Yaz qışa, qış yazacalaşdı, bildin,Hər günəşli gün ki, ilk yaz deyildir,Gözün gözəllikdən qamaşdı, bildin,Hər parlayan şüşə almas deyildir.

Ümidsiz yollarınuzanır hara,Daha vida söylə son arzulara.Cumur üzgüçülər dərin sularaHər suya baş vuran qəvvas deyildir.

Dalğa ol, mirvarisahillərə gəl,Sən yaxşı fikirləş sevməzdən əvvəl.Alovlu eşqinə buz qəlbli gözəlƏgər "yox" deyirsə —Bu naz deyildir!

Hər parlayan şüşə almas — deyildir,Sevgi nəzir deyil, niyaz deyildir.

10 aprel 2001

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri