Kuzə
Noldu, ehtiyatsız yenə dolandın,Bulaqda kuzəni sındırdın dünən.Sonra baxıb ona hayıfsılandın,Bir ağrı hiss etdim ürəyimdə mən.
Sənin yadındamı, mən ki, bir zaman,Vermişdim sevgimi sənə ərmağan.Onda de, ey gözəl, bu kuzə kimi,Sındırdın eşqinlə vuran qəlbimi.
Nədir məna dolu bu əsrar görən?Cansız bir kuzəyə acıyan insan,Azacıq bir ağrı duymayır nədən,Sevən bir ürəyi sındıran zaman?!
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-kuze
← → düymələri ilə keçid, R — təsadüfi şeir