Dəyəndə gözümə o qız, o afət,Qəlbimi dindirən lal baxışıdır.Gəlir sıxıntılar...Gedir cəsarət...Bəlkə də görüşdən xəyal yaxşıdır!

Lakin onu bir an görməyəndə mən,Sönüb gözlərimdə qaralır cahan.Yenə də ağrılar qopur ürəkdən,Deyirəm: əzizim, gəl, gəl, hardasan!

Kim deyər, nədəndir bu ağrı, sızı,Niyə iztirablar keçirir ürək?Eşqimin sultanı — o gözəl qızıHəm görmək istərəm, həm də görməmək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri