Necə də tufanlı,Dərdli zamandı,Necə də bənzərdiİllər illərə.Deyirlər mehriban,Zərif cavandı,O, mizrab vurardı,Zərif tellərə.

İyirmi iki yaşlıMüəllim, tarzənÖz xəstəliyiniBilirdi erkən.Zəif ürəyinəTəskinlik üçünTellər sızlayardıKədərli, küskün.

Dörd qardaş dünyadanKöç etdi getdi,Bütün ailəyçinBu müsibətdi.Dərdini hamıdanGizlərdi qardaş,Fəqət öz vaxtınıGözlərdi qardaş.Yetmiş ilə çatırTanılmır o tar,Kimdədir, hardadırO tar, yadigar.

Ya Rəb, tapılaydıƏziz ərməğan,Asardım eviminBaş divarından.Sanardım qardaşımİndi gələcək,Sirli bir mənadaTar dillənəcək.Tellərdən sızacaqFaciə və qəm,Uzaq qardaşımıEşidəcəyəm.Ölüm nə tez gəldiSöylə, a Tanrı,Susdurdu qardaşı,Susdurdu tarı.Hələ yer üzündəKam almamışdı,Sevgi nəğməsiniO çalmamışdı!Ah, necə vəfasızOlurmuş həyat?Onun sarı simiQırıldı heyhat!O, gəlir gecələrYuxularıma,Tellər də çəkilirOnda tarıma,Sehirli səs düşürYerə, havaya.Sarı sim bir tufanSalır dünyaya.Bəlkə ürəyiməTəskinlik üçün,Mehriban danışırSarı sim bu gün.Dinir ilk yalandan,Son həqiqətdən,Sarı sim hay verirƏbədiyyətdən…12 iyul 2004

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri