Surəti-nəqşində hər kim görmədi nəqqaşını
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Surətin nəqşində hər kim görmədi nəqqaşını,Vahibi-surət onun gözsüz yaratmış başını.
Qabü-qövseynin rümuzun sanma kim, fəhm eyləyəKim ki, zahir görmədi şol mahi-bədrin qaşını.
Ləbləri şirin nigarın firqətü hicranıdır,Axıdar yanınca şəmin gözlərindən yaşını.
Düşmədi batil xəyala, olmadı sevdası xam,Hər kimin kim, eşq oduyla həqq bişirdi aşını.
Gərçi fərraşi-məlikdir ənbərəfşan sünbülün,Çünki mən sultanı buldum, neylərəm fərraşını?
Həqqə vasil rindü həqdən ayrıdır zahid, görünXanəgahın şeyxini, meyxanənin övbaşını.
Dəmbədəm sufi məlamət daşın atar aşiqə,Daşı qiymətsizdir anın, içini gör, daşını.
Hasilin məscid bucağında gör axır kim, nədir,Ey məlamət eyləyən meyxanənin qəllaşını.
Yaşını yandırdı eşqin, həm qurusun könlümün,Kim ki, eşqə düşdü, yandırdı quruvü-yaşını.
Könlümün şəhrində eşqin bir imarət yapdı kim,Ta əbəd qoparmaz andan nöh fələk bir daşını.
Canımı eşqin əzəldə yoldaş etmiş özünə,Qoymaya yoldaşlığın həqqin bilən yoldaşını.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil,Həqq bilir xəlqi-cahanın sirrini, həm faşını.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-suretin-neqsinde-her-kim-gormedi-neqqasini
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Çata-çatVaxt yetişdi köç eylədin dünyadan,Sevən ürək səni anar çata-çat.
Qadın ürəyiNecə rəhmlidir, necə amansız,Necə mehribandır qadın ürəyi!
همچو نی وصل تو هر دم که مرا یاد آیدتا نفس هست دل از درد بفریاد آید