Ümmana girən eşq ilə, dürdanəyə uğrar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ümmana girən eşq ilə, dürdanəyə uğrar,Şükrana verən canını, cananəyə uğrar.
Yanmaqdan əgər qorxur isən şəm’ə yapışma,Şol atəşi gör kim, necə pərvanəyə uğrar.
Mənsur kimi cuşa gələr, söylər ənəlhəq,Hər aşiqi-sadiq ki, bu meyxanəyə uğrar.
Getməz dünü gün cami-şərabı nəzərindən,Hər kimsə ki, şol nərgisi-məstanəyə uğrar.
Təsbih ilə səccadəyi bir cür’əyə satar,Şol sufiyi-safi ki, bu peymanəyə uğrar.
Əfsanə satar aşiqə əfsun ilə vaiz,Aşiq qaçan ol qissəvü əfsanəyə uğrar?
Zəncir saçın şöylə dəli qıldı məni kim,Əqlin itirər kim ki, bu divanəyə uğrar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Girdi hərəmi-Kə’beyi-təhqiqə Nəsimi,Hənnanə təvaf eylərü mənnanəyə uğrar.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ummana-giren-esq-ile-durdaneye-ugrar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
AğlayırQasid, tezcə yardan gətir bir xəbər,Ol gülü-xəndanım neçün ağlayır?
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
VətənKönlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.