Körpülər
"Keçmə namərd körpüsündənQoy aparsın sel səni".El sözü
İl ötdükcə,sıra-sıra,Torpaq satanlar da olub.Yer üzündən ulduzlaraKörpü atanlar da olub.
Kimdir qəlbdə nur söndükcəGöylərə minnətə gedir.Kimdir belə düşündükcəSanır ki, cənnətə gedir.
Sərilərək yer üzünəBənzər divlər körpüsünə.Başlanğıcı ciblərdədirDönüb ciblər körpüsünə.
O kimdir dillənir belə:— Çatsın dostuma körpülər.Daş tikili körpülərləBu nadir asma körpülər.
Gündüz yatmır,gecə yatmırFikir quş tək uçub gedir.Qarabağa körpü çatmırAvropanı aşıb gedir.
Haçan şimşəklər çaxacaq,O çağlayan nə küləkdir?Haçan yağışlar yağacaq,Haçan sellər gələcəkdir?
Coş ay sellər,Daş ay sellər!Yaxşı duysun ellər məni,Belə körpü istəmirəm,Qoy aparsın sellər məni!
22-23 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-korpuler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Oldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
DüşsünMüxənnətə can deyəninDili düşsün, dili düşsün.
Həkimə can!Sən vətəndən sarı qəlbin döyünürsə, maralım!Vətənin də maralından sarı qəlbi döyünür.
ز چشم من چو تو ناظر به حسن خویشتننیچرا نقاب ز رخسار خود نمیفکنی