Günəş mənə nə dedi?
Nə qədər dünyalarÇıxır qarşıma,Uca cahanıyamCahanların mən.Yer kürəsi dönürMənim başıma,Başına dönürəmİnsanların mən.
Dünya şəbnəminiErkən silirəm,Mənim məskənimdirƏn uca qatda.Deyirlər dağlarıAşıb gəlirəmYox, aşan dağlardırŞəfəqim altda.
Sevirəm səsiniGülüşənlərin,Mən öz qüdrətimiYerdən alıram.Yayın istisindəGörüşənlərinÜstünə buluddanKölgə salıram.
Gündüz işıq olur,Gecəsə qara,İnsan arzularıAncaq nurludur.Bəhər mən verirəmƏgər bağlara,Əkib becərənsəİnsan oğludur.
Haqqı, ədalətiYaxşı mənəmsə,Hərcayi hisslərəUyma, amandır!Səmanın GünəşiƏgər mənəmsə,Yerinsə GünəşiAncaq insandır.
22 iyun 2004
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-gunes-mene-ne-dedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
یکی را بسر کوفت، روزی بمعبر
Gözəlliyin bağı, arxından, ey gözəl, sulanar!Günəşlə Ay işığı nur saçan üzündən alar.
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.