Dərdsiz adam axtarmayın
Tanrı,dərd çəkməyəsəbr, dözüm ver,Həyatın yolları qışdır, borandır.Dərdlilər dünyada yarımpeyğəmbər,Dərdsizlər dünyada yarıminsandır.Zəka məskənidir kiçik çadır da,Fikirlər zülmətdə günəşdir, aydır,Dərd ancaq öldürmür, dərd ucaldır da,Müdriklik olmazdı dərd olmasaydı.Yeknəsək bir ömrün mənası varmı?Sən ey rahathəyat,yolumdan çəkil!Əbədi xoşbaxtlar dərdi duyarmı?Əbədi xoşbaxtlıq bədbəxtlik deyil?Deyim kədərimin qətiyyətilə,Dərdsizlərin dərdi daha böyükdür.Onlar ki, öz yüngül xasiyyətilə,Bütün yer üzünə ağır bir yükdür.Tanrı,dərd çəkməyəsəbr, dözüm ver,həyatın yolları qışdır, borandır.Dərdlilər dünyada yarımpeyğəmbər,Dərdsizlər dünyada yarıminsandır.
12 noyabr 1989
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-derdsiz-adam-axtarmayin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
VətənDövlətim, varım,Namusum, arım,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.