At, övlad və torpaq
(Xalq rəvayəti)Bu rəvayəti mənə danışmış müdrik alimdostum Mirəli Seyidova minnətdaram
Xəyal uzaq-uzaqİllərə vardı,Çaparlar yollardaDuman qopardı.Çatdı hökmdardanXaqana xəbər:— Gözəl ağ atınısən mənə göndər!"Ağ atı verəkmi?At ki, qanaddır".Gəldi məsləhətəEl dəstə-dəstə.Xaqan çox düşündü,O, qəmə batdı.Dedi: qan düşməsinBir atın üstdə.İl keçdi...BuludlarDağları sardı,Çaparlar yollardaDuman qopardı.Çatdı hökmdardanXaqana xəbər:— Ortancıl oğlunusən mənə göndər!Mənim qoşunumdaƏsgərlik etsin,Yox, yox ağ atımaMehtərlik etsin."Övladdan əl çəkək?Övlad muraddır!"
Gəldi məsləhətəEl dəstə-dəstə.Xaqan çox düşündü,O, qəmə batdı.Dedi: qan düşməsinBir oğul üstdə!Dünyaya nur saçanErkən bahardı,Çaparlar yollardaDuman qopardı:— Daha darlıq edirburda yer mənə.Qonşu torpaqlarıXaqan, ver mənə!"Yadlar hakim olsunyurdunda sənin?"Gəldi məsləhətəEl dəstə-dəstə.— Vecsiz torpaqlardırqoy verək getsin,Kol-kos da bitməyiro şoran düzdə.Vaxt keçdi, —Sükutlu dəqiqələrləXaqan öz yerindənQalxdı kədərlə:— Ağ atı verdim ki,mən at taparam,Övladı verdim ki,Övlad taparam.Mən torpaq tapmaram,Fəqət dünyada,Niyə torpağımıMən verdim yada?Torpaq mənim deyil —Xalqındır torpaq,Ancaq ədalətin,Haqqındır torpaq.Babamdan bu torpaqMənə mirasdır,Bu torpaq üstündəÖlsəm də azdır.Gəl, düşmən,yasını görəcək aləm,Sənə özün boydatorpaq verərəm!Çaparlar hövlnək geri çapdılar....Yadlar bu torpaqdaqəbir tapdılar.
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-at-ovlad-ve-torpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qürbətdə qərib şadman olmaz imiş,*Heç kimsə qəribə mehriban olmaz imiş.*
Eşq və səadətMəndə Məcnundan füzun aşiqliq istedadı var,*Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var!*
Mənim ürəyimKönüldə min qəmim vardır ki,*pünhan eyləmək olmaz.*
EtirafNə mülkü mal mənə çərx versə məmnunam,*Nə mülkü maldan avarə qılsa məhzunam.*
Başqa şairlərin şeirləri · Vətən
Oxucum, ömürlük şair gözümdəMəhəbbətdir mahnı, həyatdır mahnı.
Ünvanı, o ünvan deyilYüksələn alçaqların yüksəlməsi nöqsan deyil,Xisləti alçaq olan, alçaqlığa peşman deyil.
Fərhad mənəm kim, belə şirinsüxənim varFərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.
BahalıqSaldı heyhat cahan mülkünə şöhrət bahalıq,Bir para xalqa verir xeyli əziyyət bahalıq.