Yüz min cəfa qılsan mənə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Yüz min cəfa qılsan mənə,Mən səndən üz döndərmənəm.Canım ola qurban sənəMən səndən üz döndərmənəm!
Sevdim səni mən can ilə,Qul olmuşam qurban ilə,Qoy and içim Furqan iləMən səndən üz döndərmənəm!
İsamısan, Musamısan?!Ya Yusifi-Kənanmısan?Vallah ki, canım canısanMən səndən üz döndərmənəm!
Ey Nəsimi, aşiqmisən?Həq yoluna sadiqmisən?Közyərməyə layiqmisən?Mən səndən üz döndərmənəm!
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-yuz-min-cefa-qilsan-mene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Dün hökm qıldı qətlimə ol şəh itab iləDün hökm qıldı qətlimə ol şəh itab ilə,Şad eylədi gədasını bu xoş cavab ilə.
Bizim ol dilrüba cananəmizdirBizim ol dilrüba cananəmizdir,Məgər ol can degil, cana, nəmizdir?
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.