Yarın cəfası cümlə vəfadır, cəfa degil
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yarın cəfası cümlə vəfadır, cəfa degil,Yarım cəfa qılur deyən əhli-vəfa degil.
Mə’şuqu hər nə qılsa rəvadır mühibbinə,Illa fəraq oduna yaxmaq rəva degil.
Hər kimsənin ki, qibləsi, ey can, sən olmadın,Irağə düşdü Kə’bədən, əhli-səfa degil.
Eşqin əgərçi adını aqil bəla qomuş,Nə’mülbəladır əhlinə, bə’sülbəla degil.
Qanı cahanda, ey könül, ol vəhdət əhli kim,Yüz min bəlavü möhnət ilə mübtəla degil.
Səbrin şərabi gərçi müfərrihdir, ey həkim,Aşiqlərin davası bu acı dəva degil.
Ey sevmə əhli-hüsnü camalı, deyən mana,Görməz gözün bu gözü əcəb, gər ə’ma degil.
Surətdə adəm oğluvü mə’nidə div olanOldur ki, həqqi tanımamış, aşina degil.
Məqtə — şairin təxəllüsü olan son beyt. Surətdə gərçi bənzişi çoxdur Nəsiminin,Mə’nidə adı hər həcərin kimiya degil.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-yarin-cefasi-cumle-vefadir-cefa-degil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
ای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Yalvara-yalvaraYarım çıxıb yaylaqlara,Qaldım, yalvara-yalvara.