Surətin nəqşində könlüm, ey sənəm, heyran olur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Surətin nəqşində könlüm, ey sənəm, heyran olur,Bir nəzər görsəm, camalın dərdimə dərman olur.
Kənzi-məxfidir sənin eşqin, yeri viran könül,Şol cəhətdəndir, şəha, gəncin yeri viran olur.
Leylətül-qədr üştə zülfün, həq kitabıdır üzün,Qibləsi aşiqlərin bil, surəti-rəhman olur.
Cövrünü hər kimsə çəkdi, lütf anındır bigüman,Dilbərin cövrü cəfası aşiqə ehsan olur.
Mah-rüxsarın qatında kim ki, səcdə qılmadı,Divi-məl’undur yəqin, anın adı şeytan olur.
Nəfsini hər kimsə bildi, həqqi bildi bigüman,Zərxəridə qul isə, aləmlərə sultan olur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yar ilə bir ol, Nəsimitək, cahanda fariğ ol,Kim ki, aldanmaz cahanda, müşkülü asan olur.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-suretin-neqsinde-konlum-ey-senem-heyran-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Gedirəm, gələ bilmərəmAğlama, yarım, ağlama!
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
Məndən(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.