq-məhəbbət ölməyəcək...