Yadına düşsün
Hər gün küçənizdən keçdiyim zaman,Eyvana çıxdığın yadına düşsün.Bahar axşamları tər bənövşəni,Köksünə taxdığın yadına düşsün.
Ürəyim gəlmir ki, qınayım səni,Belə tez unutmaz sevən sevəni.Axşam bulaq üstdə gözləyib məni,Yollara baxdığın yadına düşsün.
Sərin meşə yolu nura boyandı,Sən getdin, ürəyim atəşə yandı.Kəsdiyin peymanı, verdiyin andıDaşlara çaxdığın yadına düşsün.
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-yadina-dussun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uzaq ellər gördümyaz çağında mən,
MükafatımdırMükafat nə qızıl, nə də dəmirdir,Mükafat inamım, etiqadımdır.
Ələkbər yanında yatan Ələkbər(İndi onun otuz beş yaşı tamam olmalıydı)Yerlərdə, göylərdə sevinc duyuldu,*
Şimşək işığında şam eyləyərkənBu il birinci dəfə bağa gəldik. Hava çox*sakit idi. Birdən tufan qopdu, qasırğa*
Başqa şairlərin şeirləri · Eşq
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Səadətnamə, 35دید بابا حسن ز رنج وفاتعامیی اوفتاده در سکرات
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Mürəbbe: Hər kimin dünyada yarı mərd olaHər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,