Surətin nəqşinə xəyal irəməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Surətin nəqşinə xəyal irəməz,Gözlərin alasına al irəməz.
Şol qədər safidir ləbin eyniKim, anın abinə zülal irəməz.
Bu günü gör ki, rəngü çöhrəsinəNə qədər al edirsə, al irəməz.
Gərçi ayı üzünə bənzədərəm,Qaşların şəklinə hilal irəməz.
Qamətin şoylə mö’tədildir kim,E’tidalinə e’tidal irəməz.
Ey cəmalül-liqa, nə dilbərsənKi, rüxün hüsnünə cəmal irəməz?
Bu nə ziba camal olur, yarəb,Ki, kəmalatına kəmal irəməz.
Zülfü çün cimü qaşı-dal, vəli,Zülfü qaşinə cimü dal irəməz.
Necə günəşsən, ey qəmər ki, sanaTa əbəd zərrəcə zəval irəməz?
Buldu könlum səninlə şol vüslətKim, anın vəslinə vüsal irəməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, sözün müfərrihdir,Bu cəhətdən ana məlal irəməz.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-suretin-neqsine-xeyal-iremez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
که زیرک نیست هر مرغی که چشم از دام بردارد
قمار عاشقان بردی ندارد از نداران پرسکس از دور فلک دستی نبرد از بدبیاران پرس
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.